

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi, b.ü.f.d. Natiqə İsmayılzadənin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinə Meliorasiya və rekultativ işin ekoloji əsasları fənnindən “Rekultivasiya layihəsi və onun hazırlanması” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Açıq dərs ümumilikdə yüksək səviyyədə təşkil edilmişdi. Müəllim mövzunu ardıcıl və elmi əsaslarla izah etmiş, tələbələrin dərsdə fəal iştirakını təmin etmişdir. Təlim metodlarının düzgün seçilməsi dərsin səmərəliliyinə müsbət təsir göstərmişdir.
