KİMYA KAFEDRASI

Gəncə Dövlət Universtetinin (keçmiş Kirovabad Dövlət Pedaqoji İnstitutu) Kimya kafedrasının yaranma tarixi təxminən 1938-1950-ci illərə təsadüf edir.
Kafedra fəaliyyətə başladığı ilk illərdən artıq elm aləmində tanınmış alimlər, o cümlədən, dos.Ələsgər Məmmədov, prof.Cümşüd Zülfüqarlı, prof.Arif Mambetov, prof.Həzrət Səfərov, prof.İsmayıl Qəribov, kafedra müdiri Hacı Hacıyev (o eyni zamanda tədris işləri üzrə prorektor idi) prof.Mirzə Sadıqov, prof.İsmayıl Hüseynov, professor İsfəndiyar Aslanov, dos. Məmməd Kazımov, dos. Rauf Mustafayev (sonralar professor elmi adı almışdır), dos.Fərhad Rüstəmov, dos.Abdulla Abdullayev, dos. Süleyman Məmmədov, Məmmədbağır Nəbiyev, k.e.n., b/m. Firdovsi Muradzadə və başqaları fəaliyyət göstərirdilər.
1957-ci ildən etibarən kafedranın problem mövzusu «Polifunksional tərkibli üzvi və element üzvi (Si, Ge, Sn, N, S) birləşmələrin sintezi və tədqiqi» olmuşdur. Son zamanlar isə kafedrada elmi-tədqiqat işlərinin müxtəlif sahələr üzrə aparılması nəticəsində yeni istiqamətlərdə meydana gəlmişdir.
2017-ci ildən kafedrada Kimyəvi materialşünaslıq Elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Həmin dövrdən elmi-tədqiqat laboratoriyasında universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə “Mis və gümüşün p2 elementlərlə xalkogenidlərinin və onlar əsasında çoxkomponentli funksional materialların alınmasının fiziki-kimyəvi əsaslarının işlənməsi” mövzusunda tədqiqat işi yerinə yetirilmişdir.

Hazırda elmi-tədqiqat laboratoriyasında kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə ondan çox doktorant və dissertant “Arqirodit mineralının sintetik analoqları əsasında yeni çoxkomponentli funksional materialların alınması və fiziki-kimyəvi tədqiqi” mövzusunda elmi-tədqiqat işi aparır.
Bu müddət ərzində elmi-tədqiqat laboratoriyasında yerinə yetirilmiş tədqiqat işlərinin nəticəsi olaraq kafedra əməkdaşlarından İsfəndiyar Cavid oğlu Alverdiyev kimya elmləri doktoru, Vüsalə Akif qızı Abbasova kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Günel Samir qızı Zeynalova, Zəhra Müseyib qızı Əliyeva isə tədqiqat işlərini tamamlayaraq müdafəyə təqdim etmişlər.
Hazırda kafedrada müxtəlif istiqamətlərdə də elmi-tədqiqat işləri aparılır. Bunlara prof. İ.C.Alverdiyevin rəhbərliyi altında kafedranın bir qrup əməkdaşının “Gədəbəy və Dakəsən qızıl zavodlarınnın istehsal tulantıllarından Au, Ag, Cu, Zn, Fe və qiymətli metalların çıxarılması yollarının tədqiqi”, dos S.İ.İbrahimlinin rəbərliyi altında bir qrup əməkdaşın “Sintetik neft turşularının epoksidlərlə işlənməsindən qeyri-ionogen SAM-ların sintezi və alınan oliqomerlərin tətbiq imkanlarının araşdırılması” mövzularını göstərmək olar.
Fəaliyyətə başladığı dövrdən bu günə qədər kafedranın adı bir neçə dəfə dəyişmiş, və hazırda Kimya kafedrası adlanır. Fəaliyyəti dövründə kafedra əməkdaşlarının çoxlu sayda dərslik, dərs vəsaiti, fənn proqramları, metodik vəsaitlər və s. çapdan çıxmışdır.
Son 5 ildə kafedrada 1 nəfər elmlər doktoru (İsfəndiyar Alverdiyev), 5 nəfər (Samirə Mehdiyeva, Xəyalə Kəsəmənli, Pərvanə Hüseynova, Aynurə Həsənova və Vüsalə Abbasova) kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 4 nəfər (Sahil İbrahimli, Aynur Məmmədova, Mətanət Rzayeva və Samirə Mehdiyeva) dosent elmi adı almışlar.
Hazırda kafedranın 1 əməkdaşı Sahil İbrahimli elmlər doktoru, dissertantlardan Zəhra Əliyeva, Günel Zeynalova, həmçinin kafedranın 2 əyani doktorantları Hüseynova Aynurə, Nəbiyev Elnur, qiyabi dissertantlar Namazov Coşqun, Bəkirova Gülbacı, Mahmudova Aypara və başqaları kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi tədqiqatlarını tamamlayaraq müdafiyə şuralarına təqdim etmişlər.

