
QISA BİOQRAFİK MƏLUMAT
1942-ci il dekabr ayının 28-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Unus kəndində kolxozçu ailəsində anadan olmuşdur.
Atası Tağıyev İbrahim Əsədulla oğlu, anası Tağıyeva Şükufə Eyyub qızı kolxozçu olmuşlar. Bir qardaşı və üç bacısı olmuşdur. İndi onlar təqaüdçüdürlər. 1970-ci ildə ailə qurmuş, həyat yoldaşı müəllimə olmuşdur. Üç oğlu və iki qızı var. Onlardan ikisi həkim, üçü isə müəllimdir.
Tel: 051 462 44 62
TƏHSİLİ
1958-1959-cu illərdə Ordubad rayonunun Dırnıs kənd orta məktəbində onillik təhsilini, 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiya Fakültəsini və 1974-cü ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirmişdir.
1980-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər İnstitutunda dissertant olmuş, 1986-cı ildə Moskva şəhərində kimyanın tədrisi metodikası üzrə dissertasiya işini müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır.
2010-cu ildə “Orta ümumtəhsil məktəblərində kimyanın digər fənləri ilə əlaqəli tədrisi prosesində ekoloji biliklərin məzmunu və öyrədilməsi yolları” mövzusunda doktorluq dissertasiyası işini müdafiə etmiş, 2011-ci ildə pedaqogika üzrə Elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2012-ci ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında professor yerinə seçilmiş, hal-hazırda həmin vəzifədə çalışır.
İŞ TƏCRÜBƏSİ
1968-1998-ci illərdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu Unus kənd orta məktəbində kimya və biologiya müəllimi vəzifəsində çalışmışdır.
1998-1999-cu illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun kimya kafedrasında dosent əvəzi, 2003-cü ildən dosent vəzifəsində çalışır.
Elmi fəaliyyəti.
Dissertant olduğu müddətdə kimyanın tədrisi metodikasına aid “Orta məktəbdə kimyanın tədrisi prosesində təbiətin mühafizəsi məsələlərinin öyrədilməsi yolları” mövzusunda tədqiqat işi aparmışdır.
İkinci tədqiqat işi “Orta məktəbdə kimyanın tədrisi prosesində ekoloji biliklərin məzmunu və öyrədilməsi yolları” mövzusu olmuşdur.
Tədqiqat işlərindən aldığı hər bir nəticə 75 elmi məqalədə öz əksini tapmışdır.
Pedaqoji fəaliyyəti
Pedaqoji fəaliyyətə 1968-ci ildə Ordubad rayonunun Unus kənd orta məktəbində kimya və biologiya müəllimi kimi başlamışdır.
Müəllim işlədiyi müddətdə metodik fəaliyyət də göstərmişdir: tədris etdiyi kimyanın tədrisi metodikası və kompleks birləşmələr fənlərinin hər birinə aid dərslik, dərs vəsaiti, praktikum, proqram, metodik göstəriş, metodik vəsaitlər hazırlamışdır. Həmçinin tədris etdiyi “Ekoloji kimya”, “Kompleks birləşmələr kimyası”, “Kimyanın tədrisi metodikası, I və II hissələr”, “Qeyri-üzvi birləşmə¬lərin tədrisi metodikası” fənlərinə aid dərslik, həmçinin “Kompleks birləşmələr kimyasına aid məsələlər və nümunələr”, “Kimyanın tədrisində sinifdənxaric işlərdə ekoloji biliklərin öyrədilməsi yolları”, “Kimyanın tədrisi üsulu, praktikumu” adlı dərs vəsaitləri, çox sayda elmi məqalələri çapdan çıxmışdır.
Pedoqoji fəaliyyəti dövründə müəllimlikdən professor vəzifəsinə qədər yüksəlmişdir.
ELMİ FƏALİYYƏTİNDƏ ALDIĞI ƏN MÜHÜM NƏTİCƏLƏR
“Orta ümumtəhsil məktəblərində kimyanın digər təbiət fənləri ilə əlaqəli tədrisi prosesində ekoloji biliklərin məzmunu və öyrədilməsi yolları” mövzusunda dissertasiya işində kimyanın tədrisində fənlərarası əlaqəni yaratmaqla digər təbiət fənləri ilə bağlı olan ekoloji bilikləri kompleks şəkildə mənimsənilməsi üçün ayrı-ayrı təbiət fənləri üzrə ümumiləşmiş ekoloji anlayışlar sistemini müəyyənləşdir¬mişdir.
