Botanika kafedrası Gəncə Dövlət Universitetinin Kimya-biologiya, və biologiya ixtisası üzrə müəllim kadrlarının hazırlanması və Azərbaycanın qərb zonasının bitki örtyünün tədqiqi ilə məşğul olan fundamental kafedralarından biridir. Kafedra 80 ilə yaxın dövr ərzində çətin, şərəfli inkişaf yolu keçərək, Respublikanın biologiya təmayüllü Ali məktəb kafedaraları arasında yeri və mövqei olan kafedralardan birinə çevrilmişdir.
Azərbaycan Xalq Komisarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabad şəhərində (indiki Gəncə şəhəri) ikiillik müəllimlər institutu yaradıl – mışdır. Bu təhsil ocağı fəaliyyətə başladığı dövrdə iki fakültədən biri «Təbiyyat»
fakültəsi olmuşdur. Burada botanika ixtisasna daxil olmaqla bütün fənlər «Təbiy-
yatşünaslıq» kafedrasında cəmlənmişdir. 1939-cu ildə ixtisas fənni olaraq müstəqil Botanika kafedrası yaradılır. Bu dövrdə kafedrada cəmi 2 müəllim – Ələkbər Quliyev (kafedra müdiri) və Məmməd Abbasov əvəzçiliklə işləyirdi.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar tələbə kontingentinin azalması ilə bir sıra kafedralar birləşdirilir. 1942-ci ildə «Təbiyyatşünaslıq» kafedrası yenidən təşkil olunur. Dos.Qasım Qəmbəroğlu kafedraya əvəzçiliklə müdir təyin edilir. 1943- cü ildə ikiillik müəllimlər institunun əsasında H.Zər- dabi adına Kirovabad Dövlət Pelaqoji İnstitutu (indiki GDU) yaradılır və «Təbiyyatşünaslıq» kafedrasının ixtisaslı müəllimlərlə təmin olunması bir vəzifə kimi qarşıya qoyulur və yenidən müstəqil Botanika kafedrası yaranır. Kafedraya Səlimə Osmanzadə müdir təyin olunur və o bu vəzifədə 1945-1948-ci illərdə işləyir. S.Osmanzadə həm müəllim, həm də təşkilatçı kimi kafedranın maddi texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəllim kadrlarının seçilməsi sahəsində kafedraya vicdanla köməklik göstərər.
Müharibədən sonrakı ilk quruculuq dövründə ildən-ilə kafedra üzvlərinin sayı artır, dərəcəli müəllimlər çoxalır.1947-1948-ci tədris ilində kafedrada 3 nəfər elmi dərəcəli müəllim işləmişdir (S.Osmanzadə,Q.Qəmbəroğlu,Mirəli Axundov). Bir il sonra «Botanika və zoologiya» adlanan kafedra üzvlərinin sayı 7 nəfərə ça -tır. 1949-1950-ci tədris ilində yenidən sərbəst «Botanika» kafedrası yaradılır. 1947-1950 ci ildə kafedraya dos. (sonradan akademik) Ə.Quliyev rəhbərlik edir.
1951-1952-ci tədris ilində kafedranın tərkibi dəyişilir.Kafedraya tanınmış mütəxəssislər gəlməklə, tədris və elmi işlərin səviyyəsi nəzərə carpacaq dərəcədə yüksəlir. Biologiya elmləri doktoru, professor (sonradan akademik)Validə Tutayukun (1950-1952), kənd təsərrüfatı elmləri doktoru, professor Dövlət mükafatı laureatı Mirzə Sadıqovun (1952-1955) kafedraya başçılıq etmələri kafedranın tədris və elmi işlərinə öz müsbət təsirini göstərmişdir.
1955 – ci ildən etibarən biologiya elmləri namizədi Cəlal Bağırov və dosent Cavid Babayevin ştata gəlmələri ilə kafedra əvzçiliklə işləyən müdirlərdən azad olunur.
1955-ci ilin sentyabrından 1956-cı ilin aprelinədək kafedra müdirliyi vəzifəsini b.e.n. C.Bağırov aparır. 1956-cı ilin aprelindən 1958-ci ilin sonuna kimi həmin vəzifədə C.Babayev çalışır.
