KİMYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, PROFESSOR QURBANOV QULU BABA OĞLU

k.e.n.,dosent Qurbanov Qulu Baba oğlu

QISA BİOQRAFİK MƏLUMAT

Qulu Baba oğlu Qurbanov 2 may 1945-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
Yeddillik təhsili doğma kəndində, 11 illik təhsili isə Marneuli şəhər 1 saylı Azərbaycan məktəbində “Qızıl medal”la bitirmişdir. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olaraq oranı 1970-ci ildə “Fərqlənmə diplomu” ilə başa vurmuşdur. 1970-1971-ci ildə təyinatla H.Zərdabi adina KDPİ-də (indiki Gəncə Dövlət Universiteti) müəllim işləmişdir. 1971-1974-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsi “Üzvi kimya” kafedrasının məqsədli əyani aspirantı olmuş və 1976-cı ildə BDU-nun İxtisaslaşdırılmış Elmi Şurasında “Aromatik sırası tiollarının sintezi, çevrilmələri və onların metalların korroziyasında inhibitor kimi tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1990-cı ildən dosentdir.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var və hər ikisi ali təhsillidir.

İŞ TƏCRÜBƏSİ.
1970-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) müəllim işləmişdir.
1980-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında- pedaqoji fəaliyyətini davam etdirmiş, 2000-ci ildən isə hal-hazıra kimi Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsində çalışır.

Elmi fəaliyyəti
BDU-nun əyani aspirantı olduğu illərdə “Aromatik sırası tiollarının sintezi, çevrilmələri və onların metalların korroziyasında inhibitor kimi tədqiqi” mövzusunda tədqiqat işi aparmışdır. Bundan başqa tədris-metodiki sahədə bir sıra dərslik, dərs vəsaiti, metodik göstəriş və fənn proqramlarını Təhsil Nazirliyinin qrifi ilə nəşr etdirmişdir. Ali məktəbdə 46 illik elmi-pedaqoji fəaliyyəti dövründə onun 250-dən çox elmi əsərləri müxtəlif yerli və xarıcı jurnallarda nəşr edilmişdir.
Pedaqoji fəaliyyəti
Pedaqoji fəaliyyətə Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin təyinatı ilə 1970-ci ildən H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universiteti) Gəncə Dövlət Universitetinin “Kimya və kimya texnologiyası” kafedrasında müəllim kimi başlamışdır. Daha sonra pedaqoji fəaliyyətini (dərs yükləri kəskin azaldığından), Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (1980-2000-ci illər) davam etdirmiş, 2000-ci ildən isə Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsində çalışır.
Uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2009-cu ildə ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı verilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ına və eyni zamanda bir neçə dəfə Universitetin “Fəxri Fərman”larına layiq görülmüşdür.
Tədrisin keyfiyyətinin yüksəldilməsində, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasında yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında və Universitretin ictlmai işlərində fəal iştirakına görə Universitet Elmi Şurasının 29.02.2016-cı il tarixli (protokol 01) qərarına əsasən Universitetin “Fəxri professor”u adı verilmişdir.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR
Elmi istiqamətin əsasını tsikloheksilalkilaromatik tiolların sintezi, çevrilmələri və onların əsasında alınan sulfid və aminosulfid törəmələrinin neft-kimya sənayesinin müxtəlif sahələrində tətbiqinin tədqiqi təşkil edir. Belə tətbiq sahələrindən biri alınan törəmələrin metalların korroziyasında inhibitor kimi tətbiqidir. Bundan başqa kafedranın elmi-tədqiqat işi olan “Elementüzvi birləşmələrin (S,P,N,Sn, Si,) sintezi və tədqiqi” mövzusunun yerinə yetirilməsində işin rəhbəri kimi yaxından iştirak edir. Fəaliyyəti dövründə aparılan tədqiqat işlərinin ən mühüm nəticələri üç “Müəlliflik şəhadətnaməsi” və üç “Patent-ixtira”da öz əksini tapmışdır.

