BAŞ MÜƏLLİM İBRAHİMOVA SEVDA İSMAYIL QIZI

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT
1961-ci ilin Noyabr ayının 12-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub, 1969-cu ildə Kirovabad (indiki Gəncə) 20 saylı Dəmiryol orta məktəbinin birinci sinfinə daxil olub, 1979-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
Ailəlidir, 3 övladı var.

TƏHSİLİ
1985-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki GDU) Biologiya ixtisasına qəbul olub. 1990-cı ildə həmin ixtisası bitirmişdir.

İŞ TƏCRÜBƏSİ
1981-1993-cü illərdə Gəncə şəhər 444 nömrəli aptekdə əczaçı işləmişdir.
1993-2005-ci illərdə Gəncə şəhər Nekrasov adına 19 saylı orta məktəbdə biologiya müəllimi işləmişdir.
2005-ci il martın birindən Gəncə Dövlət universitetində “Ekologiya və təbiəti mühafizə” kafedrasında müəllim kimi fəaliyyət göstərir.2009-cu ildən AMEA-nın Botanika İnstitutunun dissertantıdır.
2011-ci ildən həmin kafedrada baş müəllim kimi fəaliyyət göstərir.

Elmi fəaliyyəti
2009-cu ildən (7 ildir) Gəncə-qazax zonasında bitən yovşan bitkisi üzərində elmi-tədqiqat işi aparır. Bu elmi-tədqiqat işində bir sıra nəticələr-bioloji aktiv maddələr almışdır. 2011-ci il AMEA-nın Botanika İnstitutunun elmi əsərlərində XXXI cildində 2 məqaləsi- “Azərbaycan florasında yayılmış bəzi yovşan növlərinin seskviterpen laktonları və taksonomiyası” və “Bitki mənşəli (Artemisia l. Növlərindən alınan) Culex Pipiens Molentus ağcaqanadına hürküdücü təsirinin öyrədilməsinin təsirinə dair” çapdan çıxmışdır. 2012-ci ildə həmin elmi əsərlərin XXXII cildində “Компонентный состав эфирного масла artemisia issaevi rzazade”adlı məqaləsi nəşr edilmişdir. 2014-cü ildə Chemistry of natural Compaunds (USA) jurnalında “New Steroidal Compound from Artemisia abrotanum” adlı məqaləsi, AMEA-nın Botanika İnstitutunun elmi əsərlərində XXXIV cildində “Bəzi yovşan növlərindən alınan efir yağlarının Culex Pipenens moletus ağcaqanadında Fumiqat təsiri” adlı məqaləsi, Daşkənddə “Новое стероидное соединение из Artemisia abrotanum” adlı məqaləsi nəşr edilmişdir.
İndiyədək 8 fənn proqramı çapdan çıxmışdır.

Pedaqoji fəaliyyəti
1993-2005-ci illərdə Gəncə şəhər nekrasov adına 19 saylı orta məktəbdə Biologiya müəlliməsi işləmişdir. 2005-ci il matr ayının birindən Gəncə Dövlət Universitetinin ekologiya və təbiəti mühafizə kafedrasında müddətli əmək müqaviləsi ilə 0,5 ştat, 2005-ci il sentyabrın 9-dan həmin kafedrada 1 ştat vahidi ilə müəllim kimi işə başlamışdır.
2006-cı ildən 2011-ci ilə kimi pedaqogika-psixologiya fakültə elmi Şurasının qərarına əsasən müsabiqədən keçərək kafedrada müəllim təyin edilmişdir. 2011-ci ildən baş müəllim kimi fəaliyyət göstərir.

ELMİ FƏALİYYƏTDƏ ALDIĞI MÜHÜM NƏTƏCƏLƏR
“Azərbaycan florasında yayılan bəzi yovşan növlərinin efir yağlarının tədqiqi” mövzusundan aldığı nəticələr əsasən
İlk dəfə olaraq Azərbaycan florasında yayılan 34 yovşan (Artemisia L. ) növündən alınan efir nyağları tədqiq edilmiş vegetasiyanın müxtəlif fazalarında onların faizlə miqdarı və komponent tərkibi öyrənilmişdir. Tədqiqatlar nəticəsində 8 növün efir yağlarının protozooisid, 12 efir yağlarının fongisid, 6 növün antifunqal, 5 növün antivirus, 6 növün antimikrob, 14 növün sulu protozooisid xüsusiyyətlərə malik olması aşkar edilmişdir.
Azərbaycan florasında efir yağlı bitkilər vaxtaşırı öyrənilmiş və floramızda 850-dən çox efir yağlı bitkilərin olması müəyyən edilmişdir.
Yovşanlardan alınan bioloji fəal maddələrdən efir yaları tibbi təcrübədən keçirilmiş və elmi ixtiralar alınmasına imkan yaratmışdır. Bu sahədə Artemisia balchonorum və Satureya montana bitkilərindən alınan “Simpelset ” preparatı məlhəm şəklində alınmış və bu preparat ağızın selikli qişasına etmədən 65-81 faiz stafilokokkları məhv etdiyi göstərilmişdir.
Digər elmi-tədqiqat işinin nəticəsi olaraq müəyyən edilmişdir ki, həşəratlara hürküdücü təsir göstərən preparatların təsir mexanizmi müxtəlif olur. Vazilen həşəratları mexaniki qoruyur. Bitkilərdən alınan efir yağı dərinin təbiiliyini itirərək onları qan sormağa qoymur. Bəzi preparatların iyi ağcaqanadların sinirinə təsir edərək hürküdücü təsir göstərir. Müəyyən edilmişdir ki, efir yağının hürküdücü təsiri havanın hərarəti aşağı olduqda repellentin təsir müddəti 8-10 saata qədər artır, hərarət yüksək olarsa repellentin effektli təsir müddəti 2-3 dəfə azala bilər.

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA İŞTİRAKI
ABŞ-da, Daşkənddə Beynəlxalq konfranslarda iştirak etmişdir.

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKI
Şəhər miqyasında və universitet daxili keçirilən bütün tədbirlərdə yaxından iştirak edir.