DOSENT İSGƏNDƏROVA TÜNZALƏ HƏSƏN QIZI

Qısa bioqrafik məlumat: İsgəndərova Tünzalə Həsən qızı 1965-ci ilin iyun ayının 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Təhsili: 1982-cı ildə Bərdə şəhəri 4 saylı orta məktəbin onuncu sinfini bitirib.
1989-cu ildə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı Akademiyasının indiki (ADAU) Alim aqranom ixtisası üzrə bakalavr pilləsini bitirib.

Elmi dərəcəsi və adları:
1994-1997- ci illərdə ADAU-nun Ekologiya və meşəçilik kafedrasında “Ekologiya “ ixtisası üzrə aspirantura təhsili alıb.
12 dekabrın 2012-ci ildə AME-nın Botanika İnstitutunda dissertasiyasını müdafiə edib.
29 aprel 2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
18 aprel 2018-ci il tarixində dosent elmi adı alıb.

Əmək fəaliyyəti:
1992-2004-cü illərdə ADAU-nun Ekologiya və meşəçilik kafedrasında laborant,böyük laborant,asisstent,
2004-2018-ci illərdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında müəllim,baş müəllim
2018-ci ildən hal-hazıradək isə həmin kafedrada dosent vəzifəsində çalışır.

Təltifləri: təşəkkür, Fəxri Fərman

Tədqiqat sahəsi: Bəzək ağac və kol bitkiləri,bağçılıq

Elmi əsərləri:
Ali məktəblər üçün 3 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya, 40-qədər müxtəlif fənn proqramları və metodik göstərişlər müəllifidir.

Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:
GDU-da təşkil olunmuş bir çox çıxışlar.

Dil bilgisi:
Rus (orta)
Türk (yaxşı)

Partiyalığı: YAP