Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Novruzov Vaqif Seyfəddin oğlu
E-mail: vnovruzov1@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
* 1 iyul 1943- cü ildə Quba rayonu Rustov kəndində anadan olmuşdur.
* 1966-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitunun (indiki GDU) biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
* 1966-1981-ciu illərdə AMEA Botanika İnstitunda aspirant, kiçik və baş elmi işçi, 1982-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) dosent, professor, elmi işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində işləmişdir.
* 2003-cü ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor, 2006-cı ilin aprel ayından həmin kafedranın müdiri vəzifəsində çalışır.
* 1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1978-ci ildə baş elmi işçi, 1986-cı ildə dosent, 1988-ci ildə professor elmi adlarını almışdır.
* ”Azərbaycanın 100 görkəmli alimi” Ensiklopedik nəşrə daxil edilmişdir (2001), GDU-nun inkişafında xüsusi xidmətlərinə görə mealla təltif edilmişdir (2009). AMEA Botanika İnstitu, ADAU, GDU-nun fəxrfi fərmanları verilmişdir.
* Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı verilmişdir.
* 1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası «Biologiya və kənd təsərrüfatı elmləri üzrə» Ekspert şurasının üzvü olmuş, hazırda AMEA Biologiya elmləri bölməsi üzrə problem Şurasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Heyvan və bitki növləri üzrə» Komissiyanın, ADAU nəzdində Dissertasiya Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi Biologiya elmləri üzrə Elmi-metodiki Şurasının üzvü, GDU və Biologiya-kimya fakültəsi Elmi Şuralarının üzvüdür. Biologiya-kimya fakültəsi tədris-metodiki Şurasının sədridir. Universitet müsabiqə Komissiyasının sədridir. Azərbaycanın «Qırmızı kitabı”nın” yeni nəşrinin redaksiya heyətinin üzvüdür.
* Ailəlidir, iki övladı,, 3 nəvəsi var. Hər 2 qızı həkimdir. Hər 3 nəvəsi Universitetlərin tələbələridir. Həyat yoldaşı Zilxumar İsmayilova GDU -nin dosentidir.
ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ
Bitki örtüyünün ümumi problemlərinin həllinə yönəldilmiş floristik-sistematik tədqiqatlar elmi axtarışlarının əsas istiqamətini təşkil edir. Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-nın şibyə florası, həmçinin çoxsaylı elmi ekspedisiya materialları əsasında Qafqaz şibyələrində növəmələgəlmə prosesini, floranın genezisi, formalaşması yollarını elmi dəlillərlə dəqiqləşdirmişdir. Elmə məlum olmayan 15 yeni növünün ilk dəfə botaniki təsvirini verərək, onları dünya florasına daxil etmişdir. Həmin növlər dünya botanikləri tərəfindən qəbul edilərək, monoqrafik məcmuələrə və təyinedicilərə daxil edilmişdir.
Keçmiş SSRİ (5 növ), Qafqaz (98 növ) və Azərbaycan florası üçün 300- dən çox yeni növ müəyyənləşdirmişdir. Qafqazda ilk dəfə olaraq nadir və məhvolma təhlükəsində qalan növlərin mühafizəsi üçün tədbirlər sistemi işləyib hazırlamışdır.
35 il ərzində Arktikadan tutmuş, Orta Asiya səhralarına qədər, Mərkəzi Avropa, Asiya meşələrini, Qafqaz, Ural, Xibin, Mərkəzi Kopetdaq, Tyan-Şan, Ukraynanın Karpat, Pamir, Qafqaz dağ sistemlərində təşkil olunmuş elmi ekspedisiyalarda iştirak edərək, bitki örtüyünün yayılma qanunauyğunluqlarını və növəmələgəlmə proseslərinə dair qiymətli elmi dəlillər toplayıb. Elmi ekspedisiyalarda toplanmış herbari materialları Rusiya EA Botanika İnstitunun (Sankt-Peterburq), M.V.Lomonosov adına MDU, Azərbaycan MEA Botanika institunun, Tartu Dövlət Universiteti (Estoniya), Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Gəncə Dövlət Universitetinin herbari fondlarınında saxlanılır.
