biologiya elmləri üzrə fəlsəfə doktoru, BAŞ MÜƏLLİM ABDULLAYEVA LALƏ RƏŞİD QIZI

Müəl. Abdullayeva L.QISA BiOQRAFiK MƏLUMAT
1975-ci ildə fevral ayının 14-də Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri N. Krupskaya adına 4 saylı orta məktəbə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirmişdir.

TƏHSİL
Abdullayeva Lalə Rəşid qızı 1992-ci ildə S. Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsinə daxil olub, və 1997- ci ildə həmin Akademiyani fərqlənmə diplomu ilə bitirib.

İŞ TƏCRÜBƏSİ
1997-ci ilin oktyabr ayında Gəncə Dövlət Universitenin “Anatomiya, fiziologiya və zoologiya” kafedrasına baş laborant kimi qəbul edilmişdir. Eyni zamanda 1999-2004-cü illərdə 0,5 ştat əvəzçi müəllim kimi çalışmışdır. 2014-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışır.
Elmi- fəalliyət
2011-ci ildə Azərbaycan Elmi Tədqiqat İpəkçilik institunda doktoranturanın qiyabi şöbəsinə daxil olmuşdur. L.R. Abdullayeva “Azərbaycanda yerli tut sortları yarpağinin introduksiya edilmiş tut ipəkqurdu (bombyx mori l.) cinslərinin məhsuldarliq göstəricilərinin keyfiyyətcə yaxşilaşdirilmasina təsiri” mövzusunda dissertasiya işi üzərində işləmiş və tamamlamışdır. Müdafiə etmişdir və 2017-ci ildən fəlsəfə doktoru adı almışdır. 25 elmi məqalənin müəllifidir. Dissertasiya mövzusunun əsasını təşkil edən məqalələri respublikamızda və xaricdə nəşr olunmuşdur.

ƏMƏK FƏALİYYƏTİ
Abdullayeva Lalə Rəşid qızı 1997-ci ildən hal-hazıradək Anatomi- ya,fiziologiya və zoologiya kafedrasında calışır. Tədrıs etdiyi fənlər – Onurğalılar zoologiyası , Onurğasızlar zoologiyası, Ali məməlilər, Azərbaycan faunası. 12 elmi məqaləsi var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
L.R. Abdullayeva işinə məsuliyyətlə yanaşan, qabiliyyətli və nizam-intizamlı müəllimdir. Fəaliyyət göstərdiyi kafedrada tədris prosesinin təşkilində, universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir. Laboratoriya mövzularını müasir məlumatlar əsasında tərtib edərək, elmi yenilikləri daima tələbələrə çatdırmağa çalışır.

BEYNALXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İSTIRAKÇILIQ:
1. Изучение кормовых качеств листа шелковицы (Моrus alba L.) в условиях Гянджа-Казахской зоны Азербайджана. ХI международная конференция г. Махачкала, 2014. (Интродукция, сохранение и использование биолог.разнообразия культ. растений.)
2. İntroduksiya edilmiş tut ipəkqurdu cinslərinin bioloji göstəricilərinə müxtəlif tut sortları yarpağının təsiri. Müasir aqrar elm.Bey. konfr. 22-24 sentyabr, 2014, ADAU, Gəncə
3.Yemləmədə istifadə edilmiş tut sortları yarpağının biokimyəvi tərkibi Müasir biologiya və kimyanın aktual problemləri. GDU 05-06 may, Gəncə, 2015

SEÇİLMİŞ ƏSƏRLƏRİ:
1 Müxtəlif cəkil sortları yar¬paq¬la¬rı¬nın int¬ro¬¬duksiya edil¬miş tut ipəkqurdu cins¬lə¬rinə təsiri. Azərbaycan aqrar elmi. // Bakı, 2012-ci il, №3
2 İpəkçiliyin innovasiya yönümlü inkişafını təmin edən strategiya. Azərbaycan aqrar elmi. // Bakı, 2014-cü il, № 1
3. Azərbaycanda barama üçün optimal mo¬de¬lin limitləri və seleksiyada istifadəsi. Azərbaycan aqrar elmi. // Bakı, 2014-cü il, № 4
4.Влияние листьев шелковицы (Morus alba L.) различных сортов на техно¬ло¬гические показатели кокона. Журнал Aграрная наука. // Москва, 2015, № 9.