KİMYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, BAŞ MÜƏLLİM ƏLƏKBƏROV QAÇAY İSMAYIL OĞLU

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT:
1938 – ci il dekabr ayının 12-də Ermənistan SSR-nin basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuşdur.
Ailəlidir: 3 övladı var.

TƏHSİLİ:
1958-ci ildə Basarkeçər rayonunun Nərimanlı kənd orta məktəbini, 1958-1963-cü illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoci İnstitutunun kimya-biologiya fakültəsini bitirmişdir. 1970-ci ildən S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kimya kafedrasında dissertant kimi qəbul edilmişəm və “Monoalkilhidrazinlər və karbonil birləşmələr əsasında bioloci aktiv maddələrin sintezi” mövzusunda dissertasiya işimi Moskvada 1983-cü ildə SSRİ Elmlər Akademiyası A.V.Topçuyev adına Neft Kimya Sintezi İnstitutunda müdafiə edib kimya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1972-1975-ci illərdə Azərbaycan Dövlət Universiteti nəzdində kimya üzrə ixtisasartırma fakültəsini bitirmişəm. 1976-cı ildə iki illik Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

İŞ TƏCRÜBƏSİ:
1963-1968-ci illərdə Ermənistan Basarkeçər rayonunun Daşkənd orta məktəbində kimya müəllimi işləmişdir. 1968-1969-cu ildə H.Zərdabi adına GDPİ-nin (indiki GDU) kimya kafedrasında laborant, 1969-cu ildən müsabiqə yolu ilə müəllim, 1973-cü ildən baş müəllim seçilmişəm.
Elmi fəaliyyəti:
Dissertant olduğu dövrdə monoalkilhidrazinlər və karbonil birləşmələr əsasında bir sıra bioloji-aktiv hidrazonların sintezini aparmışam və bu sırada 167 yeni hidrazon birləşmələri sintez edib onların bioloci aktivlik xassələri öyrənilmişdir. Diaseton spirti və salisil aldehidi əsasında sintez edilən hidrazonlar quruluşu və fiziki-kimyəvi parametrləri müasir analiz üsulları ilə öyrənilmişdir.
Tədqiqat işində aldığı nətijələr 9 elmi məqalədə öz əksini tapmışdır.
Tədqiqat işi dövründə hidrazinlərin alkilləşməsində və alkoksi fenilalkilketonların tədqiqində onların ümumi sintez metodikası öyrənilmişdir. Sintez etdiyi bütün yeni birləşmələrin bioloci aktivliyi öyrənilmək üçün tətbiq edilmişdir. Nətijə olaraq məlum olmuşdur ki, pamidorun məhsuldarlığını 25% artırır. Həmçinin bu sıra hidrazonlar bakterisid və funqisid xassə göstərməklə pambıqda «vilt» xəstəliyinə əhəmiyyətli dərəcədə təsir edir.
Elmi fəaliyyəti dövründə Kazan Elmi Tədqiqat Fiziki-Kimya İnstitutu və Kazan Dövlət Universiteti ilə sıx əməkdaşlıq etməklə tədqiqatın bir hissəsini Kazanda aparmışdır. 2000-ci ildən tədqiqatları Sumqayıt Dövlət Universitetinin əməkdaşları ilə birlikdə mineral gübrələrin mikroelementlərlə zənginləşdirilmiş problemi ilə istiqamətlənmişdir və bu sahədə 5 məqalə dərc etdirmiş və hazırda bu əməkdaşlıq davam etməkdədir.
Pedaqoci fəaliyyəti:
Pedaqoci fəaliyyəti orta məktəbdə (1963-1968-ci illər) müəllim işlədiyi dövrdən başlamışdır. Belə ki, «Azərbaycan məktəbi» curnalına əlavə «Kimya – biologiya tədrisi» curnallarında bir neçə tədris-metodik məqalə dərc etdirməklə başlayıb, fəaliyyətinin Universitet dövründə tədrislə yanaşı elmi-tədqiqat işi də aparmış və müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi adı almışdır.
Tələbələrə – gələcəyin müəllimlərinə kömək məqsədilə magistr və tələbələrlə birlikdə Universitetimizin tələbə elmi–tədqiqat toplusunda tədris-metodiki istiqamətdə məqalər dərc etdirmişdir.
Mühazirələrin yüksək səviyyədə aparılması üçün mövzulara uyğun plakatların hazırlanmasını təşkil etdirmişdir.
Beş adda dərs vəsaiti çap etdirmişdir.
Orta məktəbdə pedaqoci təcrübələrin əyani keçməsini və müasir dərs sisteminə verilən tələblər səviyyəsində qurulmasına çalışmışdır.