Botanikanın nəzəri, praktiki və metodik problemlərinə dair 200-dən çox əsəri, o cümlədən, «Böyük Qafqazın yüksək dağlığının lixenoflorası»” (Bakı, 1983), «Böyük Qafqaz lixenoflorasının florogenetik analizi və mühafizəsi”» (Bakı, 1990), «Azərbaycan təbiəti və ətraf mühitin mühafizəsi”» (Gəncə, 1992), «Şibyələr» (Bakı,2004) monoqrafiyaları, «Bitki ekologiyası»” (Gəncə, 1988), «Bitki ekologiyası geobotaniki əsaslarla”» (Bakı, 1998), «Müasir bitki sistematikası və elmi-texniki tərəqqi”» (Bakı, 1990), «İzahlı botanika terminləri lüğəti”» (Bakı, 1999), Ümumtəhsil məktəbləri üçün biologiyadan izahlı terminlər lügəti» (Bakı,2004),«Dərman bitkiləri» (Bakı,2005) kimi dərs vəsaitləri “Fitosenologiyanın (Geobotanika) əsasları (Bakı,2010) dərsliyi çap olunub.
Onun əsərləri Moskva, Sankt-Peterburq, Vladivostok, Daşkənd, Sverdlovsk, Novosibirsk, Stavropol, Kiyev, Kişinyov, Minsk, Donetski, Apatit, Alma-Ata, Aşqabad, Tbilisi, Tartu, Tallin, Riqa, Düşənbə, Nalcik, Mahacqala, İstanbul, Malatya, Avstriya (Vienna) və s. ölkələrdə çap olunmuşdur. 30- dan çox Beynəlxalq və regional elmi konfrans, simpozium, qurultay və konqreslərdə elmi məruzələrlə çıxış etmişdir. 2004-cü ildə Avropa Universitetlərinin iş təcrübsinini öyrənmək üçün Almaniyanın Hohenheym Universitetinin dəvəti ilə Almaniya, Fransa və Avstriyada olmuşdur. “Tempus-2009” Beynəlxalq layihənin koordinatoru olmuşdur.
M.V.Lomonosov adına MDU, Rusiya EA Botanika İnstitutu (Sankt-Peterburq), Ukrayna EA Botanika İnstitutu (Kiyev), Tartu Dövlət Universiteti (Estoniya), Upsala (İsveçrə), Kopenhagen (Danimarka), Mark Blok adına Strasburq (Fransa), İstanbul, Adana, Mərmərə, Anadolu, Hacı Təpə, Bartın (Türkiyə), Hohenheym (Almaniya), və Avstriya Universitetləri (Vienna) ilə elmi əməkdaşlıq əlaqələrini davam etdirir.
BEYNƏLXALQ VƏ REGİONAL ELMİ EKSPEDİSİYALARDA İŞTİRAKI
1. Azərbaycan Respublikası – Böyük və Kiçik Qafqazın dağ sistemləri, meşə, bozqır, çəmən, səhra, yarımsəhra ekosistemləri. Tinovrosa zirvəsindən Dibrara qədər. Bazardüzü, Babadaq, Şahdağ, Qaraqaya, Ezli, Qoşpərə, Quzayqəssab, Qatırqoşun, Donuzqoşun, Daşuçan, Suvaqilbaş, Sarıqaya, Xutor, Ağkəmal, Qumbaş, Maala-Rassa, Vengə, Çobanyaylaq, Durja, İlandaq, Niyaldaq, Sarıbulandaq, Kəpəz, Murov, Talış (Zuvand).
Göy-göl, Zaqatala, İsmayıllı, İlisu, Hirkan, Türyançay, Qarayazı,Eldar şamlığı, Korçay, Qobustan, Türyançay, Pirqulu, Bəstiçay qoruqları.
2. Özbəkistan Respublikası – Tyan-Şan dağ sistemi, Zərəfşan silsiləsinin bitki örtüyü (Daşkənd, 1970).
3. Latviya Respublikası – Moritsa adaları, Usmas gölü ətrafının bitki örtüyü (Riqa, 1971, 1985).
4. Türkmənistan respublikası – Qərbi Koretdaq dağları Kuqitanqtau silsiləsi, Ampek, Çanderçay hövzəsi və Qaraqum səhralarının bitki örtüyü (Aşqabad, 1973).
