BAŞ MÜƏLLİM NƏSİROVA NƏSİBƏ VOLODİYA QIZI

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT
1977 – ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 1984- cü ildə Qaradağlı kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1994-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Subaydır.

TƏHSİLİ
1994- cü ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının ( indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Aqronomluq Fakültəsininə daxil olub, 1998- ci həmin fakültəni bitirmişdsir. 1998- ci ildə Biologiya kafedrasında Bitki anatomiyası və morfologiyası ixtisası üzrə magistraturaya daxil olub.2000- ci ildə həmin ixtisası bitirmişdir.

İŞ TƏCRÜBƏSİ
2002-ci ildən 2003- cü ilə qədər Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının Botanika və bitki fiziologiyası kafedrasında stajcı müəllim vəzifəsində işləyib. 2004 –2005 ci ildə stajçı müəllim, 2005-2009 cu illərdə muəllim, 2009 –cu ildən hal hazıradək Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında baş müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti
2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya kafedrasının dissertantı olmuşdur. 2013-cü ildə “Azərbaycanin buğdayıotları və istifadə perspektivləri” mövzusu üzrə dissertasiya işini müdafiə etmışdir.
2014-cü ildə Ali Attestasiya Kommisiyası tərəfindən Biologiya üzrə Fəlsəfə doktoru Diplomuna layiq görülmüşdür. Bir metodik vəsait (Ali təhsilin maqgistratura pilləsində elmi- pedaqoji təcrübənin təşkilinə dair), on fənn proqramının, iyirmi elmi əsərin (bunlardan üçü müxtəlif xarici jurnallarda) ,17-i isə müxtəlif nəşriyyatlarda çap edilmişdir müəllifidir .

Pedaqoji fəaliyyəti
2002-ci ildən 2003- cü ilə qədər Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının Botanika və bitki fiziologiyası kafedrasında stajcı müəllim vəzifəsində işləyib. 2004 –2005 ci ildə stajçı müəllim, 2005-2009 cu illərdə muəllim, 2009 –cu ildən hal hazıradək Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında baş müəllim vəzifəsində çalışır.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI NƏTİCƏLƏR
“Aegilops L. cinsinin nümayəndələrinin morfoloji anatomik analizi göstərdi ki, bu növlərin əksəriyyəti quruluş xüsusiyyətlərinə görə kəskin kseromorfdurlar. Bəzi növlərdə mezokserofit əlamətlər olmaqla, 4 formada rütubətli orta-mülayim quru və tam quru ekoloji tiplər müəyyənləşdirilmişdir. Aegilops L. cinsi ölkəmizin ərazisində geniş yayılaraq anatomik xüsusiyyətlərinə görə 6 tipdə kəskin fərqlənən taksonomik əlamət xüsusiyyətlərinə bölünür. Gövdədə olan ötürücü topalar bütövlükdə ilkin toxumalardan törəyir. Gövdəni əhatə edən yarpaq qını meristematik mariginal bölünən hüceyrələrin aktivliyi hesabına törəyir. Aegilops triunicalis, A.ovata, A. binocialis növlərində mexaniki toxuma zəif parenxim kompleks qüvvətli inkişaf etmişdir. Qeyd edilən xüsusiyyətlər genetik kompleks kimi mədəni buğda sortlarının seleksiyasında istifadə edilə bilər. İlk dəfə olaraq gövdənin sünbül zoğunda sxizogen yerliklər müəyyən edilərək, onların çiçəyin və ümumən sünbülün tam formalaşmasında fizioloji rol oynaması aşkarlanmışdır.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2014-cü ildə Gəncə şəhərində keçirilən ”Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” adlı Beynəlxalq elmi – praktik konfransda “Aegilops L., növlərində erkəkciyin formalaşması” mövzusunda məruzə ilə çıxış etmişdir.
2011-ci ildə AMEA-nın Botanika İnstitutunda “Faydalı bitkilərdən istifadənin aktual problemləri” adlı Beynəlxalq konfransda “Aegilops Cylindrica host.növünün morfoanatomik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKI
Kafedranın, fakültənin və universitetin ictimai işlərində, şəhər tədbirlərində iştirak edir.
YAP-ın üzvüdür.