Ekologiya və təbiəti mühafizə kafedrası 2004-cü il 25 may tarixdə yaradılmışdır. 2004-2011-ci illərdə kafedraya dosent Əhmədova Sevda Zahid qızı rəhbərlik etmişdir. 2011-2015-ci illərdə kafedraya dosent Rəhimov Vaqif İnqlab oğlu rəhbərlik etmişdir. 2015-ci ildən bu günə qədər prof. Əhmədova Sevda Zahid qızı rəhbərlik edir.
Kafedranın aparıcı üzvlərindən Aslanov Həsənəli Əsəd oğlu 2004- 2009-cu ilə qədər dosent kimi fəaliyyət göstərib. Kənd təsərrüfatı elmlər doktoru adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnistituna direktor təyin edilmişdir.
Kafedrada 2004-2011-ci ilə qədər iki ixtisas fəaliyyət göstərib: Ekologiya və Ətraf mühitin mühafizəsi.
2014-cü ildən kafedrada yeni bir ixtisas Ekologiya mühəndisliyi fəaliyyət göstərir.
2009-cu ildən kafedrada magistr şöbəsinin Ətraf mühitin mühafizəsinin metodları və bərpası ixtisası üzrə magistrlər yetişdirilir.
Kafedrada tədris edilən əsas fənnlər:
1 Ekologiya və təbiətdən səmərəli istifadə
2 Ekologiya və təbiəti mühafizə
3 Tətbiqi ekologiya
4 Landşaftşünaslıq
5 Azərbaycanın ekoloji vəziyyəti və problemləri
6 Əhali və sosial ekologiya
7 Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi
8 Ekoloji standartlaşdırma və sertifikasiya
9 Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırma
10 Sənaye istehsalının əsasları
11 Toksikologiyanın əsasları
12 Ətraf mühitin mühafizəsinin texniki və texnoloji əsasları
13 Sənaye və məişət tullatılarının təkrar emalı
14 Təbiətdən istifadənin hüquqi əsasları
15 Dünyanın qlobal ekoloji problemləri
16 Ekoloji ekspertiza və layihələndirmənin əsasları
17 Ekoloji monitorinq
18 Ekoloji mədəniyyət, təhsil və irsiyyət
19 Ətraf mühitin mühafizəsinin əsasları
20 Yerüstü ekosistemlər və onun mühafizəsi
21 Ekoloji biotexnologiya
22 Aqroekologiya
23 Rekreasiya zonaları,qoruq və yasaqlıqlar
24 Meşə ekologiyası
25 Mühəndis ekologiyası
26 Ümumi ekologiya
27 Ətraf mühitə təsirin qiymətləndirilməsi
28 Biocoğrafiya
29 Radiasiya ekologiyası
Kafedrada həmçinin magistr tədris proqramında nəzərdə tutulan müxtəlif fənnlər tədris olunur:
1. Ətraf mühitin mühafizəsinin müasir problemləri
2. Qlobal problemlər və proqnozların ekoloji mahiyyəti
3. Təbii sərvətlərdən istifadənin ekoloji problemləri
4. Ətraf mühitin mühafizəsinin tarixi və metodologiyası
5. Sənaye müəssisələrinin ekoloji pasportlaşdırılması
6. Mühəndis ekologiyası
7. Təbiəti qorumaq sahəsində beynəlxalq əməkdaşlıq
8. Aqroekosistemlərdə radioaktiv çirklənmələr və mühafizə tədbirləri
9. Tullantı qazların təmizlənməsi və zərərsizləşdirilməsi
Professor müəllim və tədris köməkçi heyəti:
Kafedrada bir nəfər elmlər doktoru və 7 nəfər elmlər üzrə fəlsəfə doktoru, 3 nəfər dissertant çalışır. Kafedranın aparıcı üzvlərindən Aslanov Həsənəli Əsəd oğlu 2004- 2009-cu ilə qədər dosent kimi fəaliyyət göstərmiş, daha sonra isə kənd təsərrüfatı elmlər doktoru adına layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnistituna direktor təyin edilmişdir.
1. Əhmədova S.Z. Professor,b.e.d.kafedra müdiri
2. Əslibəyova T.M. Dosent
3. Qasımova F.N. Dos. əvəzi
4. Nəsirova N.V. Baş müəllim, b.e.f.d
5. Ələkbərova Z.Ə. Baş müəllim, a.e.f.d.
6. İsgəndərova T.H. Baş müəllim, b.e.f.d.
7. Qasımova G.Q. Baş müəllim, b.e.f.d.
8. İbrahimova S.İ. Baş müəllim
9. İsmayılzadə N.N. Baş müəllim
10. Cəfərova S.F. müəllim, a.e.f.d.
11. Adıgözəlov P.M. müəllim
12. Məhərrəmova S.Z. Lab. müdiri
13. İsmayılova A.B. Kab. müdiri
14. İsmayılova M.İ. Baş laborant
15. Mahmudova S.İ. Baş laborant
16. Hüseynova D.M. Baş laborant
17. Qurbanova E.Q. Baş laborant
18. Həbibova A.R. laborant
19. Alışanlı Ü.S. laborant
20. Hüseynova G.İ. laborant
21. Məmmədova G.Ə. laborant
Kafedrada elmi-tədqiqat işləri iki istiqamətdə aparılır:
Problem: Qərb bölgəsinin ekoloji problemləri və onların həlli yolları
Mövzu:1. Gəncə şəhəri və onun ətrafının ekoloji şəraiti
Mövzu:2. Qərb bölgəsinin torpaqlarında səhralaşma problemi
Kafedra aparıcı təşkilat kimi 2016-cı ildə AAK tərəfindən göndərilmiş doktorluq dissertasiyasını müzakirə edərək müsbət rəyini bildirib.