Ən mühüm elmi nəticələrin məzmunu çap olunduğu jurnal və onun yeri , tətbiqi, elmi yeniliyi və praktiki əhəmiyyəti aşağıdakı məqalələrdə öz əksini tapmışdır:
1. Способы защиты алюминия и его сплавов от щелочной коррозии. Авторское свидетельство №431794 Moskva 1972-ci il.
2. Исследование реакции этерификации п-циклогексилфенил-меркаптоуксусной кислоты спиртами жирного ряда. Азерб. хим.ж. Баку 1974
3. Исследование сульфамидов и четвертичных сульфаммониевых солей в качестве ингибиторов и наводораживания Журнал «Нефтяная промышленность» №2 Москва 1985
4. Четвертичные аммониевые соли в качестве ингибиторов коррозии в двухфазных системах. Журнал «Нефтяная промышленность» Серия коррозия и защита окружающей среды. Выпуск 10, Москва 1985
5. Способ защиты алцминиевых сплавов от щелочной коррозии, Журнал «Коррозия и защита» №3 Москва 1986
6. Синтез и свойства - 1- -алкилтиоэтилсукцинимидов. Журнал «Прикладной химии» том 60, №2, Москва 1987
7. Сравнительная ингибирующая активность аминоспиртов и аминотиолов. Журнал «Базовая промышленность» Серия «Подготовка, переработка и использование газа», №10 Москва 1987
8. Подбор - и Н-содержащих коррозии стали путём снятия поляризационных кривых Журнал «Газовая промышленность» Серия разработка и эксплуатация газовых и газоконденсатных месторождений, Выпуск 5, Москва 1988
9. 1-(-бензил)-био(2-меркаптопропил)-амин. Авторское свидетельство СССР №4082772 от 04.05.1988
10. 1-(-пиперидино)-2-1- – диэтиламинометилтио-3-бутоксипропан- проявляющий свойства стимуляторов роста зерновых культур.Авторское свидетельство №417230 1988
11. Синтез и свойства этоксиметилзамещённых 1,2-аминоспиртов Журнал «Прикладная химия» Ленинград 1992 №9
12. Синтез и свойства феноксиметилзамещённых 1,2-аминопропантиолов Журнал «Химия и химическая технология» Москва, №1 1993
13. 3-Арилоксикарбонил-замещённые тиэтаны в качестве присадок к трансимиссивным маслам. Журнал «Нефтехимия» Москва том 35 №1 1995
14. Müxtəlif çoxflüorlu aminopropantiolların sintezi. Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası 2004
15. 6-Amin-4-hidroksi-2-merkaptopirimidinin törəmələrinin sintezi Azad Tehran Universiteti, Bakı Dövlət Universiteti, Kimya Problemləri №2 2007
16. Синтез некоторых ОКС- и тиазолидин -1,3-дионов и их оксиранил- и тииранилпроизводных Журнал органической химии. Вып. 6, Том 47, 2011
17. Циклоацилирование хлоралгидридов 1-метил 3-дионов и их оксиранил- и тииранилпроизводных. Журнал органической химии. Вып. 6, Том 47.2011
18. Циклоацилирование хлоралгидридов 1-метил-3-арилзамещённых циклогексанкарбоновых кислот в условиях реакции Фриделя-Кравца Международная научно-практическая конференция, Кутаиси 2011.
19. Tsiklopentadien, alkilen oksidləri və “MSK” əsasında dien sintezi və oksoalkilləşmə reaksiyaları. Материалы VIII Бакинской Международной Мамедалиевской Конференции по нефрехимии 3-6 октября 2012 год
20. Çoxfunksiyalı polialkilmetakrilat tipli aşqarın neft yağlarının tərkibində tədqiqi. Azərbaycan Neft Təsərrüfatı. 05.05.2013