5. Şimali Qafqaz – Marı çayı hövzəsi boyu Kumış, Kardoniks-Zelençuk-Storojevaya-Kurdjinovo və Beqasın yaylası marşrutu üzrə bitki örtüyü (Stavropol, 1974).
6. Qırğızıstan Respublikası – Alatao dağ sistemi, Soy vadisi; Karakol, Çonbulak çayları hövzəsi və İssık-Kul səhralarının bitki örtüyü (Frunze, 1976).
7. Qərbi Sibir – Altay dağlığının şimali-şərqi; Sayan, Şori-Oysk dağ sistemləri; Barabin düzənliyinin flora və bitkiliyi (Novosibirsk, 1977).
8. Qırğızıstan Respublikası – Tyan-Şan ardıc meşələri: Türküstan-Alay-Çuysko-Kemin marşrutu ilə; Tyan-Şan dağlarının şimali-qərb qolu Talass silsiləsinin yüksək dağ çəmənləri (Frunze, 1975).
9. Tacikistan Respublikası – Pamiro-Alay dağ sistemi: Varzob, Surxandərya marşrutu ilə; Qissar silsiləsi: Kondara və Rəncə çayları vadisi marşrutu üzrə flora və bitkilik (Düşənbə, 1978).
10. Estoniya Respublikası – Baltik dənizi sahili boyu, Nıva, Nımme, Saaremaa adaları boyu subarktik flora ilə tanışlıq (Tartu, 1974; Tallin, 1978).
11. Litva respublikası – Baltik dənizinin şərq hissəsi Kurşs zolağı boyu meşəliklər (Vilnyus, 1980).
12. Murmanski vilayəti – Polyar-Alp botanika bağı, Xibin dağ sistemində arktoalpik, tundra bitki örtüyü (Murmansk, 1981).
13. Cənubi Ural-Yekaterinburq-Mias-İlmen qoruğu-İremel dağ sistemi 450 km marşrutla, ondan Karaqaylı, Sobi, Kama çayları hövzəsi boyu, 35 km piyada (Ekatirinburq, 1982).
14. Belorus Respublikası – Berezin biosfer qoruğu və ətrafının florası; Naroçan meşə təsərrüfatı, Prinyat çayı hövzəsi (Minsk, 1982).
15. Gürcüstan Respublikası – Qarski-Bızıbski-Meqrel yüksəkliyi; Potskovi və Koblion çay dərələri, Kür çayının sol sahili kserofit komplekslər (Tbilisi, 1983).
16. Cənubi-Şərqi Qafqaz – Nikitin və Krım yaylaları (Krım, 1983).
17. Ukrayna Respublikası – Karpat dağları və Dnepr çayı hövzəsinin flora və bitkiliyi (Kiyev, 1984).
18. Uzaq Şərqin yüksək dağlığının perevalları, Kozırevski çay hövzəsi boyu, Ledçnoy yüksəkliyi marşrutu üzrə (Petropavlovski-Kamçatka, 1985).
19. Şərqi Osetiya – Kasar vadisinin bitki örtüyü (1987).
