BAŞ MÜƏLLİM İSGƏNDƏROVA TÜNZALƏ HƏSƏN QIZI

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT
1965-ci ildə Kirovabad şəhəri ( indiki Gəncə şəhəri) ziyalı ailəsində anadan olmuşdur.1972-ci ildə Bərdə şəhər 4 saylı orta məktəbin 1- ci sinfinə daxil olub, 1982 -ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.

TƏHSİLİ
1984 – cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun( indiki ADAU- nun) Aqronomluq fakültəsinə daxil olub,1989 – cü ildə həmin fakültənin “alim -aqronom “ ixtisasını bitirmişdir.

İŞ TƏCRÜBƏSİ
1994-ci ildə AKTA-nın “Ekologiya və meşəçilik kafedrasında” “Ekologiya” ixtisası üzrə aqronom olmuşdur.2012-ci ildə “ Gəncə şəhərinin yaşıllaşdırılmasında istifadə olunan mövcud və yeni bəzək bitkilərinin bioekoloji xüsusiyyətlərinin tədqiqi ” mövzusunda dissertasiya işini müdafiə etmiş və Biologiya üzrə fəlsəfə Doktoru alimlik dərəsəci almışdır.
2014-ü il Aprel ayından Fəlsəfə Doktoru adını almışdır. Bu günə qədər 7 magistra rəhbərlik etmişdir.Ümumilikdə 70-ə yaxın elmi əsərin müəllifidir.Onlardan 2- si Ali məktəblər üçün dərslik,1dərs vəsaiti ,15-ə qədər müxtəlif fənn proqramları,2 metodik göstəriş, 50 -ə yaxın isə elmi məqalələrin müəllifidir.
Meşələri qoruyaq adlı daha bir müsabiqədə layihənin rəhbəridir.
Elmi fəaliyyəti
1982 -1992- ci ildə Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı və meşə melorasiya İnstitutunda suçu, laborant, baş laborant, kiçik elmi işçi vəzifələrində işləmişdir.1992-2004-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Ekologiya və meşəçilik kafedrasında baş laborant,assistent vəzifələrində işləmişdir.
2004 – cü ildən Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında müəllim işləmişdir.2009-cu ildən indiyədək həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti
1994-cü ildə Azərbaycan Aqroekologiya İnstitutunda ( hazırda fəaliyyət göstərmir) pedaqoji fəaliyyəti müəllim kimi başlamışdır. 2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında “Ekologiya və meşəçilik“ kafedrasında assistent işləmişdir. 2004- 2005 – ci tədris ilindən GəncəDövlət Universitetinin “Ekologiya və təbiəti mühafizə” kafedrasında müəllim işləmişdir.
2009-cu ildən indiyədək həmin kafedrada kafedrada baş müəllim vəzifəsində çalışır.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI MÜHÜM NƏTİCƏLƏR
Dissertasiya işini yekunlaşdıraraq Gəncə şəhərinin ekoloji problemlərini araşdırmış, texnogen tullantıların ərazidəki torpaq və bitki örtüyünə təsirini öyrənmiş,ilk dəfə olaraq ekopasport işləmişdir.Bundan başqa ,Gəncə şəhərinin yaşıllaşdırılmasında istifadə edilən həm mövcud həm də yeni gətirilmiş, dekorativ bitkilərin bioekoloji xüsusiyyətlərini tərtib etmişdir.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
1.“Botanika bağlarinda və dendroparklarda landşaft memarliği”adlı V Beynəlxalq Elmi konfransda Gəncə şəhərinin bağ və parklarında rekonstruksiya işləri və monitorinqlərin nəticələri” adlı (5-8 noyabr 2013- cü il Bakı-Azərbaycan) məruzə ilə çıxış etmişdir.
2.“Müasir aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf prespektivləri adlı Beynəlxalq elmi-praktik konfransda (22-24 sentyabr 2014 Gəncə – Azərbaycan I cild.) “Sənaye şəhəri şəraitində bəzək bitki əkinlərinin ekoloji problemlərinin tədqiqi” ( 22-24 sentyabr 2014.) adlı məruzə ilə çıxış etmişdir.
3. “Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili” nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfransda “Gəncənin yaşillaşdirilmasinda istifadə edilən həmişəyaşıl enliyarpaq bəzək bitkiləri ” (Sumqayıt. 2014) adlı məruzə ilə çıxış etmişdir.
4. “Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi”adlı konfransda ”Şəhər ekosistemlərinin əsas ekoloji problemləri və bəzək bitki əkinlərinin vəziyyətinin tədqiqi”( Gəncə -2015 ) adlı məruzə ilə çıxış etmişdir.

İCTIMAI SOSIAL HƏYATDA IŞTIRAKI
Şəhər miqyasında şəhər icra hakimiyyətinin təşkili ilə və universitet daxili keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş ,səhərin yaşıllaşdırılması ilə bağlı tədbirlərdə tələbələrlə birgə yaxından iştirak etmişdir.
Bu günədək 2 fəxri fərmanla təltif edilmişdir.
YAP-ın üzvüdür.