Ayrı-ayrı fənlər üzrə ekoloji biliklərin üzə çıxarılması məqsədi ilə tətbiq etdiyi metod və priyomların müxtəlifliyi və rəngarəngliyi tədris prosesinin effektivliyinin yüksəlməsinə xidmət edir.
Kimyanın tədrisi prosesində fənlərarası əlaqə yaratmaqla şagirdlərə öyrədiləcək bilik, bacarıq və tərbiyə məsələlərinin məzmununu müəyyənləşdirmiş və onun öyrədilməsinin səmərəli yollarını və metodikasını işləmişdir.
Təbiət fənləri ümumtəhsil məktəblərində avtonom halda tədris olunmasına baxmayaraq, onların hər birinin tədrisində inteqrasiya yaratmaq yolu ilə ekoloji biliklərin mənimsənilməsinin mümkünlüyünü elmi surətdə əsaslandırmış və prak¬tik həll edilməsinə nail olmuşdur.
Ən mühüm elmi nəticələrin məzmunu, çap olunduğu jurnal, tətbiqi və ictimai faydalılığı
Elmi fəaliyyəti dövründə apardığı elmi tədqiqatların nəticələri, 140-dan çox elmi məqalə, tezis və metodik vəsaitlərdə, monoqrafiyalarda öz əksini tapmışdır. Bunlardan bəzilərini göstərək:
- Kimyanın digər təbiət fənləri ilə əlaqəli tədrisi prosesində ekoloji biliklərin məzmunu və öyrədilməsi yolları (monoqrafiya). Bakı,“Elm”,2005, 364 s.
- Kimyanın tədrisində şagirdlərə ekoloji biliklərin verilməsində fənlərarası əlaqədən istifadə (monoqrafiya). Bakı, “Elm”. 2008, 172 s.
- Kimyanın tədrisi prosesində ekoloji biliklərin öyrədilməsində effektivliyin aşkar edilməsi. //Kimya məktəbdə//. 2007, №3 (19), 16-27 s.
- Интеграция экологических знаний в процессе преподавания химии в средней школы. //Современные гуманитарные исследования//. Москва, 2009, №1(26), с 138-142.
- Отбор содержания экологических знаний по курсу химии в средней школы. //Вопросы гуманитарных наук//. Москва, 2009, №2(40), с. 241-243.
- Углубление и обобщение экологических знаний в умений в процессе работы по химии. //Педагогические науки//. Москва, 2009, №1(34), с. 105-108.
- К методике изучение химического равновесия.//Научно –методический журнал.”Химя в школе”//. Москва,2015,№3,с.36-40.
- Активное обучение на уроках химии. //Научно –методический журнал.”Химя в школе”// Москва,2016,№7, с.20-23.
- Использование основ медицинских знаний при изучении химии.//Научно–методический журнал. “Химя в школе”// Москва,2017, №2, с.8-11.
- Kimyanın tədrisi metodikası.1-ci hissə.Ali məktəblər üçün dərslik.Bakı,”Elm nəşriyyatı” 2012, 262səh.
- Kimyanın tədrisi metodikası. 2-ci hissə.Ali məktəbləe üçün dərslik.Bakı,”Elm nəşriyyatı”. 2013, 215 səh.
- Qeyri-üzvi kimyanın tədrisi metodikası.Ali məktəblər üçün dərslik.Bakı,”Elm nəşriyyatı”.2014,204 səh.
- Üzvi kimyanın tədrisi metodikası.Ali məktəblər üçün dərslik.Bakı,”Elm nəşriyyatı”.2015,223 səh.
- Kompleks Birləşmələr Kimyası.Ali məktəblər üçün dərslik.Bakı,”Elm nəşriyyatı”.2014, 154 səh.
- Kompleks birləşmələr kimyasından məsələlər və nümunələr.Ali məktəblər üçün dərs vəsaiti.Bakı,”Elm nəşriyyatı”.2015,132 səh.
- Усиление практического направления в преподовании химии. Москва. Химия в школе. 2018 №5
- Kimyanın tədrisində fəal təlim üsullarından istifadə. Ali məktəblər üçün dərs vəsaiti. Gəncə-2018
- Kimyanın tədrisində şagirdlərin ekoloji tərbiyəsi. Ali məktəblər üçün dərs vəsaiti. Gəncə 2018
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ QURULTAYLARDA İŞTİRAKÇILIQ (KONFRANSLARIN ADI, YAZI VƏ S.).