Hazırda kimya kafedrasının AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA-nın Gəncə bölməsi ilə elmi əlaqələri genişlənir. Bu işdə kafedraya akademiklərdən Vaqif Abbasov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, professorlardan: Məhəmməd Babanlı, Musa Bayramov Famil Çıraqov, Teymur İlyaslı, Oktay Əkbərov, Eldar Əhmədov, Eldar Məmmədbəyli və başqaları yaxından və fəal kömək edirlər.
Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri hər il təxminən 200-ə yaxın elmi məqalə, tezis və monoqrafiyalarda öz əksini tapmışdır.
Sintez edilmiş maddələrin tətbiqinə görə kafedranın bəzi əməkdaşları 16 müəlliflik şəhadətnaməsinə və 8 patent-ixtiraya layiq görülmüşlər.
Bundan başqa Kimyəvi materialşünaslıq Elmi-tədqiqat laboratoriyasında aparılan tədqiqat işlərinin nəticəsi kimi kafedra elm və təhsilin inteqrasiyası məqsədi ilə 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi qrant müsabiqəsində AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitunun və Gəncə Dövlət Universiteti ilə birgə hazırladığı “Mis və gümüşün çoxkomponentli xalkogenidləri əsasında yeni superion keçiricilərinin və termoelektrik materiallarının alınması və tədqiqi” adlı layihədə iştirak edərək, qalib olmuşdur.
Hazırda kafedranın əməkdaşları İsfəndiyar Alverdiyev və Günel Zeynalova Azərbaycan Elm Fondunun elan etdiyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi-2023” (AEF-MCG-2023-1 (42) qrant müsabiqəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Fotoelektrokimyəvi yolla sudan hidrogen alınması üçün mis və gümüşün mürəkkəb xalkogenidləri əsasında ekoloji təhlükəsiz fotoelektrod və ionkeçirici materiallar” adlı layihə ilə iştirak edirlər.
Hər iki layihə müasir kimyəvi materialşunaslığın prioritet istiqamətlərinə, yüksək texnologiyalar üçün yeni qarışıq superion-elektron keçiricilərinin və termoelektrik materiallarının alınmasının fiziki-kimyəvi əsaslarının işlənməsinə həsr olunmuşdur.
Hazırda Kimya kafedrasının ştat tərkibi belədir: 2 k.e.d., professor, 1 k.e.d., professor attestatsız, 3 fəxri professor, 6 dosent, 3 dosent attestatsız, kimya üzrə fəlsəfə doktoru, 10 baş müəllim, 4 assistent. Başqa sözlə kafedranın strukruru 31 nəfər professor-müəllim və 20 nəfər tədris-köməkçi heyətindən ibarətdir.
Son 5 ildə kafedrada 100-dan artıq fənn proqramı və 20-dən artıq dərslik və dərs vəsaiti, 4 monoqrafiya Gəncə Dövlət Universitetinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrifi ilə nəşr olunmuşdur.

KAFEDRADA TƏDRİS OLUNAN FƏNNLƏR HAQQINDA MƏLUMAT
(BAKALAVR VƏ MAGİSTR AYRILIQDA)
Bakalavriat təhsil səviyyəsində tədris olunan əsas fənlər
Ümumi kimya
Qeyri-üzvi kimya
Analitik kimya
Üzvi kimya
Fiziki kimya
Yüksək molekullu birləşmələr kimyası
Kristallokimya
Neft kimyası və neft kimyəvi sintez
Kimya texnologiyası
Fiziki tədqiqat metodları
Kolloid kimya3
Kimyanın didaktikası
Ümumi kimyanın tədrisi metodikası
Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası
Qeyri-üzvi kimyanın tədrisi metodikası
Fiziki–kolloid kimya
Kimya
Biokimya
Molekulyar biologiya
Bioloji kimya (Biokimya)
Biokimya və molekulyar biologiya
Ekoloji kimya
Analitik kimya və instrumental analiz
Kimyəvi termodinamikanın əsasları
Kimya mühəndisliyinə giriş
Kimyəvi reaksiyaların mühəndisliyi
Kimya mühəndisliyində qurğuların texnoloji əməlyatları
Kimya mühəndisliyi laboratoriyası

