PROFESSOR ƏHMƏDOVA SEVDA ZAHİD QIZI

Qısa bioqrafik məlumat:
E-mail: sevda_axmedova@inbox.ru
Əhmədova Sevda Zahid qızı 1960-cı ilin sentyabr ayının 07-də Xanlar rayonunda anadan olub.
Təhsili: 1977-ci ildə 11 saylı orta məktəbin 10-cu sinfini bitirib.
1981-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki GDU) “Kimya-Biologiya” fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə bakalavr pilləsini bitirib.
1989-cu ildə AKTA-da Bitkiçilik kafedrasında dissertanturaya qəbul olub.
1995-ci ildə “Adi dolixosun qarışıq səpində qarğıdalı ilə yem kimi və təmiz səpində dən məqsədilə öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bu yüksək məhsuldar bitki Azərbaycanda ilk dəfə olaraq öyrənilmişdir.

Elmi dərəcəsi və adları:
1995-ci ildə Genetika və Seleksiya İnstitutunda birdəfəlik müdafiə şürasında namizədlik dissertasiyasını müdafiə edib kənd təsərrüfatı elmlər namizədi diplomuna layiq görülmüşdür.
1997-ci ilin iyun ayında dosentlik diplomunu almışdır.
1998-ci ildən AKTA-nın Botanika kafedrasının doktorantı olmuşdur.
2011-ci ildə Botanika İnstitutunda «Azərbaycanın Ceyrançöl və Acınohur qış otlaqlarının bitkiliyi və onun bioekoloji və aqrofitosenoloji xüsusiyyətləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2013-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Biologiya elmləri doktoru adına layiq görülmüşdür.
2017-ci ildə professor elmi adı almışdır.

Əmək fəaliyyəti:
1981-1983-cü illərdə təyinat üzrə Şamaxı rayonunda orta məktəbdə kimya müəllimi
1983-1993-cü illərdə AKTA-nın Bitkiçilik kafedrasında laborant,böyük laborant,
1993-1997-ci illərdə AKTA-nın Bitkiçilik kafedrasında assistent,dosent(attestatsız)
1997-2004- illərdə AKTA-nın Bitkiçilik kafedrasında dosent
2004-cü ildən hal-hazıradək Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasına kafedra müdiri vəzifəsində çalışır.

Təltifləri:
2018 – ci ildə Azərbaycan Respublikası Prezdentinin Sərəncamı ilə “ Tərəqqi medalı ”
ilə təltif edilmişdir.

Tədqiqat sahəsi: «Azərbaycanın Ceyrançöl və Acınohur qış otlaqlarının bitkiliyi və onun bioekoloji və aqrofitosenoloji xüsusiyyətləri»
Elmi əsərləri: 150-dən çox müxtəlif adlı məqalənin, bunların içərisində 3 monoqrafiya, 4 dərs vəsaiti, 3 dərslik 50-dən çox fənn proqramı , 1 metodik göstərişin və müxtəlif xarici ölkələrdə və ölkədaxili jurnallarda nəşr olunmuş elmi məqalələrin müəllifidir.

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:
51 Beynəlxalq və respublika simpozium və konfranslarda iştirak edib.

Dil bilgisi:
Rus (yaxşı)
Türk (yaxşı)
İngilis(orta)

Partiyalığı: YAP