Dosent (attestatsız) QASIMOVA GÜLTƏKİN QASIM QIZI

b.ü.f.d., baş müəllim Gültəkin Qasım qızı Qasımova

Qısa bioqrafik məlumat: Qasımova Gültəkin Qasım qızı 1978-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Təhsili: 1995-ci ildə 1 saylı orta məktəbi bitirib.
2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Zoomühəndislik fakültəsinin Zoomühəndislik ixtisasının bakalavr,
2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq və Zoobaytarlıq fakültəsinin Zoomühəndislik ixtisası üzrə magistratura pilləsini “Fərqlənmə” diplomu ilə bitirib.
Elmi dərəcəsi və adları: 2014-cü ildə “Heracleum pastinacifolium C. Koch və Peucedanum ruthenicum Bieb. (Apiaceae) növlərinin kumarin törəmələrinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edib.
2015-ci ildə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək Fəaliyyəti: 2005-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında müəllim,
2010-2019-cu illərdə baş müəllim,
2019-cu ildən hal-hazıradək həmin kafedrada dosent (attestatsız) vəzifəsində çalışır.
Təltifləri: Təşəkkürnamə

Tədqiqat sahəsi: Azərbaycan florasında yayılmış Apiaceae fəsiləsi növlərinin bioloji fəal maddələrin tədqiqi.
Elmi əsərləri: 75-dən çox elmi əsərlərin müəllifidir, o cümlədən dövri elmi nəşrlərin daxil olduğu Beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazalarına daxil olan 9, digər beynəlxalq resenziyalı jurnallarda 46, 1 patent, 20 fənn proqramı, 1 dərslik və 1 dərs vəsaitinin müəllifidir.

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı: “Achievements and prospects for the development of phytochemistry” Beynəlxalq elmi konfrans (Karaganda,Kazakhstan 2015), “11th İnternational Symposium on the Chemistry of Natural Compounds” Beynəlxalq Simpozium (SCNC, Antalya, Turkey 2016), “Koordinasion birləşmələr kimyası: Analitik kimyanın aktual problemləri” mövzusunda Akademik Rəfiqə Əlirza qızı Əliyevanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı 2017), “12th İnternational Symposium on the Chemistry of Natural Compounds.” Beynəlxalq Simpozium (Tashkent, Uzbekistan 2017), «Лекарства-человеку. Современные проблемы фармакотерапии и назначения лекарственных средства» Beynəlxalq elmi konfrans (Украина, Харьков 2018), İnnovations in Biology and Agriculture to Solve Global Challenges” Dedicated to the 90th Anniversary of Academician Jalal A. Aliyev., adlı elmi konfrans (Baku, Azerbaijan 2018), “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans (Gəncə 2022) və s.
Dil bilgisi:
Rus, Türk, İngilis
Partiyalığı: YAP