Microsoft Teams platformasında onlayn görüş

27 noyabr 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində professor-müəllim heyəti və tələbələr arasında Microsoft Teams platformasında onlayn görüş keçirildi. Keçirilən bu tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, “AMEA”-nın müxbir üzvi , professor Vaqif Novruzov, Dos.Yeganə Aslanova, Dos.Aynur Məmmədova iştirak etdi. Baş tutan onlayn görüşdə “Şuşanın işğaldan azad olunması”, “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”, “Qarabağa Qayıdış” , “Azərbaycan Respublikasının Dövlət Konstitutsiyası Günü”, “Milli Dirçəliş Günü” mövzularında diskusiya​ edildi.
Beləliklə Ordumuzun noyabr ayında Azərbaycan tarixinin şanlı səhifələrinə yazdığı böyük qələbələri sizlərlə paylaşdıq.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik….
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş komandan! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!