BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT ŞEYXZAMANLI ARİFƏ BAHƏDDİN QIZI

Əliyeva Arifə müəlliməQISA BİOQRAFİK MƏLUMAT:

Arifə Bahəddin qızı Əliyeva – Gəncə Şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1966-cı ildə 18 saylı Dəmir yol məktəbini bitirmişdir.
1967-ci ildə Həsənbəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnistitutuna daxil olmuşdur. Həmin İnstitutu 1972-ci ildə bitirmişdir.
1975-ci ilə qədər Kirovabad Dövlət Pedaqoji İnstitutunun Zoologiya kafedrasında çalışmış,
1980-ci ildən əvvəl 18 saylı, sonra isə 27 saylı məktəb liseyində biologiya müəllimi işləmişdir.
1995-ci ildə Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasında əvvəl müəllim, baş müəllim, hal-hazırda dosent vəzifəsində çalışır.
2008-ci ildə müvəffəqiyyətlə Namizədlik Dissertasiyası müdafiə etmiş və fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə kafedranın dosenti elmi adına layiq görülmüşdür.