Author Archives: Aynur Məmmədova

Əməkdaşlarımız Türkiyənin Antalya şəhərinin Pamukkale Universitetində Beynəlxalq konfransda

“SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda Türkiyənin Antalya şəhəri Pamukkale Universitetində may ayının 23-dən 27-dək Beynəlxalq simpozium keçirilmişdir. Simpoziumu AMEA Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti iştirak edirlər.. “SEAB–2016. Avrasiyada Biomüxtəliflik” simpoziumu

Daha ətraflı

Müəllim L.O.Namazovanın açıq dərsi keçirildi.

Kimya kafedrasının müəllimi Leyli Oruc qızı Namazovanın 20 may 2016-cı il tarixdə Qeyri-üzvi kimya fənnindən “Qələvi torpaq metallar” mövzusunda Rektorluğun 26.01.07 -ci il tarixli 5/09 saylı əmrinə əsasən açıq dərsi keçirilmişdir. Açıq dərs kafedranın iclasında geniş müzakirə olunaraq “qənaətbəxş” kimi qiymətləndirilmişdir.

Biologiya-kimya fakültəsində dekan və kafedra müdirlərinin seçkiləri keçirilmişdir.

Azərbaycan müəllimi qəzetinin 09.04.2016-cı il tarixli nömrəsində dərc edilmiş elana əsasən 17.05.2016-cı il tarixdə “Biologiya-kimya” fakültəsinə dekan və “Botanika”. “Anatomiya, fiziologiya və zoologiya” kafedralarına kafedra müdiri seçilməsi üçün adı çəkilən yerlərə təlimata uyğun ərizə ilə müraciət edən iddiaçıların elmi pedaqoji, təşkilatçılıq sahəsindəki fəaliyyətlərinin ixtisas kafedralarında müzakirəsi aparıldı. Fakültədə fəaliyyət göstərən bütün ixtisas kafedralarında dosent Alverdiyev

Daha ətraflı

Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi.

9 may 2016-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr edilmiş Ümumşəhər iməcliyi keçirilmişdir. İməclikdə Biologiya-kimya fakültəsinin kollektivi də Nizami Gəncəvi məqbərəsi ərazisində yaşıllaşdırmada iştirak etmişlər. Əkilmiş ağaclara ilkin qulluq işləri həyata keçirilmişdir.  

Müəllim E.Ə.Hüseynovanın açıq dərsi keçirildi.

26.04.2016–cı il tarixdə kafedranın müəllimi Elnarə Əliş qızı Hüseynovanın “Biologiya müəllimliyi” ixtisası üzrə əyani şöbənin IV kurs tələbələri ilə “Fotosintez” fənnindən “Bitkilərdə yarpaq sahəsinin ölçülməsi” mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Botanika kafedrasından prof V.Novruzov, dos.Z.İsmayılova, dos.A.Bayramova, dekanlığın nümayəndələri – dekan İ.Alverdiyev, dos.M.Həsənov, dos.M.Qazıyev və Universitet monitorinq qrupunun üzvü dos. T.İsmayılov iştirak

Daha ətraflı

Kəsəmənli Xəyalə Hamlet qızının müdafiəsi keçirildi.

Xəyalə Hamlet qızı Kəsəmənlinin Akademik Vaqif Məhərrəm oğlu Abbasovun rəhbərliyi ilə “Təbii neft və bitki mənşəli yağ turşularının imidazolinlərinin sintezi və dizel yanacağına aşqar kimi tətbiqi” mövzusunda Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kimya üzrə fəlsəfə doktoru elmi adını alması üçün müdafiəsi keçiri.