BAŞ MÜƏLLİM KƏSƏMƏNLİ XƏYALƏ HAMLET QIZI

????????????????????????????????????

QISA BİOQRAFİK MƏLUMAT:
29 dekabr 1978-ci ildə Gəncə şəhərində ziyalı şəhərində anadan olmuşdur.
Ailəlidir. Bir övladı var.

TƏHSİLİ.
1995-ci ildə 6 saylı orta məktəbi bitirmişdir.
2000-ci ildə Gəncə Dövlət Universitetinin Kimya ixtisasının,bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002 –ci ildən GDU-nun kimya kafedrasında müəllim, 2011-ci ildən isə hazırki dövrə qədər baş müəllim vəzifəsində işləyir.2011-ci ildə Kimya kafedrasının Neft kimyası ixtisası üzrə dissertanturasına qəbul olmuş və 2016-cı il fevral ayının 24-də akad.Y.H.Məmmədəliyev ad. Neft-Kimya Prosesləri İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında “Təbii neft və bitki mənşəli yağ turşularının imidazolinlərinin sintezi və dizel yanacağına aşqar kimi tətbiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2011-ci ildən baş müəllimdir.

İŞ TƏCRÜBƏSİ:
2002-ci ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında müəlim, 2011-ci ildən isə baş müəllim vəzifəsində işləyir.
Elmi fəaliyyəti
Gəncə Dövlət Universitetində dissertant olduğu illərdə “Təbii neft və bitki mənşəli yağ turşularının imidazolinlərinin sintezi və dizel yanacağına aşqar kimi tətbiqi” mövzusunda tədqiqat işi aparmışdır.
Bundan başqa tədris-metodiki sahədə bir sıra metodik vəsait və fənn proqramı Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir.Ali məktəbdə 14 illik elmi-pedaqoji fəaliyyəti dövründə onun 50-dən çox elmi əsərləri müxtəlif yerli və xarici jurnallarda nəşr edilmişdir.
Pedaqoji fəaliyyəti
Pedaqoji fəaliyyətə Gəncə Dövlət Universitetinin kimya kafedrasında müəllim kimi başlamışdır.

ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR:
Elmi isatiqamətin əsasını təbii neft turşuları və bitki yağlarının hidroliz olunmasından ayrılan turşu qarışıqlarının müxtəlif aminlərlə qarşılıqlı təsirindən aminoetil, amidoetil- və hidroksietil imidazolinlərin sintezi və onların dizel yanacağının yağlama və antistatik xassəsini artıran aşqar kimi tətbiqi təşkil edir.
Ən mühüm elmi nəticələrin məzmunu çap olunduğu jurnal və onun yeri, tətbiqi, elmi yeniliyi və praktiki əhəmiyyəti aşağıdakı məqalələrdə öz əksini tapmışdır
1. Stearin turşusu əsasında alınan imidazolinlərin dizel yanacağının yağlama xassəsini artıran əlavə kimi tədqiqi// Doktorantların və gənc tədqiqatçılarınXVII Respublika elmi konfransının materialları I cild, Bakı-2013,səh.37
2. Fərdi yağ turşularının amino- və hidroksietil imidazolinlərinin dizel yanacağına antistatik aşqar kimi tətbiqi// Kimya Problemləri Jurnalı № 4, 2013, s. 412-417
3.Использование ультразвуковой кавитации в синтезе амино- и гидрокси-этилимидазолинов жирных кислот// Автогазозаправочный комплекс и альтернативное топливо, № 5(86), стр.8-12, Москва-2014
4. Синтез имидазолинов на основе природных нефтяных кислот и применение их в качестве присадок к дизельным топливам// Neft kimyası və
Neft emalı prosesləri,15.4(60) 2014,səh.374
5. Yağ turşularının imidazolinlərinin sintezi və dizel yanacağına aşqar kimi tətbiqi// Azərbaycan kimya jurnalı,№2, 2014, səh. 21-25
6. Hydroxy- and Aminoethyl İmidazolines of Cottonseed Oil Fatty Acids as Additives for Diesel Fuels// Open Journal of Synthesis Theory and Appli-cations,2015, 4, 33-39 Scirp.org/journal/ojsta,Page 34
7. The application of amino- and hydroxyethyl imidazolines of petroleum acids asmultifunctional additives for diesel fuel// Journal of Advances in ChemistryVol.11, No.10Page.3828-3833 www.cirjac.com August, 2015
8. The comperative research of the antistatic property of the amino- and hydroxyethyl imidazolines of petroleum and oil acids// İnternational journal of emerging engeneering research and technology, Vol.4, İssue1, january 2016,p.38-42.
9. Azkükürdlü dizel yanacaqlarının yağlama və antistatik xassələrinin yüksəldilməsi// Azərbaycan Kimya Jurnalı, №1, 2012, Səh. 13-16
10. Pambıq yağı əsasında alınan turşuların monoqlikol efirlərinin sintezi// Sumqayıt Dövlət Universiteti, Elmi xəbərlər, Təbiət və texniki elmlərbölməsi № 3, cild 12, 2012, səh.10-16
11. Получение бензинов каталитического крекинга переработкой смеси нефтяного и растительного сырья// Нефтепереработка и нефтехимия, № 11, 2012, стр. 15-18

BEYNƏLXALQ ELMİ KONFRANSLARDA,SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, MƏRUZƏLƏRİN ADI, YERİ VƏ S.)
1. İmprovement of the lubricating property of hydrotreated diesel fuels// Euro-Eco 2012 Hannover,29-30 November 2012, page 11.
2. The study of the effect of in-dividual fatty acids imidazo-lines on antistatic property of diesel fuels// Euro-Eco-2013 Hannover, 29-30 November 2013,page 11
3. Təbii neft turşularının imidazolinlərinin dizel yanacağına aşqar kimi tətbiqi// SOCAR 1st İnternational Scientific Conference of young scientists and specialists,15-16 october, 2014, Baku, səh.305
4. The Application of imidazolines Synthesized on the Basis of Vegetable Oil Acids as Additives İncreasing Lubricity of Diesel Fuel// The 17th İnternational Conference on Petroleum, Mineral Resours and Development 9-11 February, 2014,Cairo, Egypt, page 106
5. Synthesis of imidazolines on the basis of natural oil acids and their application as additives to diesel fuel//13th İbn Sina İnternational Conference on Pure and Applied Heterocyclic Chemistry,14-17 february 2015,Hurghada,Egypt,Page 257
6. Присадки к дизельным топливам на основе растительного сырья// Международный конгресс «Биотоплива -2012», 17-18 апреля,2012 года, Москва, стр.56
7. Neft turşularının monoetilenqlikol və monopropilenqlikol efirlərinin dizel yanacağının yağıama xassəsini artıran əlavə kimi tədqiqi// МатериалыVIII Бакинской Международной Мамедалиевской Конференции по нефтехимии, 3-6 октября 2012, Баку,səh.301
8. Dizel yanacaqlarının ekoloji göstəricilərinin yüksəldilməsi// Akad. H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və Cəmiyyət problemləri” mövzusunda II beynəlxalq Elmi Konfrans. 7-8 Noyabr ,Bakı- 2012, səh.85

İCTİMAİ-SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ
Universitetin, kafedranın və şəhərin bütün tədbirlərində yaxından iştirak edir.