1945.02.01- tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. Atası Cəfərov Firad Hürü oğlu 1915-ci ildə anadan olmuşdur. Anası Cəfərova Şövkət İsmayıl qızı 1910-cu ildə anadan olmuşdur. Ailəlidir, beş övladı var.
TƏHSİLİ
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib «Kimyaçı» ixtisasına malik olmuşdur. 1991-ci ildə “Doymamış karbofunksional Germanium (Qalay) üzvi birləşmələrin sintezi və xassələri” adlı mövzunu müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüşdür.
2003-cü ildən dosent vəzifəsində çalışır.
İŞ TƏCRÜBƏSİ
1973-cü ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləmişdir. Bu dövrlərdə çoxlu sayda tələbələrin kimya iştisasının sevməsinə və bir mütəxəssis yetişməsinə öz iş təcrübəsi əsasında köməklik etmişdir.
Elmi fəaliyyəti
«Doymamış karbofunksional germanium (qalay) üzvi birləşmələrin sintezi və xassələri» mövzusunda tədqiqat işini aparmışdır. Bununla bərabər iki dərs vəsaiti, dərs proqramı, metodik vəsait və 35 elmi məqaləsi çap olunmuşdur.
Pedaqoci fəaliyyəti
Pedaqoci fəaliyyətə 1973-cü ildən başlamışdır. Gəncə Dövlət Universitetinin kimya kafedrasında baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində işləmişdir.
ELMİ FƏALİYYƏTDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR.
Elmi istiqamətin əsas hissələri «Ge-N, Ge-O, Ge-S, Sn-N, Sn-S əlaqəli üzvi birləşmələrin sintezi, xassələri və tətbiqi sahələri»nin tədqiqinə həsr edilmişdir. Elmi fəaliyyətdə alınan nəticələr öz əksaini 35 elmi məqalələrdə tapmışdır. Bunlardan ən mühüm olanların siyahısı aşağıda verilmişdir:
1. Alkilgermanium halogenlərin bəzi ikili aminlərlə reaksiyası. Az.kim.curn. №6 1986
2. Tərkibində Si-S və Si-N əlaqə saxlayan üzvi birləşmələrin sintezi
3. Ge-N əlaqəli birləşmələrin sintezi Az.El.Ak.GREM Gəncə-2003 səh.38-39
4. Endik sırası Germanium (qalay) üzvi karbosilatların sintezi və tədqiqi Az.E.Ak. GREM
5. Gs-S Sn-S əlaqəli üzvi birləşmələrin sintezi GREM 2006 №3
6. Bəzi germanium və qalay karbofunksional birləşmələrin tətbiq sahələrinin tədqiqi Az.El.Ak. GREM Gəncə 2008 №33
7. Aromatik tiolların Germanium (Qalay) üzvi birləşmələrin sintezi. Az.El.Ak. Kimya Problemləri İnstitutu 2012
BEYNƏLXALQ ELMİ KONFRANSDA SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSIN ADI, MƏRUZƏLƏRİN ADI YERİ VƏ S.)
1. Реакция фенилтиовинильных эфиров триалкилгерманий галогенов Кон. 150-лет Д.И.Менделеева Баку 1984 1 секция
2. Синтез и изучение биологической активности сероорганических соединений. Межвузовской Науч. Конф. Тбилиси 1981 2 сек. Стр.181-183
İCTİMAİ – SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ
Hal-hazırda kimya kafedrasının dosentidir, Universitetinin ictimai işlərində fəal iştirak edir.