Tədqiqat işləri ilə bağlı bir neçə mötəbər elmi konfranslarda məruzə ilə çıxış etmişdir:
1. Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramından irəli gələn vəzifələr.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 75 illiyinə həsr edilmiş Beynəlxalq Elmi Simpozium.
“Fənlərarası əlaqə prosesində ekoloji biliklərin öyrədilməsi yolları”. Gəncə, 2004, II cild. s.378-381.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların Ümumrespublika Elmi Konfransı”.
“Kimyanın tədrisində ekoloji biliklərin inteqrasiyası”. s. 315-316.
3. “Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzusunda. Beynəlxalq Elmi Konfrans. 27-28 iyun 2011-ci il. “Naxçıvan”.
“Orta məktəbdə kimyanın tədrisində ekoloji biliklərin inteqrasiyasını təmin edən məzmunun seçilməsi”. s. 139-141.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu.
“Müəllim hazırlığının müasir problemləri”.
Beynəlxalq Emi Konfrans. Bakı, 28-29 oktyabr. 2011.
“Müəllim hazırlığının etik problemləri”. s. 82-85
5. Müasir kimyanın ekoloji problemləri Ekologiya: “Təbiət və cəmiyyət problemləri” mövzusunda II Beynəlxalq Elmi Konfransınım Materialları,7-8 noyabr,BDU,Bakı,2012.
6. Böyüməkdə olan gənc nəslin tərbiyəsində Heydər Əliyevin irsindən istifadənin rolu.// Ümumimilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş praktik konfrans.6-7may 2013,Gəncə Dövlət Universiteti.
7. Ətraf mühitin və sağlamlığın qorunmasında ekoloji maarifləndirmənin rolu.//Ekologiya və həyat fəaliyyətinin mühafizəsi üzrə “Sənaye ili” –nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Konfransin Materialları,Sumqayıt Dövlət Universiteti,2014.
İCTİMAİ SOSİAL HƏYATDA İŞTİRAKÇILIQ
Universitetdə keçirilən bütün Elmi-Praktik Konfranslarda, kafedra və fakültə iclaslarında və şəhərimizdə keçirilən bütün ictimai tədbirlərdə fəal iştirak edir.
Professor Tağı İbrahim oğlu Tağıyevin doktorluq müdafiəsindən sonra dərc olunmuş elmi və tədris metodiki işlərinin siyahısı
№ | İşin adı | İşin növü | Nəşriyyat, jurnal və s. adı | İşin həcmi | Həm müəl liflər |
---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | 6 |
1 | Kimyanın tədrisində ekoloji biliklərin inteqrasiyası. | Tezis | Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti “Gənc Tədqiqatçıların Ümumi Respublika Elmi Konfransı”. Bakı, 06-07 may, 2010-cu il, s. 628. | 2 səh | “__” |
2 | Kimyanın tədrisində ekskursiyalardan istifadə etməklə şagirdlərin ekoloji biliklərinin ümumiləşdirilməsi metodikası | Məqalə | Kimya məktəbdə, Bakı, 2011, №1, s.13-21 | 9 səh | “__” |
3 | Kimyanın tədrisi metodikası. Ali məktəblər üçün Proqram (kimya və kimya-biologiya müəllimliyi ixtisasları üzrə) | Proqram | Bakı, 2011, 26.07.2011, “Elm” nəşriyyatı | 42 səh | “__” |
4 | Orta məktəbdə kimyanın tədrisində ekoloji biliklərin inteqrasiyasını təmin edən məzmunun seçilməsi | Tezis | Tədris prosesinin təkmilləşdirilməsinin pedoqoji-psixoloji problemləri mövzusunda. Beynəlxalq Konfransın materialları. s.139-141, 27-28 iyun 2011-ci il. Bakı, “Mütərcim” nəşriyyatı, 252 səh. | 3 səh. | “__” |
5 | Müəllim hazırlığının etik problemləri | Tezis | Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu “Müəllim hazırlığının müasir problemləri” adlı Beynəlxalq Elmi Konfrans”. Bakı, 28-29 oktyabr 2011-ci il. “Müəllim” nəşriyyatı, s. 82-85 | 3 səh | “__” |
6 | Kimyanın tədrisində tədqiqatçılıq elementlərindən istifadə | Məqalə | Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu. “Xəbərlər” | 8 səh | “__” |
