Baş müəllim Bayramov Fizuli İbrahim oğlu

Bayramov Fuzuli Ibrahim oglu B.Muellim

Bayramov Füzuli İbrahim oğlu 1942-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1964-cü ildə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstutunun Kimya-biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 1964-cü ildə yanvar ayından Oğuz rayonunun Xaçmaz kənd orta məktəbində əmək fəaliyyətinə başlamışam.1965-ci il fevral ayından həqiqi hərbi xidmətə çağrılmışam 1965-ci il avqust ayında hərbi xidməti başa vurmuşdur.1965-ci ildən 1968-ci ilin may ayına qədər 5 № -li Kirovabad internat məktəbində müəllim işləmişəm. 1968-ci il iyunun 1-dən 1971-ci il iyun ayına qədər S.Ağamalıoğlu adına Az.KTİ-nin qeyri-üzvi, analitik və fiziki kimya kafedrasında əyani aspirant olmuşam. 1971-ci il oktyabr ayının 6-dan K.P.İ-nun üzvi və bioloji kimya kafedrasında, 1990-cı ilin sentyabr ayından hal-hazıra kimi Botanika kafedrasında baş müəllim işləyir. Kimya-biologiyanın aktual problemlərinə dair 31 elmi məqaləsi çap olunmuşdur. Bir sıra tədris vəsaitləri və proqramların müəllifidir. Elmi məqalələri Rusiyanın konfranslarının, Mendeleyev adına cəmiyyətin, Azərbaycan kimya jurnalının, Gəncə Dövlət Universitetinin jurnallarında dərc olunmuşdur.
Ailəlidir, 3 övladı,6 nəvəsi var. Əmək veteranıdır.