azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafı mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Nəsibə Nəsirovanın Ekologiya mühəndisliyi ixtisasının IV kursunda açıq dərsi təşkil edildi. Dərsdə kafedra müdiri prof.S.Əhmədova, dos.Z.Ələkbərova, dos.T.İsgəndərova, b/m.S.Cəfərova iştirak etdilər. Mühazirədə suvarma sistemləri, suvarmanın növləri və qeyri-ənənəvi sulardan istifadə etməklə suvarmanın tətbiqindən danışıldı. Suvarmanın tətbiqi üçün hidrotexniki qurğulardan istifadədən də geniş bəhs olundu. Müasir təlim vasitəsi olan slaydlardan istifadə olundu. Dərs sonda kafedranın əməkdaşları tərəfindən yüksək qiymətləndirildi.