20. Qazaxstan Respublikası – Şərqi Tyan-Şan, Zail Alatay, İli çayı hövzəsinin bitki örtüyü (Alma-Ata, 1988).
21. Dağıstan Muxtar Respublikası – Dağlıq Dağıstan, Qunib vadisi, Sarı Kum barxanlarının bitki örtüyü (Mahaçqala, 1999).
22. Malatiya (Türkiyə) – Adiyaman-Kahta-Nemrut dağı marşrutu üzrə flora və bitkiliklə tanışlıq (Malatya, 2002).
23. Avstriya –Alp dağları (Vienna,2004
24. Elburus zirvəsi- (Kabardina Balkariya,2012)
25. Mahaçqala (2014)
25. Nalçik (2015)
Prof. V.S.NOVRUZOVUN RƏHBƏRLİYİ İLƏ MÜDAFİƏ OLUNAN FƏLSƏFƏ DOKTORU VƏ ELMLƏR DOKTORLARI
1.Zərbəliyev S.M. Şirvanın şibyə florası də onun mühafizəsi yolları. Bakı,1996 (Azərbaycan Aqrar Universiteti)
2.Novruzov E.A. Qarayazı Dövlət Qoruğu ərazisində təbii və aqroekosistemlərin epifit sinuziyaları, onların ekoloji monitorinqdə istifadə olunması, Bakı,2004 (Azərbaycan Tibb Universiteti)
3.Əslibəyova T.M.Gəncə-Qazax bölgəsində yayılan bəzi yabani tərəvəz bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası və istifadə olunma perspektivləri, Bakı,2006 (Gəncə Dövlət Universiteti )
4. Cəfərov İ.H. Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, xəstəlik törədicilərin biologiyası, zərərliliyi, mühafizə tədbirləri), Bakı,2006 (k/t elmləri doktoru Azərbaycan Dövlət Aqrar Universiteti)
5.Bayramova A.A.Kiçik Qafqazın Şimal-şərq hissəsinin şibyş flirası və genofondun mühafizəsi, Bakı,2007 (Gəncə Dövlət Universiteti )
6.Qənbərov D.Ş. Naxçıvan Muxtar Respublikasının epigey şibyələri və onların indikatorluq xüsusiyyətləri, Bakı, 2007 (Naxçıvan Dövlət Universiteti)
7.Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində mamırkimilərin tədqiqi, Bakı. 2008 (AMEA Naxçıvan bölməsi, Bioresurslar İnstitutu)
8.Paşayev T.Y. Naxçıvan Muxtar Respublikasının şibyə florası, Bakı,2008
(AMEA Naxçıvan bölməsi, Bioresurslar İnstitutu)
9.Məmmədova A.V. Göy-Göl Dövlət qoruğunun yarpaq-gövdəli mamırları,Bakı, 2009 (AMEA Botanika İnstitutu)
10.İsmayılova S.İ. Aərbaycan florasının rezenoidli şibyələri və istifadə olunma perspektivləri,Bakı,2010 (Gəncə Dövlət Universiteti)
11. Nəbiyeb R.Q. Gəncəçay hövzəsinin mamır florası. Bakı,2012 ((Gəncə Dövlət Universiteti)
12.Aslanova Y.A. Kiçik Qafqazın şimali-şərq hissəsinin qaya və töküntü bitkiliyinin biomüxtəlifliyi (fəlsəfə doktoru – Gəncə Dövlət Universiteti)
13. Quliyeva R.Z. Kiçik Qafqazın yüksək dağlığında bəzi nadir taxılların (Poaceae) bioekoloji xüsusiyyətləri və senopopulyasiyalarının qiymətləndirilməsi (Fəlsəfə doktoru- Gəncə Dövlət Universiteti)
Prof. V.Novruzovun rəhbərliyi fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işləri başa çatdırilmışdır:
1. Alverdiyeva S.M. Azərbaycanın şibyə florası (e3lmlər doktoru -AMEA Botanika institutu)
2. Bayramova A.A.Xüsusi mühafizə olunan ərazilərin flora biomüxtəlifliyi genefondun mühafizəsi (e3lmlər doktoru -Gəncə Dövlət Universiteti)
3. Ələkbərov R.Ə. Azərbaycanın mamır florası və genofondun mühafizəsi
(e3lmlər doktoru – Naxçıvan Dövlət Universiteti)
4. Tağıyeva A. Azərbaycan florasından baytarlıq təbabətində istifadə olunan dərman bitkiləri ( dissertant-Azərbaycan Aqrar Universiteti)
5. Mahmudova Ü.T. Gəncə səhəri və onun ətrafının ekoloji çirklənmiş ərazilərinin bitki örtüyü və fitomeliorativ xüsusiyyətləri (Fəlsəfə doktoru -Gəncə Dövlət Universiteti)
7. Mustafayeva V.S. Gülçiçəklilər fəsiləsinin (Rosaceae) bəzi növlərinin müqayisəli anatomik-morfoloji və bioekoloji xüsusiyyətləri (Fəlsəfə doktoru Gəncə Dövlət Universiteti)
8. Qasımov T.P. Bozqır yaylasının mamır florası və genofondun mühafizəsi . (Fəlsəfə doktoru – Gəncə Dövlət Universiteti)