“31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” mövzusunda onlayn görüş

28 dekabr 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin Biologiya və Kimya fakültəsində müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında növbəti onlayn görüş keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Dos.Yeganə Aslanova, Dos. Aynur Məmmədova, Dos.Mətanət Rzayeva, B/m Aygün Zeynalova iştirak etdi.
Onlayn görüş zamanı “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” başlığı altında tələbələrlə birlikdə müzakirələr aparıldı.
Müzakirələr zamanı Həmrəylik gününün tarixi, Heydər Əliyev və İlham Əliyevin bu istiqamətdə olan uğurlu siyasəti haqqında söhbət aparıldı, eyni zamanda bu günkü gündə Həmrəyliyimizi bizə yenidən xatırladan şəhidlərimiz anıldı. Allahdan hər bir şəhidimizə rəhmət diləyirik.
Sonda Fakultəmiz adından Dünya Azərbaycanlılarını Həmrəylik günü münasibəti ilə təbrik edir, birliyimizin hər zaman daimi olmasını diləyirik!