DOSENT ƏLƏKBƏROV NAZİM MÜSTAFA OĞLU

dosent Ələkbərov Nazim Mustafa oglu dos

QISA BİOQRAFİK MƏLUMAT
1953-cü il mart ayının 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu (NKVD) ailəsində anadan olmuşdur. Atası Ələkbərov Mustafa Ələkbər oğlu S.Ağamalıoğlu adına AKTİ-nin (indiki ADAU) alim aqranom ixtisasını bitirmişdir. Anası Ələkbərova Gözəl Hüseyn qızı evdar qadın olmuşdur. Ali təhsilli iki qardaşı hal-hazırda Rusiyanın Moskva şəhərində tibb sahəsində çalışırlar. Hər ikisi tibb üzrə elmlər namizədidir. Ailəlidir, 2 övladı var.

TƏHSİLİ
1960-1970-ci illərdə Gəncə şəhəri C.Cabbarlı adına 6 saylı orta məktəbdə onillik təhsilini, 1972-1976-cı illərdə H.Zərdabi adına Gəncə Dövlət İnstitutunun kimya-biologiya fakültəinin kimya ixtisası üzrə ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
1978-1988-ci illərdə Ç.İldrım adına Politexnik İnstitutunda Ali Təhsil Nazirliyinin aspiranturasına daxil olub «Üçlü və dördlü 1,2- aminospirtlərin sintezi və xassələrinin öyrənilməsi» mövzusunda dissertasiya işini müdafiə edib 1988-ci ildə kimya üzrə elmlər namizədi (indiki kimya üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə layiq görülmüşdür.

İŞ TƏCRÜBƏSİ
1978-2001-ci illərdə Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda elmi işçi işləmişdir. 2001-ci ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsinə seçilmişdir.
Elmi fəaliyyəti
Aspirant olduğu müddətdə sintez edilmiş 1,2-aminospirtlərin fiziki sabitləri və elementar analizi öyrənilmişdir. Sadələşdirilmiş üsulla xalq təsərrüfatında tətbiq olunan müxtəlif 1,2-aminospirtlərin törəmələri sintez edilmişdir. Belə ki, göstərilən üsulla soyuqluq verən sistem və etilen oksidinin uçuculuğunu aradan qaldırmaq üçün avtoklav tələb olunmur. Bu üsulda çoxlu miqdar həlledicidən istifadə etmək lazım gəlmir, eyni zamanda etilenxlorhidrin həm də spirt kimi prosesə katalitik təsir göstərir. Göstərilən üsul həmçinin partlayış təhlükəsini minimuma endirir, həm də ucuz başa gələn xammaldan istifadə etməyə imkan verir. Sintez edilən aminospirtlər canlı orqanizmin fəaliyyətində mühüm rol oynayan, xolin, adrenalin, noradrenalin, kefaldin kimi təbii birləşmələrin tərkibinə daxildir. Digər tərəfdən onlar farmakalogiyada bir sıra dərman maddələrinin: novokain, dikain, promedol, dimidrol və digərlərinin alınmasında sinton rolunu oynayır. Aminospirtlər həmçinin texnikada geniş istifadə olunan inqibitorların, yuyucu-yaglayıcı mayelərin, emilqatorların, flotoreagentlərin tərkibinə daxildir. Alınmış yeni birləşmə sınaqdan keçirilərək onun MS-20 sürtgü yagının antimikrob xassəələrinin yaxşılaşdırılması təsdiq olunmuşdur. Sintez edilmiş birləşmələrin quruluşu İQ və PMR spektroskopiyası üsulları ilə, təmizliyi isə kütlə spektroskopiyası və element analizi vasitəsilə müəyyənləşdirilmişdir.
Tədqiqat işindəki elmi nəticələr 36 elmi məqalə, tezis və ixtirada öz əksini tapmışdır.
Pedaqoji fəaliyyəti
Ali məktəbdə pedaqoji fəaliyyətə 2001-ci ildən müqavilə ilə kimya kafedrasına müəllim kimi götürülməklə başlamış və keçən müddət ərzində dosent vəzifəsinə qədər yüksəlmişdir. Müəllim işlədiyi müddətdə metodik fəaliyyət göstərərək dörd fənn proqramı, bir metodik vəsait və dərs vəsaiti Ali Təhsil Nazirliyinin qrifi ilə nəşrdən çıxartmışdır.

