DOSENT NƏSİROVA NƏSİBƏ VOLODİYA QIZI

Qısa bioqrafik məlumat:
Nəsirova Nəsibə Volodiya qızı 1977-ci il aprel ayının 18-də Tərtər rayonu, Qaradağlı kəndində anadan olub.
Təhsili: 1994-cü ildə Tərtər rayonu Qaradağlı kəndində orta məktəbi bitirib.
1998-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfat Akademiyası Aqronomluq fakültəsinin Aqronomluq ixtisasının bakalavır pilləsini,
2000-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfat Akademiyasının “Botanika” kafedrasında “Bitki anatomiyası və morfologiyası” ixtisası üzrə magistr pilləsini bitirib.
Elmi dərəcəsi və adları: Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq ixtisasında namizədlik dissertasiyasını müdafiə edib.
Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2018-ci il tarixdə dosent elmi adı almışdır.

Əmək fəaliyyəti: 2002-2003 cü ildə ADAU-nun Botanika kafedrasında stajçı müəllim,
2004-2008-ci illərdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında müəllim,
2008-2018-ci illərdə baş müəllim,
2018-ci ildə həmin kafedrada dosent vəzifəsində çalışır.

Təltifləri: üç təşəkkür
Tədqiqat sahəsi: Azərbaycanın buğdayıot (Aegilops L.) növlərinin bioekoloji xüsusiyyətləri və istifadə perspektivləri.
Elmi əsərləri: Hümbətov Z.İ, Nəsirova N.V.,Təbii sərvətlərdən isti¬fa¬dənin ekoloji prob¬lem¬ləri (magistratura səviyyəsi üçün) dərs vəsaiti 2016 ci il, 1 metodik vəsait,

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:
1.Azərbaycanın buğdayı-otlarının (Aegilops L) yarpağının anatomik quruluşu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunur “Yeyinti,toxuculuq və yüngül sənaye sahələrinin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktiki konfransının materialları Gəncə-2011
2. Aegilops cyilindirica Host. növünün morfo-anatomik xüsusiyyətləri, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda beynəlxalq
3. Aegilops L., növlərində erkəkciyin formalaşması, Müasir Aqrar Elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri Beynəlxalq Elmi- Praktiki Konfrans II cild Gəncə-2014
4. Eroziyanın inkişafını müəyyən edən şərait, eroziyanın qarşısının alınması və fitomeliorasiya, Müasir kimya və biologiyanın aktual problemləri, Beynəlxalq elmi konfrans, 12-13 may 2016-cı il, IV hissə.
5. Təbiətin və təbii ehtiyatların mühafizəsi, Gənc alimlərin I beynəlxalq elmi konfransı 17-18 oktyabr Gəncə 2016
6. Təbii sistemlərin ekoloji balansda saxlanması, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. Beynəlxalq Elmi Konfrans 04-05 may 2018-ci il.II hissə
7. Azərbaycan Respublikası çaylarının ekoloji problemləri, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. Beynəlxalq Elmi Konfrans 03-04 may 2019-cu il.III hissə
8. Xüsusi mühafizə olunan ərazilərdə antropogen amillərin yaratdiğı ekoloji problemlər, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. Beynəlxalq Elmi Konfrans 06-07 may 2021-cu il.II hissə
9. Qarabağda vandalizmə məruz qalmiş təbii ekosistemlər, Sumqayıt dövlət Universititeti KONFRANS MATERİALLARI 2022 №2
10. Analoqu olmayan möcüzəvi naftalan neftinin əhəmiyyəti, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. Beynəlxalq Elmi Konfrans I HİSSƏ Gəncə-2022-ci il.

Dil bilgisi:

Turk,ingilis,rus

Partiyalığı: YAP

40 elmi əsərin müəllifidir.