BAŞ MÜƏLLİM ABBASOVA HƏQİQƏT MİKAYIL QIZI

Bas muellim Abbasova Heqiqet Mikayil qizi

QISA BİOQRAFİK MƏLUMAT:
1951-ci il noyabr ayının 13-də Gəncə şəhərində anadan olmuşdur.
1968-ci ildə orta məktəbi bitirmişdir.
1970-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) biologiya ixtisasına daxil olub, 1976-cı ildə həmin ixtisası bitirmişdir.
Ailəlidir; 2 övladı var.

İŞ TƏCRÜBƏSİ:
1977-ci ildən 1980-ci ilədək Kirovabad Dövlət Pedaqoji İnstitutunun Komsomol Komitəsi katibinin müavini vəzifəsində çalışıb.
1980-ci ildən hal-hazıradək Anatomiya, fiziologiya və zoologiya kafedrasındabaş müəllim vəzifəsində çalışır.
Həqiqət Abbasova öz əməksevərliyi ilə həmişə fərqlənmiş, tədris etdiyi fənləri tələbələrə sevdirə bilmişdir. O, eyni zamanda kafedrada aparılan elmi-tədqiqat işinin aparıcı müəllimlərindəndir.
30-dan çox elmi məqalənin müəllifidir.