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, MƏRUZƏLƏRİN ADI, YERİ VƏ S.)
1. Исследование реакции аминометилирования циклогексил-этилтиофенола с различными аминами и формальдегидом. Тезисы докладов молодых учёных химиков Азербайджана, Баку 1974
2. Синтез некоторых сульфидов и дисулфидов П-циклогексилтиофенола. Тезисы Республиканской научно-технической конференции молодых учёных химиков, посвящённая 60-летию установления советской власти в Азербайджане, Баку – 1980
3. Комплексы металлов переменной валентности как ингибиторов окисления кумола. Тезисы докладов ХЫВ Менделеевского сьезда по общей и прикладной химии №2 1989
4. Синтез и некоторые превращения бутоксизамещённых 1,2-аминотиолов. Тезисы докладов ЫВ Всесоюзное совещание по химическим реактивам. Том 2 сентябр Баку 1991 год.
5. Синтезы и некторые превращения метоксиметилзамещённых 1,2-аминопропантиолов. Тезисы докладов ХВЫЫЫ Всесоюз. Конф. по синтезу и технологии органических соединений серы. Казань 1992
6. Синтезы и свойства солей переходных металлов различных 1,2-аминопропантиолов. ВЫ Совещание по хим.реактивам 5-9 октября 1993 год. Тезисы докладов и совещаний. Уфа-Баку 1993.
7. Реакции 1,2-аминопропантиолов с хлорпропионовой кислотой и её эфирами. Тезисы докладов ХЫХ Всероссийской Конференции по химии и технологии орг.соединений серы. Казань, Часть1 1995
8. Tərkibində silisium saxlayan doymamış bəzi üzvi birləşmələrin sintezi və tətbiq sahələri. Kavkaz Universitesi Kimya bölümü, XVIII Ulusal Kimya Konqressi. Kars. Türkiye 2004
9. Müasir “Biologiya və kimyanın aktual problemləri” Elmi-Praktik konfrans. Gəncə 12-13 may 2014-cü il; Gəncə 05.06. 2015-ci il.
Bu göstərilənlərdən əlavə 30-dan artıq dərs vəsaiti, metodik göstəriş, metodik vəsait və fənn proqramları çap olunmuşdur. Bunlardan «Metal karbonilləri», «Yüksəkmolekullu birləşmələr və onların xalq təsərrüfatında tətbiqi», «Nitridlər», «Üzvi kimya II hissə», «Karbidlər», «Qeyri-üzvi polimerlər», «Vitaminlər və onların bioloci təsiri», «Üzvi yarımkeçirijilər I və II hissə», «Kompleks birləşmələr və onların tətbiqi», «Oksigenli və heterotsiklik üzvi birləşmələr», «Yağlı sıra karbohidrogenləri və onların kənd təsərrüfatında tətbiqi», «Ətraf mühit və canlı orqanizim», «Atmosfer və ekologiya», «Qapalı zəncirli karbohidrogenlər», «Elementüzvi birləşmələr kimyası», «Beş- və altıüzvülü heterotsiklik birləşmələr» və sair göstərmək olar ki, bunlardan da hazırda Ali məktəb tələbələri, müəllimləri və kimyanın bu və ya digər sahələri ilə maraqlananlar istifadə edirlər.
2015-ci ildə Ali məktəblərin bakalavr səviyyəsində kimya ixtisasları üçün 34 çap vərəqi həcmində “Üzvi kimya”dan hazırladığı dərsliyi çap olunmaq üçün nəşriyyata təqdim edilmişdir.

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKI
2008-ci ilin sentyabrindan Kimya kafedrası müdirinin müavini, 2009-cu ilin yanvarından kimya kafedrasının müdir əvəzi, 2011-ci ilin iyunundan isə kafedra müdiri vəzifəsində işləyir. Hazırda Gəncə Dövlət Universitetinin Elmi Şurasının, Universitet Tədris-Metodiki Şurasının və Kimya-biologiya fakültəsinin Elmi Şurasının üzvüdür. Fakültə və Universitetin digər ictimai işlərində yaxından və fəal iştirak edir.
Gəncə Dövlət Universitetinin kimya kafedrasına rəhbərlik etdiyi dövrdə 1 nəfər elmlər doktoru, 5 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 3 nəfər isə dissertasiya işlərini tamamlamış və müdafiə ərəfəsindədir.
Kafedranın hazırda 30 nəfər professor-müəllim və 19 nəfər laborant-texniki heyyətinə rəhbərlik edən dos. Q.Qurbanovun məhz təşkilatçılığı və şəxsi qabiliyyəti sayəsində kollektivdə işguzar və səmimi münasıbətlər yaranmış, tədris olunan fənlərin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayan açıq dərslərin təşkili və onun müzakirəsi kafedra iclaslarında vaxtaşırı geniş müzakirə olunur.