PROFESSOR KƏRiMOV HEYDƏR NƏSİB OĞLU .

dosent Kərimov Heydər Nəsib oğlu
QISA BİOQRAFİK MƏLUMAT
1947-ci il 10 martda Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Ailənin 10-cu evladı olub.
Atası: Kərimov Nəsib Abbas oğlu,
Anası: Hacıyeva Xürşid Heydər qızı
Ailəlidir, 1 oğlan və 2 qız evladları və beş nəvəsi var.
Tel, mobil: +99455 820 00 19

TƏHSİLİ:
1953-cü ildə Gəncə şəhəri 5 №-li məktəbin birincisinfinə daxil olub, 1963-cü ildə 27№-li tam orta məktəbin 10-cu sinfini bitirmişdir.
1964-cü ildə Bakı şəhərində BDU-nin «Kimya» fakültəsinə daxil olub, 1970-ci ildə «Kimya müəllimi» və «Kimyaçı» ixtisasları üzrə həmin universiteti bitirmişdir.

İŞ TƏCRÜBƏSİ:
Elmi fəaliyyəti: 1973-1984-cü illərdə üzvi kimya kafedrasının dissertantı olmuş, 1984-cü ildə Tbilisi şəhərində Tbilisi DövlətUniversitetində «Mo(VI)-ninazo-pirokatexinlərlə komplekslərin alınması və onların analizlərdə tətbiqi» mövzusunda dissertasiya müdafiə edib, kimya elmləri namizədi adını alıb. 1190-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən dosent vəzifəsinin şəhadətnaməsini alıb. Ümumilikdə 209-dan çox elmi və elmi pedaqoji əsərləri var. Bunlardan 9-u dərs vəsaiti, müəllimə kömək tövsiyyələri, 27 səmərəliləşdirici təklif və Moskva şəhərindən iki kəşfə patentdir. Bu səmərəli təkliflərin sayəsində Dövlət xeyli iqtisadi səmərə götürmüşdür. Bütün bu elmi nailiyyətlərin sayəsində Gəncə Dövlət Universitetinin «Fəxri Professoru» adını 2016-cı ilin mart ayında almışdır.
1970-ci ildə təyinat üzrə Gəncə şəhərinə 27 №-li «Texniki – peşə məktəbinə» kimya müəllimi təyin edilib. 1972-ci – 1992-cı illərdə Gəncə şəhərində Texnologiya Universitetinin kimya kafedrasında saat hesabı ilə müəllim, assestent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1992-cı ilinfevral – mart aylarında «TəhsilNazirliyi»ndə aparıcı inspektor vəzifəsində çalışmışdır. Həmin ilin may-noyabr aylarında Bakı şəhərində “Bakı yeyinti sənaye texnikomu”nda direktor vəzifəsində işləmişdir (öz ərizəsi ilə işdən azad olunmuşdur).  1992-1998-ci illərdə Bakı şəhərində elmi bizneslə məşğul olmuş, onun təklifi və layihəsi üzrə karbid zavodunun tikintisi ilə məşğul olan kiçik müəssisənin direktoru vəzifəsində çalışmışdır.
2001-ci ildən Gəncə şəhərində Gəncə Dövlət Universitetində 2016 –cı ilin mart ayınadək kimya kafedrasında dosent vəzifəsində, sonra isə «Fəxri professor» vəzifəsində indiyədək çalışır.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:
1984-cü ildə tədqiq nəticəsində molibdenli poladlarda və süxurlarda Mo(VI)-ninazo-pirokatexinlərlə təyini üsulu sənayedə – metallurgiyada geniş istifadə edilir. Bu halda ən mühüm nəticələri «Google» saytında geniş şərh edilmişdir.
1972-2007-ci illərdə ən mühüm nəticələri Azərbaycanın Qərb zonasının torpaqlarının aqro-fiziki və aqro-kimyəvi tədqiqatları Respublikanın müxtəlif еlmi jirnallarında məs; «Доклад Научных Трудов» Elmlər Akademiyası jurnalı, AKTİ –nin Elmi Xəbərlər toplusu, Beynəlxalq IV Analitiklər Konfransının (Saratov ş.) materiallarında, Bakı şəhərində APC-nin keçirdiyi Konfranslarda və s. çap olunmuşdur. 28 səmərələləşdirici təklifi kənd təsərrüfatına tədbiqindən məhsuldarlığın artırılması hesabına 2,6 milyon manatdan çox xeyir vermişdir. Bunu təsdiq edən iki tərəfli ekspert aktları vardır.

İCTİMAİ -SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ:
Gəncə şəhəri ictimai-siyasi həyatında aktiv iştirak edir, 2001-ci ildən YAP-ın üzvüdür. Şəhər ümumi yığıncağında və «Gəncə şəhər Ağsaqqallar Şurası Rəyasət Heyyətinin üzvüdür. GDU-nun ictimai-siyasi həyatında fəal iştirak edir. Universitet Elmi Şuranın üzvü, Rektor yanında dekanların və kafedra müdirlərinin seçilməsi üzrə yaradılan komisiyanın üzvüdür.