AMEA Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexaniminin nəzəri əsasları” laboratoriyasının müdir əvəzi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Rəzzaq oğlu Sucayev.

%d1%80%d0%b8%d1%81%d1%83%d0%bd%d0%be%d0%ba1QISA BİOQRAFİK MƏLUMAT

Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə anadan olmuşdur. 1997-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 2001-ci ildə kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə isə üzvi kimya ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktoranturasına daxil olmuşdur. 2007-ci ildə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Hazırda Aşqarlar Kimyası İnstitutunda “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında aparıcı elmi işçi və müdir əvəzi vəzifəsində çalışır. 2012-ci ildən isə AKİ-nin elmlər doktorluğu hazırlığı üzrə doktorantıdır, doktorluq elmi işini müdafiə ərəfəsindədir.
Onun fundаmentаl tədqiqаtlаr sаhəsində аpаrdığı işlər nəticəsində müxtəlif funksiyаlı аşqаrlаrın təsir mexаnizmi öyrənilmiş, аşqаrlаrın tərkibi, quruluşu və funksiоnаl xаssələri аrаsındаkı аsılılıq müəyyənləşdirilmişdir. Bu tədqiqаtlаr nəticəsində yüksək təsirə mаlik аşqаrlаrın оptimаl quruluşu prоqnоzlаşdırılmış və sintez edilmişdir. İlk dəfə İtaliya, Türkiyə və İran alimləri ilə müştərək yerinə yetirdiyi tədqiqatlar nəticəsində 50-dən artıq di-, tetra-, heksahidroprimidintionlar, onların xlorlu və sulfamidlərdən ibarət yeni törəmələri sintez edilmiş və fərqli metodla antioksidant, karboanhidraz I, II izoenzimlər üzrə yüksək inhibitor təsirləri müəyyənləşdirilmişdir.
Əfsun Sucayev böyük təcrübəyə malik yüksək ixtisaslı elmi tədqiqatçıdır. Onun apardığı elmi-tədqiqat işlərinin yeniliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2 patentlə təsdiq edilir. Apardığı tədqiqatların əsas nəticələri indiyə qədər 40 elmi əsərdə öz əksini tapmışdır. Son illər 18 məqaləsi ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Çexiyanın “Science Citation İndex”ə daxil olan resenziyalı elmi jurnallarında dərc edilmişdir. Eyni zamanda elm və təhsilin müxtəlif sahələrinə aid 100-dən artıq publisistik məqalələrin müəllifidir.
Ə.R.Sucayev xarici ölkələrdə beynəlxalq konfrans və elmi simpoziumlarda ölkəmizi layiqincə təmsil edir. O, həmçinin Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olaraq ictimai işlərdə də fəallıq nümayiş etdirir, institutda çalışan bütün gənc alimlər, doktorant və disertantlara yaxından köməklik göstərir.