TGTM və Tələbə Həmkərlar İttifaqının fakültə üzrə sədri Muradlı Mədinə İsgəndər qızı

7Muradlı Mədinə İsgəndər qızı 1999-cu il iyulun 5-də Goranboy rayon Xanqərvənd kəndində anadan olmuşdur.
2005-ci ildə Goranboy rayon tam orta məktəbin 1-ci sinfinə getmişdir.
2006-cı ildə isə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə köçmüş, 2003 nömrəli məktəbdə təhsilini davam etdirmişdir.
2008-ci ildə isə yenidən Goranboy rayonunun Xanqərvənd kəndinə köçmüşdür.
2008-ci ildən isə təhsilini Xanqərvənd kəndində davam etdirmişdir.
2016-ci ildə Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin Biologiya müəllimliyi ixtisasına qəbul olmuşdur.
O, dərslərini və digər işlərini bitirəndən sonra asudə vaxtlarını Universitet və fakültənin lazımı işlərini görməyi özünə borc bilir.
2016-cü ildən etibarən TEC üzrə fakültə sədri seçilmişdir. Bu istiqamətdə silsiləvi tədbir və layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir.
Universitetin rəhbərliyi tərəfindən yaradılan şəraitdən istifadə edərək həm marifləndirici həm də maraqlı təlimlər baxımından bir sıra işlər görmüşdür.
Hal-hazırda Biologiya-kimya fakültəsində TGT və Tələbə Həmkərlar İttifaqının fakültə üzrə sədridir.