xocalı soyqırımı

Fakültənin müəllim və tələbə heyəti arasında Microsoft Teams platformasında onlayn görüş keçirildi. Baş tutan tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya və Kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Humanitar məsələlər üzrə dekan müavini Dos.Yeganə Aslanova və fakültəmizin tələbələri iştirak etdi.
Azərbaycan xalqı nə 29 il sonra, nədə qarşıdakı işıqlı sabahlarında o gün qətlə yetirilən 613 canı unutmayacaq. Həyatı dərk etməmiş 63 tabuta sığmayan arzunu daşıyan körpə, zəriflik simvolu olan lakin, o gün ən ağır işgəncələri görən 106 qadın, 70 ahıl!
Sizi heç zaman bu xalq unutmadı və unutmayacaq. Ruhunuz şad olsun məsum 613 can!
Bütün qəlbimizlə inanınırıq ki  gələcəkdə  Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində tarixə qara hərflərlə yazılan bu günlər bir daha yaşanmayacaq. Çünki artıq Azərbaycanın gələcəyi daha parlaq və sarsılmaz bir qələmlə yazılır. Hansı ki artıq bu səhifədə Qarabağın Azərbaycana  qovuşduğu sözləri altın hərflərlə qeyd olunub.Təbii ki, bunlar  Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində olmuşdur. Ümid edirik ki, tarix səhifələrinə öz qanı canı ilə tarix yazan igidlərimizin ruhu şaddır. Onu da qeyd etmək lazımdır ki, İlham Əliyev bu günün xüsusi ilə anılmasına çox böyük diqqət edir. Keçmişini unudan xalqın gələcəyi də yoxdur…Bunun üçün də xalq gərək öz kökünü, tarixini daim xatırlasın.