ELMİ FƏALİYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR
Müəyyən edilmişdir ki, 1,5-dibrom-2-alkil-3-oksapentanın, alkilhalogenidin və ammonyakın ekvimolekulyar nisbəti uyğun olaraq C- və N- əvəzli morfolin əmələ gətirir. 1,5-dibrom-2-alkil-3-oksapentanin benzilamin və artıqlaması ilə götürülmüş anilinlə qarşılıqlı təsirindən 4-benzil və ya 4-fenilmorfolin əmələ gəlmişdir.
Dibrometildəki karbon atomunda əvəzləyicilərin alınması benzilamin götürüldükdə tsiklləşmə məhsullarının çıxımına az təsir göstərir.
Dixlorefirindən istifadə etdikdə tsiklik quruluşlu məhsulların çıxımı azalır.

ƏN MÜHÜM ELMİ NƏTICƏLƏRİN MƏZMUNU, ÇAP OLUNDUĞU JURNAL, TƏDBİQİ, ELMİ VƏ İCTİMAİ FAYDALIĞI.
Elmi fəaliyyəti dövründə apardığı elmi tədqiqatların nəticələri 42 elmi məqalə və tezisdə öz əksini tapmışdır. Bunlardan bəziləri aşağıdakılardır.
1. «N-əvəzləyici 2-aminoetanolun alınması üsulu» İxtipa 1264551 SSSR 15.06.1986-cı il
2. «1,2-aminospirtlərin dördlü ammonium duzları sulu məhlullarda yod ayırıcı kimi». İxtira. №4071493/31-04/083003.30.03. 1987-ci il.
3. «Щелочные растительные аммониевые соединения, содержащие -оксиетильную гриппу наряду с бензильной или аллильной группой» Телавский Государственной Университет Грузия-2008,с 51-53.
4.«N.N-diəvəzləyicili allil- və benzilaminlərin sintezi». Ümumittifaq müşavirəsindəki məruzələrin tezisi. Ufa. 1985. s.156.
5. «Natrium hidroksidin iştirakı ilə 2-aminoetonolun alkilləşdirilməsi». Azərbaycan kimya curnalı, Bakı,1985. №6, s 61-65.
6.Qələvi məhlulu mühitində benzil və allil (  -oksietil) diprop ilammonium halogenidlərin hissələrinə ayrılması». Azərbaycan kimya curnalı. Bakı, 1987, №6, s32.
7. İkili aminlərin etilenxlorhidrinlə və bəzi dihalogenli efirlərin törəmələri ilə qarşılıqlı təsiri». AMEA Gəncə Req.Elmi Mərkəz»Xəbərlər məcmuəsi».№37» Elm nəşriyyatı Gəncə-2009, 33-46.

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ. (KONFRANSIN ADI, MƏRUZƏLƏRİN ADI, YERİ VƏ S.).
Tədqiqat işləriylə baglı bir neçə elmi konfranslarda məruzə ilə iştirak etmişdir:
1. «N,N-dibromefirləri ilə etilenxlor-hidridin qarışığının ammonyakla təsirindən N-( – oksietil) morfolinin sintezi». Başkiriya Respublika elmi-texniki konfransı məruzələrinin tezisi. Ufa, 1984, səh. 103
2. «Qələvi təsiri ilə N-( -oksietil)-N, N-dialkilbenzilammonium duzlarının yenidən qruplaşması». Başkiriya Respublika elmi-texniki konfransı məruzələrinin tezisi. Ufa, 1984, s.112.
3. «Tərkibində  – oksietil qrupla yanaşı 2,3-lü doymamış qrupu olan dördlü ammonium birləşmələrin sintezi». Kimyəvi reaktivlər üzrə I Ümumittifaq müşavirəsindəki məruzələrin tezisi. Ufa, 1985 s.122
4. «3-fenil-1,2-dimetiltsikloheksankarbon turşusu xloranhidridlərinin müxtəlif nukleofil mühitlərdə çevrilməsi». Az.Resp. Elmi-prakt. Konfransının materialları AzTİ Gəncə-2007
5. «Ariləvəzli tsikloheksan karbon turşusu xloranhidridlərin dekarbonilləşməsi və molekuldaxili tsiklləşməsi». Respublika Elmi-Praktiki konfransın materialları Gəncə-2008, s.239-240

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ
Universitetimizin və şəhərin bütün tədbirlərində iştirak edirəm.
YAP-ın üzvüdür.