QISA BİOQRAFİK MƏLUMAT
1960-cı ildə Xanlar rayonunda ziyalı ailəsində anadan olub. 1967-ci ildə Kirovabad (Gəncə) şəhəri 11 saylı rus orta məktəbinin (Nizami adına) 1ci sinfinə daxil olub, 1977-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1977-ci ildə Kirovabd Dövlət Pedaqojiİ İnstitutunun Kimya-biologiya fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültənin kimya ixtisasını bitirmişdir.
Ailəlidir,üç övladı, 4 nəvəsi var.
İŞ TƏCRÜBƏSİ
1981-1983-cü illərdə təyinat üzrə Şamaxı rayonunda orta məktəbdə kimya müəllimi işləyib.
1983-cü ildən 1988-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında kimya kafedrasında tədqiqat laboratoriyasında laborant, elmi-tədqiqatçı, geobotaniki ekspedisiyada elmi işçi kimi fəaliyyət göstərmişdir. 1988-ci ildən Bitkiçilik kafedrasında laborant, 1992-ci ildən 1994-cü ilədək həmin kafedrada baş laborant vəzifəsində çalışmışdır.
1994-cü ildən 2000-ci ilədək AKTA-da Bitkiçilik kafedrasında assistent, daha sonra dosent vəzifəsində çalışmışdır.
1995-ci ildə namizədlik dissertasiyasını, 2011-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2000-ci ildən Gəncə Dövlət universitetində müqavilə ilə 2 il müddətinə Coğrafiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
2004-cü ildən bu günə qədər GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasında dosent, daha sonra prof.əvəzi, kafedra müdiri vəzifəsində çalışır.
Elmi fəaliyyəti
1989-cu ildə AKTA-da Bitkiçilik kafedrasında dissertanturaya qəbul olmuşdur.
1995-ci ildə “Adi dolixosun qarışıq səpində qarğıdalı ilə yem kimi və təmiz səpində dən məqsədilə öyrənilməsi” mövzusunda namizədlik disserasiyasını müdafiə etmişdir. Bu yüksək məhsuldar bitki Azərbaycanda ilk dəfə olaraq öyrənilmişdir.
1995-ci ildə kənd təsərrüfatı elmlər namizədi diplomuna layiq görülmüşdür.
1997-ci ilin iyun ayında dosentlik diplomunu almışdır.
1998-ci ildən AKTA-nın Botanika kafedrasının doktorantı olmuşdur.
2011-ci ildə «Azərbaycanın Ceyrançöl və Acınohur qış otlaqlarının bitkiliyi və onun bioekoloji və aqrofitosenoloji xüsusiyyətləri» mövzusunda doktorluq disseratiyasını müdafiə etmişdir.
2013-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Biologiya elmləri doktoru adına layiq görülmüşdür.
2014-cü ilin fevral ayında professor əvəzi vəzifəsinə təyin edilmişdir.
Hal-hazırda rəhbərliyi altında 6 nəfər doktorant elmi iş aparır.
Bu günə qədər 20-dən çox magistr işinə rəhbərlik etmiş, onlarla birgə elmi məqalələri çapdan çıxmışdır.
Qeyd olunanlarla yanaşı kafedrada elmi əsərlərin, monoqrafiyaların, dəsliklərin müzakirəsi, dissertasiyaların rəyləndirilməsi və ilkin müdafiəyə təqdim olunmasının həyata keçirilməsində bilavasitə iştirak edir. Həmçinin, respublikanın müxtəlif təşkilatlarından ünvanlandırılmış avtoreferatlara rəy vermiş və aparıcı təşkilat kimi 2016-cı ilin aprel ayında AAK tərəfindən Bakı şəhəri Torpaqşünaslıq və aqrokimya institutunun doktorantının kafedraya ünvanlanmış doktorluq dissertasiyasına rəy vermişdir.
Ümumilikdə dərc olunmuş elmi və tədris metodiki işlər üzrə 125 müxtəlif adlı məqalənin, bunların içərisində 2 monoqrafiya, 2 dərs vəsaiti, 2 dərslik 26 fənn proqramı , 1 metodik göstərişin və müxtəlif xarici ölkələrdə və ölkədaxili jurnallarda nəşr olunmuş elmi məqalələrin müəllifidir.
Pedaqoji fəaliyyəti
1981-1983-cü illərdə təyinat üzrə Şamaxı rayonunda orta məktəbdə kimya müəllimi işləyib.
1993-cü ildən AKTA-nın Bitkiçilik kafedrasında asissent vəzifəsində, 1998-ci ildən isə kafedrada müsabiqə yolu ilə dosent vəzifəsinə seçilmişdir. 2004-cü ilədək həmin kafedrada dosent vəzifəsində çalışmışdır. Eyni vaxtda 2000-2004-cü ilədək Gəncə Dövlət Universitetində müqavilə ilə coğrafiya kafedrasında Landşaftşünaslığın əsasları və Biocoğrafiya fənnini tədris etmişdir. 2004-cü ilin may ayında yeni yaranmış Ekologiya və təbiəti mühafizə kafedrasına müsabiqə yolu ilə kafedra müdiri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 2011-ci ilədək çalışmışdır. 2015-ci ilin fevral ayından yenidən seçki yolu ilə Ekologiya və təbiəti mühafizə kafedrasına müdir təyin edilmişdir. Hal-hazırda professor əvəzi, kafedra müdiri vəzifəsində çalışır.
