KİMYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT RZAYEVA MƏTANƏT FİRUDDİN QIZI

QISA BİOQRAFİK MƏLUMAT
1977-ci ildə Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1994 –cü ildə Neftçala rayon 4 saylı orta məktəbi bitirmişdir.

TƏHSİLİ.
1994-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki GDU) daxil olmuş və 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutun Biologiya-Kimya fakültəsinin “Qeyri-üzvi kimya” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə GDU-nun Biologiya – Kimya fakültəsinin “ Üzvi kimya” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və 2000-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildən YAP-ın üzvüdür. Ailəlidir, iki övladı var.

İŞ TƏCRÜBƏSİ.
Elmi fəaliyyəti.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzinə “Qeyri-üzvi kmya” ixtisası üzrə dissertant qəbul olunmuşdur. Dissertasiya mövzusu “Mn(II), Co(II), Ni(II), Zn(II), Cd(II) metallarının benzoy turşusu və törəmələri ilə azotlu koordinasion birləşmələrinin sintezi və quruluş-kimyəvi tədqiqi” olmuşdur. 2014 –cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır.
Pedaqoji fəaliyyəti.
2001-ci ildən Gəncə Dövlət Universitetinin “Kimya” kafedrasında müəllim, 2010-cü ildə isə baş müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda həmin kafedrada əsasən Qeyri-üzvi kimya dərslərini tədris edir.

ƏN MÜHÜM ELMİ NƏTİCƏLƏRİN MƏZMUNU, ÇAP OLUNDUĞU JURNAL, TƏTBİQİ, ELMİ VƏ İCTİMAİ FAYDALILIĞI.
Elmi fəaliyyətində 55 elmi əsərlər daxili və xarici jurnallarda çap olunmuşdur. O cümlədən 3 Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə ixtira, 1 dərs vəsaitinin və 7 fənn proqramının da müəllifidir.

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, MƏRUZƏLƏRİN ADI, YERİ VƏ S.)
1. Кристаллическая и молекулярная структуры тетра-аква-бис-ди- пара- нитросалицилато никеля (II) // Azərbaycan Kimya Jurnalı. 2009, №3, s. 68-69
2. Kpucтaллическая и молекулярная структура ди-аква-бис 5 -нитро, 2 – ацетамидобензоато кадмия(II) дигидрат. XXV Международная Чугаевская Конференция по координационной химии. Суздаль, 2011,стр.326
3. Синтез и структурное исследование 5- нитро, 2- ацетамидобензоато Mn(II) и его пиридиногоаддукта XXV Международная Чугаевская Конференция по координационной химии. Суздаль, 2011, стр.347
4. Синтези и исследование аквакомплексов и пиразиновых аддуктов пара-хлор-орто-нитробензоатов металлов Co(II), Mn(II), Ni(II), Zn(II), Cd(II). // Научное обеспечение развития АПК в условиях реформирования. Санкт- Петербург. 2011, с.409-411
5. Синтез и исследование комплексных соединений антранилатов Zn(II), Cd(II) и их пиразиновыхаддуктов VI Международная заочная научно-практическая конференция, Москва 2013, стр. 16-20
6. Синтез и исследование аквакомплексов и пиразиновых 5- нитро, 2- ацетамидобензоатов металлов Zn(II), Cd(II) Всероссийская конференция молодых ученых, аспирантов и студентов с международным участием похимиинанаматериалом «Менделеев-2013 ». Санкт-Петербург, 2013, стр.112-113
7. Синтез и исследование комплексов и металлов Cu(II), Ag(I), Au(III), Zn(II), Cd(II) c 5- нитро, 2-ацетамидобензойной кислоты.
Международная Конференция « Перспективы развития науки в XXI веке» Донецк, 2013, стр. 8-11
8. Синтез новых комплексов платина, палладия и золота с 3,5-динитробензойной кислотой. VIII Всероссийская конференция c международным участием молодых ученых, по химии «Менделеев-2014 ». Санкт-Петербург,2014, стр.200-201
9. Отходо западного региона Азербайджанской республики. МатериалыМеждународных научнопрактических Конференций общества науки творчества, Россия, г.Казань, 2015, № 22. стр. 191-193

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ
Keçirilən şəhər tədbirlərində və eyni zamanda Universitetdə keçirilən tədbirlədə daima fəal iştirak edir. Tədrisdə göstərdiyi nəaliyyətlərinə görə bir neçə dəfə Fəxri fərman, mükafat və Təşəkkürnamə ilə təltif olunmuşdur.