Kimyəvi proseslərin layihələndirilməsi
Kimya mühəndisliyində riyazi modelləşmə
Ətraf mühitin kimyası və toksikologiyanın əsasları
Bakalavriat təhsil səviyyəsində tədris olunan seçmə fənlər
Fotohəssas və termodinamik materiallar
Kimyəvi materialşünaslıq
Təbii birləşmələr kimyası
Bərk cisimlər kimyası
Qeyri-üzvi sintez
Üzvi sintez
Miqdari analiz üsulları (Həcmi analiz)
Zərif üzvi sintez
Təbii obyektlərin analizi
Nadir elementlər kimyası
Ekoloji kimya
Qeyri üzvi kimyanın nəz. əsasları
Keçid elementlər kimyası
Üzvi reagentlərin analitik kim. tət.
Üzvi kimyanın nəzəri əsasları
Qeyri üzvi biokimya
Kimyanın tarixi
Həyat fəaliyyətinin kimyəvi əsas
Kompleks birləşmələr kimyası
Analitik kimyanın nəzəri əsasları
Təbii obyektlərin analizi
Fiziki kimyəvi analiz üsulları
Üzvi reagentlərin analitik kimyada tətbiqi
Qapalı zəncirli karbohidrogenlər
Fiziki kimyanın nəzəri əsasları
Üzvi sintezin nəzəri əsasları

Neft kimyası və karbohidrogenlərin termokatalitik çevrilmələri
Biozvi və i fizioloji fəal birləşmələr kimyası
Üzvi kimyadan semilmiş bəhslər
Həyat fəaliyyətinin kimyəvi əsasları
Kristalloqrafiya və mineralogiya. əsasları
Praktiki əhəmiyyətli polimerərin sintezi və tətbiqi
Neft kimyası və neft kimyəvi sintez
Kompleks birləşmələrin tibbidə tətbiqi
Dərman prep. kimyəvi texnologiyasısı
Biopolimerlərin kimyası və texnologiyası
Heterogen kataliz
Qeyri-üzvi biokimya
Magistraturada tədris olunan əsas fənlər
YMBK-nın müasir problemləri
YMBK-nın tarixi və metodologiyası
AMMEF (Sənaye polimerləri)
Nanokimya və polimer nanokompozitləri
Polimerlərin sintezi
Monomerlərin sintezi
Polimerlərin analizi
Polimerlərin fiziki kimyası
Polimerlərin kimyəvi çevrilmələri
Polimer məhlullar
Analitik kimyanın müasir problemləri
Analitik kimyanın tarixi və metodologiyası
AMMEF (Konkret obyektlərin analizi)
Ayrılma və qatılaşdırma metodikası
Nümunə çəkisinin götürülməsi və analizə hazırlanması
Analitik kimyadan kompleks birləşmələrin tətqiqi
Nadir elementlərin analizi
Optik analiz metodları
Elektrokimyəvi analiz metodları
Üzvi kimyanın müasir problemləri
Üzvi kimyanın tarixi metodologiyası
AMMEF (5 və altıüzvlü heterotsiklik birləşmələr və onların törəmələri)
Üzvi birləşmələrin sintezi və tədqiqi
Elementüzvi birləşmələrin sintezi və tədqiqi
Üzvi kimyanın fiziki tədqiqat üsulları
Zərif üzvi sintez

Təbii birləşmələr kimyası
Qeyri-üzvi kimyanın müasir problemləri
Qeyri-üzvi kimyanın tarixi və metodologiyası
Dərman maddələrinin sintezi
Kimyanın nəzəri əsasları
Fiziki-kimyəvi analiz
Yarımkeçiricilər kimyası
Bərk cisimlər kimyası
Təbii qeyri-üzvi birləşmələr
Qeyri-üzvi materialşünaslıq
Kimyanın tədrisi metodikasınln müasir problemlər
Kimyanın tədrisinin tarixi və metodologiyası
AMMEF(kimyanın tədrisində fundamental anlayışları)
Kimyanın tədrisində ekoloji tərbiyə
Kimyanin sənayesində və laboratoriyalarında əməyin mühafizəsi
Kimyanın tədrisində çətinləşdirilmiş məsəllərin həlli
Kimyanın tədrisi prosesindənəzəri və eksperimental tədqiqatların təşkili
Müasir kimya texnologiyaları
Ali məktəblədə kimyanın tədrisi metodikası

