QISA BİOQRAFİK MƏLUMAT:
1940-cı ildə Goranboy rayonunun Veysli kəndində anadan olub.
TƏHSİLİ:
Azərbaycan Neft-kimya İnstitutunun «Əsas üzvi və neft kimya sintezinin texnologiyası» ixtisası»nı 1967-ci ildə bitirmişdir
Elmi fəaliyyəti:
1982-ci ildə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək «üzvi kimya» ixtisası üzrə alimlik dərəcəsi almışdır.
Pedaqoji fəaliyyəti:
1969-cu ildən Gəncə Dövlət Universitetində baş laborant kimi fəaliyyətə başlamış, hazırda kimya kafedrasının baş müəllimidir.
ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:
Ksiloza və ribozanın tsiklik efirləri və fosfit birləşmələri haqqında ABŞ-da «Dünya kimyası» jurnalında məqaləsi dərc olunub. Fruktoza və ribozanın amidofosfit birləşmələrinin kompleksini alıb elmi yenilik etmişdir. (письмо редакция). Kazan universitetində tətbiq sahələri, kompleks birləşmələrin isə Sankt-Peterburqda Kompleks Birləşmələri İnstitutunda tətbiq olunub, nəticələri var. Ribozanın fosfor birləşmələrinin 5 valentli fosfat, tiofosfat birləşmələrini sintez edib insektisid və bioloji aktiv maddə kimi sahələri öyrənilmişdir. Fosfat və fosfit birləşmələri haqqında «Журнал Органической химии»-da çap olunmuşdur.
BEYNƏLXALQ ELMİ KONFRANSLARDA SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, MƏRUZƏLƏRİN ADI, YERİ VƏ S.)
Bakıda 1982-ci ildə Mendeleyev adına keçirilən simpoziumda iştirak etmişəm (Şəkərlərin fosfit birləşmələri haqqında məqalə)
İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ:
Uzun müddət Fakültə Elmi Şurasının üzvü olmuş , kafedra müdiri vəzifəsində çalışmışdır. Şəhər, universitet, fakültə üzrə keçirilən bütün itimai tədbirlərdə yaxından iştirak etmişdir.