ELMİ FƏALİYYƏTDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:
«Monoalkilhidrazinlər və karbonil birləşmələr əsasında bir sıra bioloci-aktiv maddələrin sintezi» mövzusunda dissertasiya işimdə indiki Gəncə Dövlət Universitetinin elmi-tədqiqat laboratoriyasında eksperiment hissəsini yerinə yetirmişdir. Tədqiqat zamanı hidrazonların sintezi mexanizmi mənimsənilsmiş, onların quruluşu təyin edilmiş, bioloci-aktiv xassələri indiki Azərbaycan Dövlət Aqrar Universitetinin təcrübə-sınaq təsərrüfatında keçilmiş və aşkar olmuşdur ki, bu maddələr effektiv bioloci aktivdirlər, antimikrob xassəlidirlər və boy stimulyatorlarıdırlar. Xüsusilə quşlarda bağırsaq çöplərinə (E.Koli) məhvedici təsir göstərirlər.
Monoalkilhidrazonların β-oksikarbonil birləşmələri aldehidlərlə reaksiyasından yeddiüzvlü oksadiazepinlər alınır ki, bu da hidrazonların kimyasında yenilikdir.
Mono və dialkilhidrazon əsaslı 167 yeni üzvi birləşmə sintez edilib və bioloci aktivliyinin öyrənilməsi üçün təcrübə-sınaq stansiyalarına təqdim edilmişdir.
Hazırki tədqiqatının istiqaməti mineral gübrələrin mikroelementlərlə zənginləşdirilməsi və onun təsərrüfatda tətbiqidir.

ƏN MÜHÜM ELMİ NƏTİCƏLƏRİN MƏZMUNU, ÇAP OLUNDUĞU JURNAL, TƏTBİQİ, ELMİ VƏ İCTİMAİ FƏALLIĞI.
1. Enerci istehsalı və bəzi ekoloci problemlər» Gəncə Dövlət Univesiteti «Elmi Xəbərlər», №3, 2012
2. «Tsiklik ketonların etanolhidrazonlarının sintezi və bəzi çevrilmələri» Kimya Problemləri №4, 2012
3. «Qeyri ənənəvi nəmləndiricilərlə superfosfatın dənəvərləşdirilməsi» Gəncə Dövlət Universiteti, «ElmiXəbərlər» №4, 2013
4. «Kükürd və onun birləşmələrinin bioloci rolu», GDU «Elmi praktik konfrans»ı, 2014
Elmi fəaliyyətim dövründə apardığı elmi-tədqiqatların nəticələri 62 adda elmi və elmi-metodiki məqalə və tezisdə öz əksini tapmışdır. Bunlardan bir neçəsini aşağıdakılardır:
1. «Исследование в области химии гидразонов» Конкурс имени Менделеева, Москва 1972
2. «Синтез п-диалкилгидразонов алкоксиалкилкетонов», Тезисы докладов 2 Науч.Конф. Азерб.Баку 1974
3. «Бактерицидная активность фосфаланов содержащий гидразонный фрагмент» Материалы Научно-Технической Конференции по Химии. Баку 1980, с.19
4. Синтез 2,3-дизамещённых 5,7,7-триметил 2,3,6-тетрагидро 1,3,4-оксадиазепинов и 6,7-бензо 2,3-дигидро 1,3,4-оксадиазепинов» ХГС, Рига, 1982, №10
5. Sadə superfosfatın yeni üsulla dənəvərləşdirilməsinin tədqiqi» AMEA Gəncə Regional ElmiMərkəz, «Xəbərlər» 1999, №1
6. Superfosfatda sərbəst fosfat turşusunun neytrallaşmasına mikroelementli əlavələrin verilməsi AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər», 2002, №6
7. Mikroelementlərlə zənginləşdirilmiş superfosfatın alınması AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər», 2007, №29
8. Bor tərkibli mürəkkəb mikroelementlərin alınması AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər», 2008, №32
9. Kimyanın tarixi və metologiyası Fənn proqrammı Gəncə 2012
10. Seolit katalizatorunun sintezi və onların quruluşunun rentgenoqrafik tədqiqi AMEA Gəncə Regional Elmi Mərkəz, «Xəbərlər», 2011, №43

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSIN ADI, YERİ VƏ S.):
Tədqiqat işlərində bir neçə mötəbər Elmi Konfranslarda məruzə ilə iştirak etmişdir:
1. О бактерицидности некоторых органических соединений серы. Тезисы докладов ХШ Научной Сессии. Рига 1974
2. Синтез п-диалкилгидразоновалкоксиалкилкетонов. Тезисы докладов 2 Научной Конференции Азерб. Баку 1974
3. Синтез Н-Н диалкилгидразоновалкоксифенилалкилкетонов. Тезисы докладов молодых учёных 2 Научной Конференции. Г.Баку 1974
4. Бактерицидная активность фосфаланов содержащий гидразонный фрагмент. Материалы НаучноТ конференции химии. Баку 1980, с.19
5. Синтез ди-н-пропилгидразона п-н-пропоксифенилпрополкетона. Тезисы Докладов 3 Научной Конференции Химиков Азерб. Баку 1975 стр. 78
6. Trialkilhidroksosilanların və trialkilhidrid germanların üçqatədaqəyə birləşmə reaksiyasının mexanizmi. Azərb.MEA-nın 50 illiyinə həsr olunmuş Elmi Konfransın materialları Gəncə 15-16 may 1995

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ:
1974-1992-ci illərdə Kimya-biologiya fakültəsinin xalq nəzarəti qrupunun sədri işləmişdir. 1994-1995 illərdə fakültə dekanının müavini olmuşdur. 27 aprel 1990-cı ildə «Əmək veteranı» medalı ilə təltif olunmuşdur.
Universitetin və şəhərin bütün tədbirlərində iştirak edir.