1959-1960-cı tədris ilində «Botanika» kafedrasında kənd təsərrüfatı əsasları fənnlərinin və onların ümumi saatlarının artması hesabına kafedra əsasında «Botanika» və «Kənd təsərrüfatı əsasları» kafedraları təşkil olunur. Prof.M.Sadıqov «Kənd təsərrüfatı əsasları» kafedrasının müdiri . «Botanika» kafedrasına biologiya elmləri namizədi Tofiq Qazıyev seçilir. Kafedra müdiri vəzifəsini dos. Abbas Həsənovun (1971-1973-cü illərdə) icra etməsini nəzər almasaq, biologiya elmləri doktoru, professor T.Qazıyev 1959-1990-cı illərdə 30 ilə yaxın kafedraya rəhbərlik etmişdir. Prof. T.Qazıyevin kafedraya rəhbərlik etdiyi illərdə kafedra yüksək ixtisaslı müəllim və elmi kadrların hazırlanmasında böyük işlər görülmüşdür. Prof. T.Qazıyevin rəhbərliyi ilə Z.Quliyev, V.Həsənov, M.Abbasov, M.Seyidov, R.Heydərov namizədlik dissertasiyaları müdafiə etmişlər. Pedaqoji institutlar üçün hazırlanmış ilk “Bitki fiziologiyüası”» dərsliyinin müəllifi də prof.T.Qazıyev olmuşdur.
1965-1975-ci illərdə Botanika kafedrasında görkəmli botanik biologiya elmləri doktoru, professor Rza Rzazadə işləmişdir. Həmin dövrü kafedranın herbari fondunun zənginləşməsi, elmi ekspedisiyaların fəaliyyətinin bərpa olunması, tələbələrin botanika istiqamətində elmi tədqiqat işlərinə meylinin artması dövrü adlandırıla bilər.
Botanika kafedrasında uzun müddət işləmiş və dünyasını dəyişmiş prof.Tofiq Qazıyev, prof.Rza Rzazadə,dos. Abbas Həsənov, dos. Həmid Abdullayev, b/m Ayşə Abdullayeva, b/m Yaqut İsmayılova kimi pedaqoqların əməyi unudulmazdır.
Sonrakı illərdə kafedranın yetişdirmələri b.e.n., dos.Mirzə Həsənov
(1990-1996), b.e.n.,dos. Razim Heydərov (1996-2001), b.e.n. dos. Zilxumar İsmayılova (2001-2006) kafedraya rəhbərlik etmişlər. Onlar kafedranın ənənələrini davam etdirərək öz vəzifələrini ləyaqətlə yerinə yetirmişlər.
Ömrlərini «Botanika» elminin müxtəlif problemlərinin öyrənilməsinə həsr etmiş b.e.d. prof. Tofiq Qazıyev, b.e.d.Aydın Sadıqov, Azərbaycan MEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Səlim Musayev, b.e.d., prof. Vahid Quliyev, b.e.d., prof.Vaqif Novruzov. b.e.d. Oruc İbadlı, b.e.d. Eldar Novruzov, b.e.n.,dos. Mirzə Həsənov, b.e.n. Zilxumar İsmayılova, b.e.n. dos. Razim Heydərov və onlarla başqaları elmi estafetə Botanika kafedrasının «Botanika» dərnəyindən başlamışlar.
2006-cı ilin aprel ayından kafedranın yetişdirməsi biologiya elmləri doktoru professor Vaqif Novruzov Botanika kafedrasına rəhbərlik edir.
