universitetin baza müəssisəsində təcrübəçi tələbə Hacıyeva Vüsalə Xəqani qızının sınaq dərsi keçirildi

Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Hacıyeva Vüsalə Xəqani qızının 7b sinifində Kimya  fənnindən “Hidrogen alınması və xassələri” mövzusunda sınaq dərsi keçirilmişdir.  Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev, Kİmya kafedrasının müdiri dosent Aynur Məmmədova, Təcrübə və […]

Davamı

Kimya kafedrasının əməkdaşları “31 mart Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etdilər

1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif  bölgələrində – Bakı quberniyasında, Şamaxıda, Lənkaranda, Qubada, Qarabağda, Muğanda, Naxçıvanda və digər ərazilərdə kütləvi qətllər törətmiş, qısa zaman ərzində 50 mindən çox insanı amansızcasına qətlə yetirmişlər. GDU-nun Kimya kafedrasının əməkdaşları  31 mart  Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarət zamanı kafedra əməkdaşları şəhidlərin məzarları üzərinə […]

Davamı

açıq dərs

Kimya kafedrasının müəllimi Günel Zeynalovanın Kimya ixtisasının II kursunda “Kimyəvi materialşünaslıq” fənnindən “Birbaşa sintez metodu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev və Kimya kafedrasının əməkdaşları iştirak etdilər.

Davamı

elmi şura

29 mart 2022-ci il tarixdə fakültə Elmi şurası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1.Fakültənin “Biologiya”, “Biologiya müəllimliyi”, və “Ekologiya mühəndisliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisaslarına VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübələrin icrası üçün görülən tədbirlər. 2.Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin aparılması (Dövlət imtahanı qəbul ediləcək fənlərin müəyyənləşdirilməsi, “Buraxılış […]

Davamı

açıq dərs

28 mart 2022-ci il tarixdə Botanika kafedrasının baş müəllimi fəlsəfə doktoru Afaq Əliyevanın Pilot layihə üzrə Biologiya müəllimliyi ixtisasının II kursunda “Mikologiya” fənnindən “Göbələklərin təsnifatı. Selikli göbələklər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov və fakültə dekanı dos.İ.Alverdiyev iştirak etdilər.

Davamı

Tələbələrimizin Bayram hazırlığı!

Fakültəmizin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə  “Səməni” festivalı keçirilib.Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, Şuşanın simvolu və s. xonçalara xüsusi gözəllik verib.Rektor, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını təbrik edib. Rektor qeyd edib ki, […]

Davamı

təbrik edirik!

Kimya-biologiya fakültəsinin dekanlığı, professor-müəllim heyəti və tələbə kollektivi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlunu universitetimizə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor təyin olunması münasibəti ilə Təbrik edir. Uğurlar arzulayır.

Davamı