Aslanova Yeganə Azad qızı 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri 1 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1991-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 1993-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) “Biologiya” ixtisasına daxil olub, “Həsən bəy Zərdabi” adına adlı təqaüdlə 1997-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Y.Aslanova 1997-ci ildə təhsil aldığı institutda “Bitki fiziologiyası” ixtisası üzrə magistraturaya qəbul olunmuş 1999-cu ildə bu istiqamətdə də təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1999-cu ildən “Botanika” kafedrasinda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 2005-ci ildən 2019-cu ilə qədər həmin kafedrada baş müəllim vəzifəsində çalışmışdır. Y.A.Aslanova “Kiçik Qafqazın şimali-şərq hissəsində qaya və töküntü bitkiliyinin yayılma qanunauyğunluğu” mövzusunda dissertasiyası üzərində işləmişdir. 2015-ci ildə dissertasiyanı tamamlayıb müdafiə etmiş, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda həmin kafedrada dosent vəzifəsində çalışır. Aslanova Yeganə Azad qızı 60-a qədər metodiki əsərin o cümlədən “Torpaqşünaslıq fənnindən laborator məşgələlərin keçirilməsinə dair” dərs vəsaitinin və bir necə fənn proqramlarının (Sitologiya, Mikrobiologiya, Torpaqşünaslıq) müəllifidir. “Mikrobiologiya” adlı dərsliyi isə çapa təqdim edilmişdir. Əsərləri Rusiyada, Türliyədə, Ruminyada, Hindisdanda, Polşada, Ukraynada, Belarusiyada, respublikamızın nüfuzlu jurnallarında və s. nəşr olunmuşdur. Y.A.Aslanova Universitet və şəhərin ictimai həyatında yaxından iştirak edir. O, fakültə Elmi Şurasının üzvüdür. Dekan müavini vəzifəsində çalışır. Dəfələrlə Gəncə Dövlət Universiteti Elmi şürasının qərarı ilə “Təşəkkür” və “Fəxri fərman” la təltif olunmuşdur.