Botanika kafedrasının əməkdaşları “Azərbaycanın qərb zonasının yabani florasının yaşıllaşdırmada istifadə olunması»,«Azərbaycanın qərb zonasının dərman bitkilərinin bioekoloji xüsusiyyətləri» “Azərrbaycanın qərb zonasının bitrki örtüyü və genofondun mühafizəsi” və s. mövzularda elmi tədqiqat işlərini aparmışlar. Elmi tədqiqatların nəticələri Universitetin, AMEA-nın «Xəbərləri» və «Məruzələri», AMEA Botanika İnstitunun Elmi əsərləri, Botanika bağlarına dair Beynəlxalq elmi konfransın materialları, AMEA Gəncə Bölməsinin «Xəbərləri», Nalcik, Mahacqala, İstanbul, Malatyada(Türkiyə) keçirilən Beynəlxalq konfransların materiallarında, 2005-ci ildə Botaniklərin Viennada (Avstriya) keçirilən XVII Beynəlxalq Konqresində «Cənubi Qafqazda bioloji müxtəlifliyin öyrənilməsi və genofondun qorunmasına» dair kafedra əməkdaşlarının 2 elmi məqaləsi çap olunub. Kafedra əməkdaşlarının 300-dən çox dərs vəsaiti, metodik vəsait və elmi məqalələri çap olunmuşdur.
Tələbələr elmi-tədqiqat işlərinə cəlb olunmuşdur. 2015-2016-cı illərdə 20 nəfər tələbə və magistrlər konfranslarda çıxış edərək elmi məqalələri çap olunmuşdur.
Hazırda kafedrada müəllimlik sənətinin sirlərinə bələd olan 3 nəsilin 17 nəfər işgüzar professor-müəllim kollektivi çalışır. Birinci nəslə kafedranın pedaqoji kollektivinin dayağı sayılan dos. Nabat Muradova, b/m Solmaz Seyidova, ikinci nəslə birinci nəslin ənənələrini müvəffəqiyyətlə davam etdirən, kafedranın əsas tədris və elmi tədqiqat işlərinin ağırlığını üzərinə götürən prof. Vaqif Novruzov, dos. Mirzə Həsənov, Dos. Razim Heydərov, dos. Zilxumar İsmayılova, dos. Məhəmmədiyə Qazıyev, b/m Fizuli Bayramovdur. Üçüncü gənc nəslin nümayəndələri olan hazirda kafedranın dosenti olan Aynur Bayramova 2008-ci ildə müvəffəqiyyətlə müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 2015-ci ildə b/m Zərifə Tağıyeva, b/m Yeganə Aslanova, b/m müəllim Ramidə Quliyeva dissertasiya işlərini müdafiə edib fəlsəfə doktoru dərəcəsi almışlar. Dos. N. Muradova Azərbaycan Respublikası Rəyasət Heyətinin fərmanı ilə «Fəxri Ali məktəb işçisi» adına layiq görülmüşdür. Dos. Z.İsmayılova «Taxılların senopopulyasiyalarının» tədqiqi sahəsinddəki xidmətlərinə görə Amerika Bioqrafiya İnstitutu tərəfindən adı Beynəlxalq fəxri kitaba daxil olunmaqla, qızıl medala layiq görülmüş, 2001-2005-ci illərin «İşgüzar qadının» fəxri adı verilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə dos.M.Həsənov “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. Prof.V.S.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar elm xadimi» fəxri adı verilmişdir.
Kafedrada tədris edilən əsas fənlər:
- Botanika
- Bitki anatomiyası və morfologiyası
- İbtidai bitkilər sistematikası
- Ali bitkilər sistematikası
- Bitki fiziologiyası
- Mikrobiologiya və virusologiya
- Torpaqşünaslıq
- Kənd təsərrüfatının kimyalaşdırılması
- Mikologiya
- Bitki ekologiyası
- Fitosenologiya
- Bitkilərin senopopulyasiyası
- Enzimologiya
- Dərman bitkiləri
- Bitki ehtiyatları
- Biotexnologiya
- Fotosintez
Kafedrada həmçinin magistr tədris proqramında nəzərdə tutulan müxtəlif fənnlər tədris olunur.
