KİMYA-BİOLOGİYA FAKÜLTƏSİ TƏLƏBƏLƏRİ ÇÖL-TƏDRİS təcrübəsində

Bu günlərdə Universitetin Kimya-biologiya fakültəsinin Kimya-biologiya müəllimliyi və Biologiya müəllimliyi ixtisasları üzrə son kurs tələbələri Göygöl Milli parkında çöl-tədris təcrübəsində olmuşlar. Təcrübənin keçirilməsində AMEA-nın müxbir üzvü prof.Vaqif Novruzov, dos.Zərifə Tağıyeva, müəllimə Gülnarə Quliyeva iştirak etmişlər. Göygöl Milli parkında tələbələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev, Göygöl Milli […]

Davamı

açıq dərs

Botanika kafedrasının biologiya elmləri doktoru, prof.əv. Aynur Bayramovanın Biologiya müəllimliyi ixtisasının I kursunda “Bitkilərin sistematikası” fənnindən “Söyüdkimilər, tərəçiçəklilər fəsiləsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov və kafedranın əməkdaşları iştirak etdilər.

Davamı

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN XƏTTİ İLƏ DEBAT TƏŞKİL OLUNDU

Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin TEC sədri Əmiraslanova Günay və  Fizika və texniki fənlər fakütəsinin TEC sədri Cəfərova Aytacın təşkilatçılığı ilə “Texnologiyanın inkişafı bəşəriyyətin sonudurmu yoxsa yeni həyatın başlanğıcıdır mı?” mövzusunda debat təşkil olunmuşdur.Təşkil olunan debatda Kimya-biologiya, Xarici dillər, Tarix-coğrafiya, Riyaziyyat – informatika, İqtisadiyyat – idarəetmə,Fizika və texniki fənlər, Pedaqoji fakültələrinin tələbələri iştirak etmişdir.Debat zamanı […]

Davamı

ramazan bayramınız mübarək olsun!

Əziz həmvətənlər!Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir diləyirik. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! […]

Davamı

tələbə elmi cəmiyyətinin xətti ilə debat təşkil olundu

Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor  Pərvin Kərimzadənin rəhbərliyi və Kimya-biologiya fakültəsinin TEC sədri Əmiraslanova Günay,  İqtisadiyyat-İdarəetmə fakütəsinin TEC sədri İsgəndərova Fəridənin təşkilatçılığı ilə “İnsanın zülala olan təlabatının alternativ qidalarla qəbul edilməsi mümkün olduğu halda ətlə qidalanma mütləqdir mi?” mövzusunda debat təşkil olunmuşdur. Təşkil olunan debatda Kimya-biologiya, Xarici dillər, Tarix-coğrafiya, Riyaziyyat – informatika, […]

Davamı

açıq dərs

Kimya kafedrasının baş müəllimi Vüsalə Akif  qızı Qəhrəmanovanın “Xalkogenidlərin, arsenidlərin, fosforidlərin və intermetallik birləşmələrin birbaşa sintez üsulu ilə alınması”   mövzusunda açıq dərsi təşkil olundu.Dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos.A.Məmmədova, k.ü.f.d., b/m. P.Hüseynova, b/m. S.Zeynalova, m. G.Həsənova iştirak etdilər.    Müəllim əvvəlcə bir neçə tələbədən keçmiş dərsi sual-cavabla soruşdu. Sonra yeni dərsi “Xalkogenidlərin, arsenidlərin, fosforidlərin və […]

Davamı

açıq dərs

Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin Biologiya müəllimliyi ixtisasının III kursunda S/f.Enzimologiya fənnindən “Fermentlərin fəallığının tənzimlənməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.İ.Alverdiyev, dos.M.Həsənov, dos.Z.İsmayılova və başqa əməkdaşlar iştirak etdilər. Açıq dərsdə mövzu ilə əlaqədar fermentlərin miqdarının dəyişilməsinə təsir edən amillər, induksiya və repressiya prosesləri haqqında ətraflı məlumat verildi. Tələbələr mövzuya aid […]

Davamı

elmi şura

 21 aprel 2022-ci il tarixdə fakültə Elmi şurası keçirildi.Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə hazırlıq işlərinin aparılması, 2. Fakültədə keçilən dərslərin tədrisinə dair aparılan nəzarət işləri və toplanan məlumatların təhlili, 3.2022-2023-cü tədris ili üçün seçimi aparılmış fənlərin (seçmə fənlərin) müzakirə və təsdiqi, 4. Yaz semestri üçün […]

Davamı

Tələbə həmkarlar təşkilatının seminarı keçirildi

20.04.2022-ci il tarixində “Xəyalları gerçəkləşdirmək üçün heç də gec deyil” mövzusunda seminar təşkil olundu. Seminarın əvvəlində tələbələrə gələcək planları, kariyeralarının istiqamətləndirilməsi üçün görəcəkləri işlər barəsində  blanklar təqdim olundu. Seminarın Növbəti mərhələsində  Kimya-biologiya fakültəsinin THIT-nin sədri Aysu Nəbizadə və Motivator klubunun sədr müavini Hacıyeva Zeynəb tərəfindən video çarx, slaydlar təqdim olunub, tələbələrlə motivasiya xarakterli söhbətlər aparıldı.Ümid […]

Davamı