KİMYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT SAHİL İSA OĞLU İBRAHİMLİ

1QISA BİOQRAFİK MƏLUMAT:

Sahil İsa oğlu İbrahimli 01 iyul 1959-cu ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuşdur.

Ailəlidir, 3 övladı var.

TƏHSİLİ:
1966-1976-ci illər ərzində Qabaqtəpə kənd orta məktəbini əla qiymətlərlə bitirərək orta təhsilalmişdir. 1978-1983-cü illərdə H.Zərdabi adına KDPİ-nin (indiki GDU) kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək ali baza təhsili almişdir.1987-1990-cı illər ərzində Azərbaycan Elmlər Akademiyası(indiki AMEA) Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspirantura şöbəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

Əmək fəaliyyətinə 1976-1977-ci illər ərzində Daşkəsən rayon Təmir-tikinti idarəsində fəhlə işləməklə başlamışdır. 1983-1986-cı illər ərzində Daşkəsən rayon Maarif Şöbəsinin Tapan kənd 8-illik, Əmirvar kənd orta və S.M.Puşkin adına şəhər orta məktəblərində müəllim işləmişdir. 1991-2010-cu illər müddətində NKPİ-nin 6 və 26 saylı laboratoriyalarında kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 2010–cu ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasındabaş müəllim vədosent əvəzivəzifələrindəişləmişdir.
14 oktyabr 2016-cı ildən həmin kafedranın dosentidir.

ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ

Pedaqoji fəaliyyəti ərzində Üzvi kimya, Üzvi kimyanın müasir problemləri, Üzvi sintezin nəzəri əsasları, Zərif üzvi sintez və b. fənlərdən günün tələblərilə uzlaşan mühazirələr oxumuşdur. Həmin dövrdə Azərbaycan Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş 6 fənn proqramı hazırlamış, “Üzvi sintez və onun nəzəri məsələləri” adlı20,5 ç.v. həcmində dərs vəsaiti nəşr etdirmişdir

ELMİ FƏALİYYƏTİ

NKPİ-nin aspirantı olduğu müddətdə “Sintetik naften turşuları və olefin oksidləri əsasında oksialkilnaftenatların sintezi, xassələri və tətbiqi” mövzusunda elmi tədqiqat işiaparmışdır.1992-ci ildə həmin institutun ixtisaslaşdırılmış sovetində müdafiə edərək 02.00.13-Neftkimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda Gəncə Dövlət Universitetinin Kimya kafedrasında üzvi kimya ixtisasından elmlər doktoru proqramı üzrə doktorantdır. “Tsikloheksen və norbornenin bəzi oksigenli,azotlu, kükürdlü birləşmələrinin sintezi, xassələri vətətbiqsahələri” mövzusundaelmi araşdırmalar üzərində çalışır.
Ümumilikdə, 110 elmi əsərin müəllifidir. O cümlədən, 1 müəlliflik şəhadətnaməsi, 5 patenti, 45 elmi məqaləsi və 60-a qədər məruzə tezisləri var.

ƏN MÜHÜM ELMİ NƏTİCƏLƏRİ

1. Зейналов Б.К., Ибрагимов С.И.,Зейналов С.Б. Способ получения оксиэтиловых эфиров циклогексен карбоновых кислот.Авторское свидетельство СССР. №1680687.
2. İbrahimov S.İ. Tsikloheksenilmetanol və alifatik yağ turşuları əsasında naften halqalı mürəkkəb efirlərin səmərəli alınma üsulu. Azərbaycan kimya jurnalı. №3. 2002.
3. Abdullayev Y.H., İbrahimli S.İ., Zeynallı S.M. Sinergetik effektli yeni kompozisiyanın deemulsasiya qabiliyyətinin müxtəlif neft nümunələrində tədqiqi. Azərbaycan neft təsərrüfatı. №12. 2006.
4. Abdullayev Y.H., Zeynallı S.M., İbrahimli S.İ., Əzizov Ə.Q. Deemulqator. Patent İ 20110067. 2011.
5. Məmmədbəyli E.H., Cəfərov İ.A., İbrahimli S.İ., Hacıyeva O.B., Hacıyeva G.Ə. 1-Propiltioheksan törəmələrinin antimikrob xassələrinin tədqiqi.Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı.№2. 2011.
6. Мамедбейли Э.Г., Джафаров И.А.,Ибрагимли С.И., Кязимова T.Г.,ГасановX.И.Синтез и свойства аминометоксипроизводных 1-этилтиопептана.Журнал общей химии.Санкт-Петербург.Том 82(144). Выпуск11. 2012.
7. Мамедбейли Э.Г.,ДжафаровИ.А.,ИбрагимлиС.И.,КязимоваТ.Г.,АлиеваС.Т., МамедоваГ.Ф. Синтез исвойствааминометок-сипроизводных 1-(этилтио)гептана.Журнал общей химии.Санкт-Петербург. Том 83.Выпуск 3. 2013.
8. İbrahimli S.İ. Doymamış bitsiklik turşuların pjlioksipropil efirlərinin sintezi və tətbiq imkanlarının araşdırılması. AMEA Gəncə bölməsi. Xəbərlər məcmuəsi. №1(63). 2016.

MÜHÜM BEYNƏLXALQ ELMİ KONFRANSLAR

1. İbrahimli S.İ.,İbrahimova G.H.,Sadıqova Ü.E., Məmmədbəyli E.H. Norbornen karbon turşusunun qeyri-simmetrik propilen oksidlə reaksiya məhsullarının tədqiqi. 1st International chemistry and chemical engineering conference. Baku Azerbaijan. 17-21 april 2013.
2. İbrahimli S.İ., Qurbanov Q.B., Nəbiyeva M.Ə., Məmmədova A.T., Hacıyev Y.H. Bitsiklik karbon turşularından səthi-aktiv maddələrin sintez reaksiyalarının və alınan məhsulların neftlə çirklənmiş hidroekoloji mühitin təmizlənməsi prosesində tədqiqi. “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuşVIII ənənəvi Beynəlxalq Elmi konfrans. Sumqayıt. 2014.
3. İbrahimli S.İ., Məmmədbəyli E.H. Eyni şəraitdə bitsiklləşmə və polioksipropilləşmə reaksiyası. AMEA Neft Kimya Prosesləri İnstitutu. Neftkimya üzrəIX Bakı Beynəlxalq Məmmədəliyev konfransı. 4-5 oktyabr 2016.
4. İbrahimli S.İ. 1,4,5,8-bis-endometilenoktalin karbon turşusu və epoksipropilen əsasında səthi-aktiv maddələrin sintezi. Gəncə Dövlət Universiteti. “Müasir Biologiya və Kimyanın aktual problemləri”. Beynəlxalq konfrans. 12-13 may 2016.
5. МамедбейлиЭ.Г.,ИбрагимлиС.И.,ГаджиеваГ.Э.,ИсмаиловаС.Б. Синтез и биологическая активность норборненсодержащих оснований Манниха. Тезисы докладов Кластера конференций по органической химии “ОргХим-2016”. Санкт-Петербург.27 июня-1 июля 2016.

İCTİMAİ – SOSİAL FƏALİYYƏTİ

Gəncə Dövlət Universiteti və Biologiya-Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətlərinin sədri, universitet və fakültə Elmi Şuralarının üzvü,“Valideyn-Müəllim Assosiasiyası”nın üzvü, Kimya kafedrası müdirinin müavini və s. vəzifələri layiqincə yerinə yetirməklə ictimai – sosial həyatda yüksək fəallıq nümayiş etdirir.