Aylıq Arxiv: May 2018

biologiya-kimya fakültəsinin tələbələrinə yeni azərbaycan partiyası vəsiqələrinin təqdim olunması

  Biologiya-kimya fakültəsinin 95 tələbəsinə Yeni Azərbaycan Partiyası vəsiqələri təqdim olundu. Vəsiqələri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov, dekan dos.İ.Alverdiyev, dekan müavini dos.Z.İsmayılova təqdim etdilər.  Tədbirdə Yeni Azərbaycan Partiyasının uğurları və gələcək inkişafı haqqında çıxışlar dinlənildi.

Davamı

tələbələr beynəlxalq konfransda

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq konfrans keçirildi. Dos.Z.İsmayılova və müəl.F.İsayevanın rəhbərliyi ilə tələbələr konfransa məsuliyyətlə hazırlaşmışlar. Kimya və biologiya müəllimliyi ixtisasının I kurs tələbələrindən A.Yusipova “Sehirli alginatlar  və şibyə turşuları” və G.Qasımova “Sehirli göbələklər” mövzusunda öz çıxışlarını etmişlər.  

Davamı

anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Könül Bayramovanın açıq dərsi keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bayramova Könül Şaiq qızı Biologiya müəllimliyi ixtisasının II kursunda İnsan anatomiyası fənnindən “Həzm aparatı, borulu üzvlərin quruluşu” adlı açıq dərsi keçirildi. Müəllimin açıq dərs üçün mühazirə mətni, sillabusu, fənn proqramı var idi. Müəllimə mövzunu slaydlar və mülyajlar əsasında izah edərək tələbələrə mənimsətdi.

Davamı

Biologiya –Kimya fakültəsinin tələbələri çöl tədris təcrübəsində

Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin Biologiya, Biologiya-müəllimliyi ixtisasları üzrə tələbələri 1 may 2018-ci il tarixində Gəncə-Hacıkənd, Toğana, Göy-göl, Maralgöl istiqamətində çöl tədris təcrübəsində olmuşlar. Təcrübədə dos.Z.M.İsmayılova, b.e.ü.f.d.b/m. R.Z.Quliyeva, b/m.a.e.ü.f.d.Z.Tağıyeva, müəl.F.İsayeva və Tədris karyera şöbəsinin əməkdaşları L.Ələkbərova, A.Məhəmmədi iştirak etmişdilər. Təcrübə müddətində tələbələr meşə, çəmən, bozqır, subalp, alp bitkiliyi ilə tanış olmuş fitosenoloji müşahidələr aparmış və […]

Davamı