Magistraturada tədris olunan seçmə fənlər
Polimer kompozisiya materialları

Müasir fiziki-tədqiqat üsulları (NMR. İQ)
Sintetik kauçuklar
Monimerlər kimyası
Polimer məhlulları
Analiz nəticələrinin işlənməsi
Rentgenspektral analiz
Üzvi birləşmələrin analizi
Ətraf mühitin obyektlərinin analizi
Atom absorbsion analiz
Müasir fiziki tədqiqat üsulları (NMR
Dərman maddələrinin sintezi
Üzvi kimyadan seçilmiş bəhslər
Təbii birləşmələr kimyası
Metal üzvi birləşmələr
Tədqiqat üsulları
Keçid elementlərin kristal kimyası
Qeyri-üzvi sintezin əsasları
Qeyri-üzvi biokimya
Xüsusi təmiz qeyri-üzvi maddələrin analizi
Koordinasion kimyanın əsasları
Materialşünaslığın əsasları
Azərbaycanda kimya sənayesinin müasir vəziyyəti və inkişaf persptivləri
Məktəb kimya kusunun elmi əsasları
Kimyanın təlimində interaktiv metodları

KAFEDRA ƏMƏKDAŞLARININ SİYAHISI

  1. Professor Yusif Yusibov Əmiralı o.
  2. Professor İsfəndiyar Alverdiyev Cavid o.
  3. Professor Tağı Tağıyev İbrahim o.
  4. Dosent Gülsüm Fətəliyeva İsa q.
  5. Dosent Aynur Məmmədova Teyyub q.
  6. Fəxri professor Qulu Qurbanov Baba o.
  7. Fəxri professor Elxan Cəfərov Firat o.
  8. Dosent Murad Vəliyev Turab o.
  9. Dosent Sahil İbrahimli İsa o.
  10. Dosent Mətanət Rzayeva Firuddin q.
  11. Kimya elmləri üzrə fəlsəfə doktoru Eyyub Abbasov Mirzə o.
  12. Dosent Samirə Mehdiyeva Tofiq q.
  13. Dosent əvəzi Xəyalə Kəsəmənli Hamlet q.
  14. Dosent əvəzi Pərvanə Hüseynova Firuddin q.
  15. Kimya üzrə fəlsəfə doktoru Vüsalə Abbasova Akif q.
  16. Kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova Mikayıl q.
  17. Baş müəllim Yunis Hacıyev Hüseyn o.
  18. Baş müəllim Ülviyə Sadıqova Eyyub q.
  19. Baş müəllim Sevinc Zeynalova Vilayət q.
  20. Baş müəllim Zəhra Əliyeva Müsahib q.
  21. Baş müəllim Aygün Zeynalova Elxan q.
  22. Baş müəllim Vüqarə Əliyeva Surxay q.
  23. Baş müəllim Leyli Namazova Oktay q.
  24. Baş müəllim Fəridə Məmmədova Oruc q.
  25. Müəllim Günel Zeynalova Samir q.
  26. Müəllim Elşən Qəhrəmanov Teymur o.
  27. Müəllim İlahə Rəhimova Nadir q.
  28. Müəllim Firəngiz Əlizadə Asəf q.

KAFEDRANIN TƏDRİS KÖMƏKÇİ HEYƏTİ HAQQINDA MƏLUMAT

  1. Laboratoriya müdiri Rasifə Həsənova Bağır q.
  2. Laboratoriya müdiri Gülnara Mehdiyeva Cahad q.
  3. Böyük laborant Zərəfşan Burcuyeva Nəriman q.
  4. Böyük laborant Nuriyyə Əlizadə Qasım q.
  5. Böyük laborant Aytəkin Məmmədova Ələkbər q.
  6. Böyük laborant Sevil Qurbanova Qəzənfər q.
  7. Böyük laborant Fatma Nəbiyeva Seyyub q.
  8. Böyük laborant Nərminə Yusibova Siyavuş q.
  9. Laborant Şəfayət Qurbanova Şəfayət Cəlal q.
  10. Böyük laborant Gülgün İbrahimova Oleq q.
  11. Böyük laborant Sevinc Mahmudova Barat q.
  12. Böyük laborant Afaq Muradova Namiq q.
  13. Preparator Könül Şabanova Arif q.
  14. Preparator Aynurə Əliyeva Saləddin q.
  15. Operator Gülnur Vəliyeva Vaqif q.
  16. Böyük laborant Rafiq Abbasov Rövşən o.
  17. Laborant Aytac Bayramova Qənimət q.
  18. Laborant Gültac Hacıyeva Gündüz q.
  19. Operator Kəmalə Əliyeva Tahir q.