Dosent Rzayeva Mətanət Firuddin qızı

Rzayeva Mətanət Firuddin qızı 1977 – ci ildə Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1994-cü ildə H.Zərdabi adına  Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki GDU) daxil olmuş və 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutun Biologiya-Kimya fakültəsinin “Qeyri-üzvi kimya” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə GDU-nun  Biologiya – Kimya fakültəsinin  “ Üzvi kimya” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və 2000-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildən Gəncə Dövlət Universitetinin “Kimya” kafedrasında müəllim, 2010-cü ildə isə baş müəllim vəzifəsində çalışıbdır. Hal-hazırda həmin kafedrada əsasən Qeyri-üzvi kimya dərslərini tədris edir. Hazırda həmin kafedranın dosentidir. 2014 –cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi və 2019-cu ildə isə dosent elmi adını almışdır. 100-ə yaxın elmi əsərin, 2 dərs vəsaitinin və 29 qrifli nəşr olunmuş fənn proqramının müəllifidir.   Gəncə Dövlət Universitetinin 80 illik yubileyində Azərbaycan Resbublikası Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.