Kafedrada “Botanika” və “Bitki fiziologiyası“,”Mikologiya”, “Biokimya” ixtisasları üzrə 50-ə yaxın magistr təhsil alır. Bir doktorant və 5 dissertant fəlsəfə doktoru dissertasiyası üzərində işləyir. Kafedra M.V.Lomonosov adına MDU, Rusiya EA Botanika Institutu (Sankt-Peterburq), Ukrayna EA Botanika Institutu (Kiyev, Tartu Dövlət Universiteti (Estoniya), Upsala (Isveçrə), Kopenhagen (Danimarka), Mark Blok adına Strasburq (Fransa), Istanbul, Adana, Mərmərə, Anadolu, Bartın, (Türkiyə), Hohenheym (Almaniya) Avstriya (Vienna), Tuscia (Viterbo), Frei (Almaniya) Universitetləri ilə elmi əməkdaşlıq əlaqələrini davam etdirir. Kafedrada 16 nəfər professor-müəllim, 9 nəfər tədris-köməkçi heyət calışır.
Professor-müəllim və tədris-köməkçi heyət | ||
1 | Novruzov V.S. | professor |
2 | Ismayılova Z.M. | dosent |
3 | Muradova N.C. | dosent |
4 | Həsənov M.I. | dosent |
5 | Heydərov R.M. | dosent |
6 | Qazıyev M.T. | dosent |
7. | Bayramova A.A. | dosent |
8. | Seyidova S.S. | baş müəllim |
9. | Bayramov F.I. | baş müəllim |
10. | Tağıyeva Z.I. | baş müəllim |
11. | Aslanova Y.A. | baş müəllim |
12. | Hüseynzadə A.S. | baş müəllim |
13. | Məmmədova R.M. | baş müəllim |
14. | Quliyeva R.Z. | müəllim |
15. | Cəlilova S. | müəllim |
16. | Hüseynova E.Ə. | müəllim |
17. | Alverdiyeva Z.Y. | baş laborant |
19 | Nurullayeva A. B. | baş laborant |
20 | Qədimova A. S. | laboratoriya müdiri |
21 | Ənnağıyeva G.T. | baş laborant |
22 | Mirzəyeva S.T. | baş laborant |
23 | Məmmədova K.M. | preparator |
24 | Ramazanova M.R. | baş laborant |
25 | Əhmədova A.M. | laborant |
26 | Qasımova N.Q. | laborant |
«Bioloji müxtəlifliyə dair Beynəlxalq Konvensiyaya» uyğun olaraq Azərbayjanda bioloji müxtəlifliyin mühafizəsi üçün akademik C.Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış « Milli strategiya» və Prezident I.Əliyevin 24 mart 2006-cı il tarixli 1368 №-li sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı»na müvafiq olaraq Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor-müəllim heyəti tərəfindən «Azərbaycanın qərb zonasının flora biolomüxtəlifliyi və genofondun mühafizəsi» problemi üzərində elmi tədqiqat işi aparırlar.
2006-2016-cü illərdə Göy-Göl, Eldar şamlığı qoruqlarında,Gədəbəy, Şəmkir,Tovuz,Goranboy rayonlarında təşkil olunmuş elmi ekspedisiyalarda professor-müəllim heyəti, magistr və tələbələr iştirak etmişlər. Həmin ənənələr bu gün də davam etdirilir.
Ekspedisiyalar nəticəsində Göy-göl Milli Parkı, Eldar şamlığı, Korçay, Qarayazı qoruqlarının şibyə, mamır florası, su-bataqlıq, bozqır, səhra, yarımsəhra bitkiliyi və mikobiotasının bioloji müxtəlifliyi kompleks şəkildə öyrənilmişdir. Qoruq rejiminin genofondun saxlanmasında rolu açıqlanaraq, Azərbaycanın qərb zonasının bitki örtüyündə baş verə biləcək antropogen dəyişilmələrin qiymətləndirilməsi və proqnozlaşdırılması üçn Göy-göl, Eldar şamlığı qoruqlarından bioloji poliqon kimi istifadə olunma imkanları araşdırılmışdır.
Doktorant, disssertan, magistrlər,bakalavrlar və laborant texniki heyət ekspedisiyada iştirak etmişdir. Yığılmış materiallar əsasında kafedranın herbari fondu, tədris prosesi üçün canlı material xeyli zənginləşmişdir. Ekspedisiyanın elmi nəticələri coxcildli “Azərbaycan florası” və Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrlərinin tərtibində istifadə olunmuşdur. Kafedra Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrinin tərtibində fəal iştirak etmişlər.