BAŞ MÜƏLLİM NƏBİYEVA MAHİZƏR ƏBÜLFƏZ QIZI

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT
27 yanvar 1949-cu ildə Gəncə şəhərində anadan
olmuşdur. Atası Hacıyev Əbülfəz Mehdi oğlu dəmiryo-
lçu, anası Hacıyeva Münəvvər Məhəmməd qızı evdar
qadın olmuşdur.
Ailəlidir, 2 evladı var.

TƏHSİLİ
1955-56-cı tədris ilində Gəncə şəhəri 6 №-li orta məktəbə daxil olmuş, 1965-66-cı tədris ilində həmin məktəbi bitirmişdir. Elə həmin ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutuna (indiki Neft Sənaye Universiteti) kimya-texnologiya fakültəsinə daxilolmuş, 1971-ci ildə universiteti bitirmişdir.

İŞ TƏCRÜBƏSİ
1971-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında laborant, baş laborant, Ümumi-texniki fənlər kafedrasında müəllim, baş müəllim, 2005-ci ildən isə Kimya kafedrasında baş müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti
Gəncə Dövlət Universitetinin disertantı olduğu illərdə “Kondensləşmiş benzol nüvəli bəzi üzvi boyların alınması” mövzusunda tədqiqat işi aparmışdır.
Apardığı elmi-tədqiqat işinə aid bir sıra məqalələrin və YMBK-sı fənnindən fənn proqramının müəllifidir.
Pedaqoji fəaliyyəti
Pedaqoji fəaliyyətə 1990-cı ildən Gəncə Dövlət Universitetinin Ümumi-texniki fənlər kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2000-ci ildə GDU-nun Kimya kafedrasında baş müəllim kimi fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətinin 27 ili ərzində 40-a yaxın elmi məqalənin müəllifidir. Uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə universitetin “Fəxri fərman” və “Təşəkkürnamə” layiq görülmüşdür.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI MÜHÜM NƏTİCƏLƏR
Elmi fəaliyyəti dövründə aparılan elmi-tədqiqat işlərinin nəticələri, həmçinin tədris-metodiki sahədə fəaliyyəti 40-dan çox elmi məqalədə öz əksini tapmışdır.
1. Bioloji aktiv antraxinon birləşmələri. GDU-nun Elmi xəbərləri, №2, Gəncə, 2013. Səh.51-54.
2. 2-metilbenzofenon və 2-metil-difenil metandan 9,10-antraxinon di-karbon turşularının sintezi. GDU, Elmi xəbərlər, №3, Gəncə, 2013, səh.65-67.
3. Antraxinon nüvəsində bəzi çevrilmə reaksiyaları. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər. Humanitar və təbiət elmləri seriyası №1, Gəncə 2007.
4. Boyaqotu-Mareha Rubiol-bitkisi bəzi üzvi birləşmələrin təbii mənbəyi kimi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti, Elmi əsərlər məcmuəsi-II. Bakı, “Nurlan”, 2001.
5. Antraxinon və onun törəmələrinin bəzi çevrilmə reaksiyaları. AMEA, Gəncə Regional Elmi Mərkəz, “Xəbərlər məcmuəsi” №32, “Elm” nəşriyyatı, Gəncə 2008.
BEYNƏLXALQ ELMi KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSIN ADI, MƏRKƏZLƏRİN ADI, YERİ VƏ S.).
1. Bitkilərdən təbii boyaq maddələrinin alınmasında istifadə olunan qurğunun konstruktiv parametrləri haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Texnologiya İnstitutu. XVII Elmi konfransının məruzələrinin tezisləri. Gəncə 2000.
2. 9,10-antraxinonlarının 1,4-antraxinonlara qruplaşma reaksiyası. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti. Professor və müəllimlərin aspirant və gənc tədqiqatçıların elmi konfransının materialları. Bakı “Nurlan”, 2006.
3. Norbarnen karbon turşusunun polioksialkil efirlərinin sintezi və tədqiqi. I Beynəlxalq kimya və kimya mühəndisliyi konfransı. 17-21 aprel 2013. Bakı, Azərbaycan. Səh.38.
4. 2-benzoil-benzoy turşusunun bir mərhələdə sintezi və tsiklləşməsi. GDU, Müasir biologiyanın və kimya aktual problemləri. Elmi konfrans, 12-13 may, 2014,II hissə. Konfrns Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub. Gəncə, 2014, səh.196-198.
5. Antraxinonlardan epoksi birləşmələrin sintezi. GDU, Müasir biologiya və kimyanın aktual problemləri. Elmi-praktik konfrans, 05-06 may, 2915. II hissə, Konfrns Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub. Gəncə 2015, səh.177-179.

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ.
2000-ci ildən “Kimya” kafedrasında baş müəllim işləyir və universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.