BAŞ MÜƏLLİM BAYRAMOVA KÖNUL ŞAİQ QIZI

Bayramova Konul Saiq qizi B.MuellimQISA BİOQRAFİK MƏLUMAT:
Bayramova Könül Şaiq qızı 29.11.1978-ci il tarixində Ağstafa rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1985-ci ildə Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı orta məktəbin I sinifinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi bitirmişdir.
1996-cı ildə Gəncə Pedaqoji İnstitunun kimya- biologiya ixtisasına qəbul olmuş, 2000-ci ildə Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin İnsan və heyvan fiziologiyası ixtisasına qəbul olmuşdur.
2002-ci ildə İnsan və heyvan fiziologiyası ixtisası üzrə müdafiə edərək, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
Ailəlidir,3 övladı var.

İŞ TƏCRÜBƏSİ:
2002-ci ildən Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasında müəllim işləyir. 9.07.2008 tarixindən Universitetin Elmi Şürasının 1/162 əmrinə əsasən baş müəllim vəzifəsinə təyin olunmuşdur. 2012 -ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin doktarantura şöbəsinə daxil olmuşdur. Hal-hazırda “Azərbaycanın Qərb bölgəsində quşlarının helmintozları və onlara qarşı bitki mənşəli dərman preparatlarının sınaqdan keçirilməsi” mövzusunda elmi-tədqiqat işi aparır.

ELMİ- PEDAQOJİ FƏALİYYƏTİ:
Hal -hazırda Azərbaycan Dövlət Aqraq Universitetinin doktrantura şöbəsinin doktorantındır və fəlsəfə doktoru proqramı üzrə elmi- tədqiqat işi aparır. 25-dən artıq elmi əsərin müəllifidir. Nəşr etdirdiyi elmi əsərlərin bir qismi Respublikanın aparıcı jurnallarında dərc olunmuşdur, bir qismi isə Beynalxalq elmi konfrans materiyallarından ibarətdir. Həmçinin K.Bayramova Azərbaycan Təhsil Nazirliyinin qrifini almış 3 fənn proqramının müəllifidir.