Kateqoriya Arxivləri: Xəbərlər

“Torpağın rütubətinin çəki üsulu ilə təyini” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Məkufə Quliyevanın Ekologiya mühəndisliyi ixtisasının III kursunda “Torpağın rütubətinin çəki üsulu ilə təyini” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs “İqlim dəyişmələri və qlobal istiləşmə” fənni üzrə laboratoriya məşğələsi idi. Açıq dərsdə kafedranın müəllimləri də iştirak etdilər. Müəllimə dərsdə aktivlik yartmağı bacardı. Tələbələr laboratoriya məşğələsini əyani vəsaitlərdən istifadə etməklə  təqdim etdilər. Bu […]

Davamı

Bu gün görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın anım günüdür

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, […]

Davamı

15 aprel-Ekoloji Bilik Günü münasibətilə Ekologiya və təbiəti mühafizə kafedrasında Ekoklubun təşkilatçılığı ilə tədbir keçirildi

15 aprel-Ekoloji Bilik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə kafedra müdiri professor Sevda Əhmədova, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev, Ekoklubun sədri Mirfəqan Hacıyev, həmçinin klubun aktiv könüllüləri və kafedranın əməkdaşları iştirak etdilər. Görüş zamanı ekoloji maarifləndirici söhbətlər aparıldı, ətraf mühitin qorunmasının əhəmiyyəti vurğulandı. Eyni zamanda Göygöl Milli Parkında aşkar olunan Qırmızı fincan göbələyi (Sarcoscypha […]

Davamı

“Tərbiyənin prinsipləri” mövzusunda  açıq dərs keçirildi

Ümumi pedaqogika kafedrasının baş müəllimi Aytən Həsənovanın Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda Pedaqogika fənnindən “Tərbiyənin prinsipləri” mövzusunda açıq dərsi oldu. Aytən müəllimə mövzu haqqında geniş məlumat verdi. Dərsdə tədris məsələləri üzrə dekan müavini prof. Mirzə Həsənov və Ümumi pedaqogika kafedrasının müəllimləri iştirak etmişlər. Müəllimə Tərbiyənin prinsiplərini plan üzrə ayrı-ayrılıqda şərh etdi. “Tərbiyənin həyatla əlaqələndirilməsi” […]

Davamı

Goranboy rayon Baxçakürd kənd orta məktəbinin şagirdləri “Kimya ayı” münasibətilə fakültəmizdə oldular

Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta ümumtəhsil məktəbinin şagirdləri “Kimya ayı” çərçivəsində məktəbin Kimya müəllimi-GDU-nun 2024-cü il Kimya və biologiya fakültəsinin məzunu Sadıxova Nərgiz Sənani qızının rəhbərliyi ilə fakültəmizdə olmuşlar. Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova şagirdləri kafedranın tədris laboratoriyaları ilə tanış etdi. Daha sonra isə o, k.e.d., prof. Yusif Yusibov və k.e.d., […]

Davamı

“Kimya ayı” münasibətilə orta məktəb şagirdlərinin fakültəmizə gəlməsi davam edir

“Kimya ayı” münasibətilə Goranboy rayon Sarovlu kənd ümumi orta ümumtəhsil məktəbinin VII sinif şagirdləri həmin məktəbin Təlim və tədris işləri üzrə direktor müavini, kimya müəllimi İlhamə Mahmudovanın rəhbərliyi ilə fakültəmizdə təcrübə keçmişlər. Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova qonaqları qarşılayaraq onlara kafedradakı tədris və elmi-tədqiqat laboratoriyaları, tədris auditoriyaları və ixtisaslar haqqında məlumat verdi. Sonra kafedranın […]

Davamı

“Yırtıcılar dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti (attestatsız) Lalə Abdullayevanın Biologiya ixtisasının III kursunda Ali məməlilər fənnindən “Yırtıcılar dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə prof.V.Məmmədova, dos.T.Rüstəmova, b/.m.L.Heydərli, b/m.K.Bayramova, b/m. İ.Fərəcullayeva, müəl.Z.Əliyeva, müəl.Ü.Alışanlı iştirak ediblər. Lalə müəllimənin bütün sənədləri qaydasında idi. Tədris zamanı müəllimə dərsi müasir təlim metodları üzərində qurmuşdu. Dərsin izahında müəllim […]

Davamı

“DET AL” Alüminium MMC-nin Gəncə Alüminium zavod kompleksində istehsalat təcrübəsi keçildi

Kimya və Kimya mühəndisliyi ixtisasının Ⅳ kurs tələbələri Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova, rəhbər müəllimlər b/m. Fəridə Məmmədova və b/m. Vüqarə Əliyevanın rəhbərliyi ilə “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavod kompleksində istehsalat təcrübəsində olmuşlar. Təcrübə zamanı tələbələr zavodun istehsalat rəhbəri Məmmədov Elnur Faiq oğlu ilə görüşdükdən sonra, zavodun SƏTƏM otağında qarşılanaraq həmin şöbənin […]

Davamı

“Kimya ayı” münasibətilə orta məktəb şagirdləri fakültəmizdə oldular

“Kimya ayı” münasibətilə Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nomrəli ingilis dili təmayüllü məktəb liseyinin şagirdləri fakültəmizdə oldular. Həmin məktəbin kimya müəllimi Bahar Səttarlının və fakültənin baş müəllimi Aygün Zeynalovanın rəhbərliyi ilə şagirdlər bütün laboratoriyalar ilə tanış oldular. Şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırıldı. Fakültəmizdə “Kimya ayı” davam edir.

Davamı