“Dəmirin alınması və xassələrinə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Zəhra Əliyevanın Kimya ixtisasının II kursunda “Qeyri-üzvi kimya 2” fənnindən açıq dərsi təşkil olundu. Dərsdə fakültə dekanı və kafedra əməkdaşları iştirak etdilər. Açıq dərs VIII B qrup elementlərinin ümumi xarakteristikası haqqında sual cavabla başladı. Dəmirin xassələrinə aid təcrübələrin, onun birləşmələrinin xassələrinə aid reaksiyalar aparılmaqla yanaşı, iki və üçvalentli dəmir ionlarının təyini reaksiyaları aparılaraq alınan nəticələr tələbələrin laboratoriya dəftərlərinə qeyd edildi. Açıq dərsdə həmçinin dəmirin təbii birləşmələrinin təbiətdə yayılması və mövcud şəraitdə aparılması mümkün olmayan laboratoriya işlərinin qısa müddətli video çarxı nümayiş etdirildi.