Gəncə Dövlət Universtetinin (keçmiş Kirovabad Dövlət Pedaqoji İnstitutu) Kimya kafedrasının yaranma tarixi təxminən 1946-1950-ci illərə təsadüf edir. O vaxtdan yenicə fəaliyyətə başlayan kafedrada artıq elm aləmində tanınmış alimlər, o cümlədən, dos. Ələsgər Məmmədov, prof. Arif Mambetov, prof. Həzrət Səfərov, prof. İsmayıl Qəribov, kafedra müdiri Hacı Hacıyev (o eyni zamanda tədris işləri üzrə prorektor idi) prof. Mirzə Sadıqov, prof. İsmayıl Hüseynov, k.e.n., professor İsfəndiyar Aslanov, dos. Məmməd Kazımov, dos. Rauf Mustafayev (sonralar professor elmi adı almışdır), dos. Fərhad Rüstəmov, dos. Abdulla Abdullayev, dos. Süleyman Məmmədov, k.e.n., b/m Firdovsi Muradzadə və başqaları fəaliyyət göstərirdilər.
1957-ci ildən etibarən kafedranın problem mövzusu «Polifunksional tərkibli üzvi və element üzvi (Si, Ge, Sn, N, S) birləşmələrin sintezi və tədqiqi» olmuşdur. Son zamanlar isə kafedrada elmi-tədqiqat işlərinin müxtəlif sahələr üzrə aparılması nəticəsində yeni istiqamətlərdə meydana gəlmişdir ki, bunlardan Universitetin hazırkı rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərliyi ilə “Mis və gümüşün P-2 elementlərlə xalkogenidlərinin və onlar əsasında çoxkomponentli funksional materialların alınmasının fiziki-kimyəvi əsaslarının işlənməsi”, dos. Qulu Qurbanovun rəhbərliyi ilə “Funksional tərkibli sintez edilmiş bəzi aşqarların sintezi və tətbiq sahələri, prof. Eldar Məmmədbəyli və dos. əvəzi Sahil İbrahimlinin “Tərkibində müxtəlif funksional quruplar saxlayan üzvi birləşmələrin quruluş və xassələrinin öyrənilməsi”, prof.əvəzi Tağı Tağıyevin “Tədris prosesinin təkmilləşdirilməsi problemləri. Kimyanın tədrisində fəal və interaktiv təlim metodlarının tətbiqi” problemlərini göstərmək olar. Fəaliyyətə başladığı dövrdən bu günə qədər kafedranın adı bir neçə dəfə dəyişmiş, və hazırda Kimya kafedrası adlanır. Fəaliyyəti dövründə kafedra əməkdaşlarının çoxlu sayda dərslik, dərs vəsaiti, fənn proqramları, metodik vəsaitlər və s. çapdan çıxmışdır. Təkcə son 3 ildə kafedrada 1 nəfər elmlər doktoru (Tağı Tağıyev), 2 nəfər isə (Aynurə Məmmədova və Mətanət Rzayeva) kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar.
Hazırda kafedranın 2 əməkdaşı İsfəndiyar Alverdiyev və Sahil İbrahimli elmlər doktoru, dissertantlardan Xəyalə Kəsəmənli, Zəhra Əliyeva, Vüsalə Abbasova, Samirə Mərdanova, Samirə Mehdiyeva, Pərvanə Hüseynova, Aynurə Həsənova, Fəridə Məmmədova, Tamara Abbasova, həmçinin kafedranın 2 əyani doktorantı Gözəl İbrahimova və Türkiyə vətəndaşı Cem Kevser Osman kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi tədqiqatla məşğul olurlar.
Hazırda kimya kafedrasının AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, BDU, ADPU, AMEA-nın Gəncə bölməsi ilə elmi əlaqələri genişlənir. Bu işdə kafedraya akademiklərdən: Rəfiqə Əliyeva, Abel Məhərrəmov, Vaqif Abbasov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, professorlardan: Məhəmməd Babanlı, Famil Çıraqov, Teymur İlyaslı, Oktay Əkbərov, Eldar Əhmədov, Musa Bayramov, Eldar Məmmədbəyli, Mərhum Ələddin Əhmədov və başqaları yaxından və fəal kömək edirlər.
Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri 400-ə yaxın elmi məqalə, tezis, dərslik, dərs vəsaiti və proqramlarda öz əksini tapmışdır.
Sintez edilmiş maddələrin tətbiqinə görə kafedranın bəzi əməkdaşları 16 müəlliflik şəhadətnaməsinə və 6 patent-ixtiraya layiq görülmüşlər.
Hazırda kimya kafedrasının ştat tərkibi belədir: 2 professor, 6 dosent, 1 dos.əvəzi, 5 kimya elmləri namizədi, baş müəllim, 14 baş müəllim, 2 assistent. Başqa sözlə kafedranın 30 nəfər professor-müəllim və 20 nəfər isə tədris-köməkçi heyəti vardır.
Bir faktı da qeyd edək ki, kafedrada 40-dan artıq fənn proqramı və 10-dan artıq dərslik və dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qrifi ilə nəşr olunmuşdur.
KAFEDRANIN PROFESSOR-MÜƏLLİM HEYƏTİ
Pros. Yusif Əmiralı oğlu Yusibov
Fəxri professor.Qurbanov Qulu Baba oğlu
Dos. Alverdiyev İsfəndiyar Cavid oğlu
Prof. p.e.d. Tağıyev Tağı İbrahim
Pros. Kərimov Heydər Nəsib oğlu
Dos. Cəfərov Elxan Firad oğlu
Dos. Vəliyev Murad Turab oğlu
Dos. Ələkbərov Nazim Mustafa oğlu
Dos. əvəzi. İbrahimli Sahil İsa oğlu
Dos.əvəzi. Məmmədova Aynur Teyyub qızı
k.ü.f.d., b/m Nəbiyev Məmmədbağır Zeynal oğlu
k.ü.f.d., b/m Ələkbərov Qaçay İsmayıl oğlu
k.ü.f.d., b/m Abbasov Eyyub Mirzə oğlu
k.ü.f.d., b/m. Rzayeva Mətanət Firudin qızı
b/m. Alverdiyeva Firdus Hidayət qızı
b/m. Nəbiyeva Mahizər Əbülfəz qızı
b/m. Sadıqova Ülviyyə Eyyub qızı
b/m. Zeynalova Sevinc Vilayət qızı
b/m. Hacıyev Yunus Hüseyn oğlu
b/m. Hüseynova Pərvanə Firudin qızı
b/m. Mehdiyeva Samirə Tofiq qızı
b/m. Mərdanova Samirə Rafiq qızı
b/m. Kəsəmənli Xəyalə Hamlet qızı
b/m. Əliyeva Zəhra Müsahib qızı
b/m. Zeynalova Aygün Elxan qızı
b/m. Abbasova Vüsalə Akif qızı
b/m. Həsənova Aynurə Mikayıl qızı
b/m. Əliyeva Vüqarə Surxay qızı
Müəl. Namazova Leyli Oqtay qızı
Müəl. Məmmədova Fəridə Oruc qızı
KAFEDRANIN TEXNİKİ-KÖMƏKÇİ HEYƏTİ
Lab.müdiri: Həsənova Rasifə Bağır
Lab.müdiri: Mehdiyeva Gülnarə Cahad
Baş/lab: Məmmədova Aytəkin Ələkbər
Baş/lab: Burcuyeva Zərəfşan Nəriman
Baş/lab: Əliyeva Sevil Qəzənfər
Baş/lab: Ramazanova Nuriyyə Qasım
Baş/lab: Abbasova Nigar Azad
Baş/labNəbiyeva Fatma Seyyub
Baş/lab: Yusifova Nərminə Siyavuş
Baş/lab: Namazova Zemfira Mürsəl
Baş/lab: Bədəlova Hökümə Hidayət
Baş/lab: Muradova Afaq Namiq
Lab: Abbasova Şəfayət Cəlal
Prep: Şabanova Könül Arif
Lab: Mahmudova Sevinc Barat
Baş/lab: İbrahimova Gülgün Oleq
Baş/lab: Qəhrəmanov Elşən Teymur
Prep: Yusubova Yeganə Telman
Baş/lab:Məmmədov Vüsal Mehman
Baş/lab: Həsənova Gülnür Vaqif