1 | 2 | 3 | 4 | 5 | 6 |
7 | Kimya dərslərində yeni pedoqoji texnologiyalardan istifadə | Məqalə | Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu. “Xəbərlər” | 5 səh | “__” |
8 | Kompleks birləşmələr kimyası (ali məktəblər üçün dərslik) | Dərslik | Bakı 2014. | 165 səh | “__” |
9 | Kimyanın tədrisi metodikası. I hissə. (ali məktəblər üçün dərslik) | Dərslik | Bakı, “Elm” nəşriyyatı, 2012 | 16,5 ç.v | “__” |
10 | Kimyanın tədrisi metodikası, II hissə (ali məktəblər üçün dərslik) | Dərslik | Bakı,
“Elm”nəşriyyatı 2013, 216 səh. | 13,5 ç.v. | “__” |
11 | Kimyanın tədrisində şagirdlərin müstəqilliyinin inkişaf etdirilməsi | Məqalə | Bakı, “Kimya məktəbdə” Elmi-nəzəri və metodiki Məcmuə. 2(42) 2013,
səh 39-44 | 6 səh. | “__” |
12 | Kimyanın tədrisində interaktiv təlim metodlarından istifadə | Məqalə | Bakı, AMİ-nin Elmi əsərləri. 2013, № 1 | 8 səh. | “__” |
13 | Kimya dərslərində fəal interaktiv metodlarından istifadə | Məqalə | Bakı, “Kimya məktəbdə” Elmi-nəzəri və metodiki Məcmuə. 2013,
№ 3 | 5 səh | “__” |
14 | Böyüməkdə olan gənc nəslin tərbiyəsində Heydər Əliyev irsindən istifadənin rolu | Məqalə | Gəncə, “Konfrans materialları” Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikinci Beynəlxalq Elmi-Praktik konfrans.
6-7 may 2013, II hissə | 6 səh | “__” |
15 | Qeyri-üzvi kimyanın tədrisi metodikası (ali məktəblər üçün dərslik) | Dərslik | Bakı,”Elm nəşriyyatı”.2014,204 səh. | 204 səh | “__” |
16 | Üzvi- Kimyanın tədrisi metodikası (aliməktəblər üçün dərslik ) | Dərslik | Bakı “Elm nəşriyyatı”2016,223 səh. | 223 səh | “__” |
17 | К методике изучение химического равновесия. | статья | //Научно –методический журнал.”Химя в школе”//. Москва,2015,№3, | с.36-40. | «___» |
18 | Активное обучение на уроках химии. | статья | //Научно –методический журнал.”Химя в школе”//. Москва, 2016, №7, | с.20-23. | «___» |
19 | Использование основ медицинских знаний при изучении химии. | статья | //Научно –методический журнал.”Химя в школе”//. Москва,2017, №2, | с.8-11. | «___» |
20 | Усиление практического направления в преподовании химии. | статья | //Научно –методический журнал.”Химя в школе”//. Москва, 2018 №5 | с.28-30. | «___» |
21 | Kimyanın tədrisində fəal təlim üsullarından istifadə. | Dərs vəsaiti | Ali məktəblər üçün dərs vəsaiti. Gəncə-2018 | səh.1-133 | «___» |
22 | Kimyanın tədrisində şagirdlərin ekoloji tərbiyəsi. | Dərs vəsaiti | Ali məktəblər üçün dərs vəsaiti. Gəncə 2018 | səh.1-125 | «___» |
23 | Формирование элементов медицинских знаний при ообучении химии. | статья | //Научно –методический журнал.”Химя в школе”//Москва. Химия в школе. 2019 №1 | c.46-50 | «___» |
24 | Об использовании в учебном процессе элементов исследования. | статья | //Научно –методический журнал.”Химя в школе”//Москва. Химия в школе. 2020 №1 | c.35-39 | «___» |
25 | Из опыта обучения школьников приемам прогнозирования | статья | //Научно –методический журнал.”Химя в школе”//Москва. Химия в школе. 2021 №1 | ст. 47-51 | «___» |
26 | Развития интеллектуальние умении в процессе абучение | статья | //Научно –методический журнал.”Химя в школе”//Москва. Химия в школе. 2022 №3 | ст. 39-40 | «___» |
27 | О развитии творческого мышления | статья | //Научно –методический журнал.”Химя в школе”//Москва. Химия в школе. 2023 №3 | ст. 42-45 | «___» |