ELMİ FƏALİYYƏTDƏ ALDIĞI MÜHÜM NƏTİCƏLƏR
Namizədlik dissertasiyası mövzusunu yekunlaşdıraraq ilk dəfə Azərbaycan şəraitində Krasnodar vilayətindən gətirilmiş adi dolixosun toxumları təmiz səpində dən və qarışıq səpində yaşıl kütlə məqsədilə becərilmişdir. Qarışığın komponentlərinin ən yaxşı nisbəti müəyyən olunmuş, yüksək protein miqdarına malik dolixosun yemçilikdə yüksək yaşıl kütlənin alınmasında müəyyən edildi ki, bu bitki bizim şəraitdə yüksək məhsuldardır və yemçilikdə böyük əhəmiyyət kəsb edir.
Doktorluq mövzusunun «Azərbaycanın Ceyrançöl və Acınohur qış otlaqlarının bitkiliyi və onun bioekoloji və aqrofitosenoloji xüsusiyyətləri» mühüm nəticələrinin məzmunu aşağıdakılardır:
İlk dəfə olaraq Azərbaycanın ən böyük qış otlağı olan Ceyrançöl-Acınohur massivlərinin keçmiş illərlə (ilk olaraq buranın dərin geobotaniki təhlilini 1936-1939-cu illərdə akademik A.A.Qrossheym aspirantları ilə birlikdə aparmışdır) bu günün müasir bitkiliyinin müqayisəli təhlili aparılmışdır;
İlk dəfə olaraq bu ərazi üçün səhra bitki tipinin zonalılıq təşkil etməsi müəyyən edilmiş və 30-cu illərlə müqayisədə bitkiliyin 50% məhv olması, əvəzinə isə yeni alaq növlərinin əraziyə daxil olması qeydə alındı. Hətta əvvəllər burada heç zaman olmayan iki yeni növ aşkar edilmişdir. Bu və bir sıra müəyyən edilmiş yeniliklər göstərir ki, xalq təsərrüfatı üçün çox önəmli və qiymətli olan qış otlaqlarımızın torpaqları deqradasiyaya uğrayır, səhralaşma prosesi sürətlə davam edir və bununla bərabər çox qiymətli yem bitkiləri öz sahələrini azaldır. Bununla bağlı biz öz fikir və təkliflərimizi geniş şəkildə təqdim etdik və oxucuların nəzərinə çatdırmaq məqsədilə respublikada və eləcə də xaricdə tanınmış jurnallarda mövzuya aid 45 məqalə müxtəlif nəşriyyatlarda çapdan çıxmışdır. Bir çox xarici ölkələrin AAK tərəfindən nüfuzlu jurnallarında (Moskva şəhərində «Aqrarnaya Rossiya», «Aqrarnaya Nauka», «Dostijeniya APK», eləcə də bir neçə məqaləsi Tbilisi şəhərində «Aqrarnaya nauka», Türkiyədə, ABŞ-da və s.ölkələrin jurnallarında) məqalələri dərc olunmuşdur. Əldə olunan nəticələrə əsasən paxlalı bitki (dolixos) təsərrüfatda tətbiq edilmiş, yemçilikdə yüksək proteinə malik olan bu yem ət və süd məhsullarının keyfiyyət və kəmiyyət göstəricilərini 3 dəfə artırmışdır. Ceyrançöl-Acınohur qış otlaqlarının isə müəyyən bir müddətə qoruq elan edilməsi orada olan bitkiliyin ilkin formasının 70% bərpa olunmasına gətirib çıxarır. Bundan əlavə səhralığa çevrilmiş sahələrin bərpası məqsədilə səthi yaxşılaşdırma və kökündən yaxşılaşdırma tədbirləri müsbət nəticələr vermişdir.
BEYNƏLXALQ ELMİ KONFRANSLARDA İŞTİRAKI
1991- год Тезисы Всесоюзный Конференции студентов, молодых ученых и специалистов. Гянджа,
2001-ci il Gənc alimlərin elmi konfrans seminarı. Saratov
2001 Ташкентский Государственный Аграрный Университет, Сборник Научных Трудов. Ташкент
2003-cü ildə Orenburq şəhərində keçirilən simpozium
2004-cü il XVII Beynəlxalq bioloji konqres .Türkiyə (Adana)
2004-cü il Beynəlxalq elmi simpozium külliyyatı. AKTA (Gəncə)
2010-год Применение инновационных технологии в системе аграрного просвещения и формы международного содружества (21-22 май) Тезисы Международной научно-практической конференции. АГАУ (Гянджа)
2013- International Conference. Environmental chfnges conservation of plant diversity. Baku
2015 – Simposium on EuroAsian Biodiversity (SEAB-2015). Baku
2016- Simposium on EuroAsian Biodiversity (SEAB-2016). Antalya
İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKI
Şəhər miqyasında, şəhər İcra hakimiyyətinin təşkili ilə və universitet daxili keçirilən bütün tədbirlərdə, tələbələrlə birgə şəhərin yaşıllaşdırılması ilə bağlı tədbirlərdə, Ekologiya Nazirliyi tərəfindən yaradılmış Ekoklubun keçirdiyi tədbirlərdə yaxından iştirak edir.
Nyu-York Beynəlxalq Akademiyasının və eləcə də Azərbaycan Botaniklər Cəmiyyətinin üzvüdür. 2004-2011-ci illərdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildə yenidən həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. Fakültə Elmi Şurasının , Universitetin Elmi Şurasının və AAK tərəfindən AMEA-nın Naxçıvan bölməsi nəzdində “Botanika” və “Fiziki kimya” ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yeni yaradılmış müdafiə şurasının üzvüdür.
Bu günədək 5 fəxri fərmanla təltif olunmuşdur.
2000-ci ildən YAP-ın üzvüdür.