Dosent Heydərov Razim Məmmədsöyün oğlu

Heyderov Razim Məmmədhüsoyün oglu dosent1938 ci ildə Gəncə şəhərində anadan olub.

1964-cü ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun  aqronomluq fakültəsini bitirib.

1964-cü ildən Azərbaycan Elmi Tədqiqat İnstitutunun suvarma şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb,  1966-cı ildən isə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Botanika kafedrasında baş laborant vəzifəsində işləyib. 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi ada layiq görülmüşdür.

1990-cı ildən Botanika kafedrasında dosent vəzifəsində çalışır.

“Bitki fiziologiyası” ixtisası üzrə 30-a yaxın müxtəlif jurnallarda məqalələrim nəşr olunmuşdur. Bunlardan biri 1972-ci ildə müəlliflə birlikdə “Yaşıl yarpaq fotosintez laboratoriyasıdır” adlı kitabı  nəşr olunmuşdur.