BAŞ MÜƏLLİM ƏHMƏDOVA SVETLANA ƏLİAĞA QIZI

Ehmedova Svetlana Elaga qizi B.MuellimQISA BİOQRAFİK MƏLUMAT
1941-ci ilin dekabr ayının 26-da Gəncə şəhərində anadan olmuşdur.
1948-ci ildə Cəfər Cabbarlı adına 6 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur.
1958-ci ildə həmin məktəbi bitirmişdir.
1959-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Biologiya və Kənd təsərrüfatı əsasları fakültəsinə qəbul olmuşdur.
1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Universiteti fərqlənmə diplomu ilə bitirdiyindən təyinat komissiyası və rektorluğun razılığı əsasında İnstitutda saxlanılmış və Kənd Təsərrüfatı kafedrasında 3 ay laborant kimi əmək fəaliyyətinə başlmışdır.
1965-ci ildən isə Zoologiya kafedrasında müəllim təyin edilmişdir. Həmin ildən bəri həmin kafedrada müəllim və baş müəllim vəzifəsində işləyir.
Beləliklə o, Anatomiya, fiziologiya və zoologiya kefedrasında fəaliyyət göstərərək İnsan və heyvan fiziologiyası elmi dərnəyinin fəal üzvlərindən olmuşdur.İnsan və heyvan fiziologiyası fənni üzrə neçə illər metod birləşməsinin sədri olmuşdur.
Hər il 3 – 4 nəfər tələbənin elmi işinə rəhbərlik edir, onlar Universitet və Respublika konfransında, fənn olimpiyadalarında uğurlar qazanmışdır. Müəllimlik fəaliyyətinə başladığı dövrdən Uşaq anatomiyası və fiziologiyası, İnsan və heyvan fiziologiyası fənnindən mühazirə oxuyur. Həm də laborator və seminar məşğələsi, tədris təcrübəsi keçir. Dünya ədəbiyyatından əldə edilmiş elmi yenilikləri proqram materialları ilə əlaqələndirir və yeri gəldikcə tələbələrə çatdırır. Mühazirənin gedişində tələbə fəallığının yüksəldilməsini ön plana çəkir, laborator məşğələ¬lə¬rin¬də tələbələrin müstəqil işləməsinə, sərbəst düşünüb təhlil etməsinə istiqamət verir. Müstəqil iş tələbələrdə tədqiqatçılıq vərdişinin inkişaf etdirilməsində mühüm rola malikdir. Ona görə də müəllim sərbəst iş üçün tədris etdiyi fənnin aktual problemlərinə dair mövzular planlaşdırır. Mövzuların işlənməsində müasir ədəbiyyat məlumatlarından istifadəyə, ümumiləşdirmə vərdişinin inkişaf etdirilməsi işində özünə və tələbələrə qarşı tələbkarlıq göstərir.
Tədris-metodiki məsələlərin həllində iştirak edir. Hər il tədris etdiyi fənlərin mühazirə mətnlərini yeni ədəbiyyat məlumatları ilə zənginləşdirir.
İnsan və heyvan fiziologiyası fənnindən metodik göstərişin müəllifidir. Həmçinin Uşaq anatomiyası və fiziologiyası, İnsan və heyvan fiziologiyası fənni üzrə fənn proqramlarını həsr etmişdir. Həmçinin 40-dan çox məqalələri çap olunub. Uzun illərdi ki, kafedrada fəaliyyət göstərən elmi-tədqiqat işinin birinci bölməsinə rəhbərlik edir.
Kafedranın, fakültənin və Universitetin ictimai həyatında, şəhər tədbirlərində iştirak edir. Dərs dediyi qruplarda, yataqxanada tələbələrin ideya-siyasi tərbiyyəsinə dair ardıcıl işlər aparır. Ali Təhsil Nazirliyi və fakültə tərəfindən fəxri fərmana layiq görülmüşdür.