Tyutorlar
Ələkbərova Lalə Vüsal qızı

Ələkbərova Lalə Vüsal qızı Gəncə Dövlət Universitetinin Kimya və Biologiya fakültəsində akademik məsləhətçi (tyutor) kimi fəaliyyət göstərir. O, II kurs tələbələrinin tədris prosesində qarşılaşdıqları akademik və təşkilati məsələlərin həllinə kömək edir, onların dərsə davamiyyətini və akademik göstəricilərini izləyir.
Tyutorun əsas məqsədi tələbələrin təhsil prosesinə adaptasiyasına, akademik nailiyyətlərinin yüksəldilməsinə və şəxsi inkişafına dəstək göstərməkdir.
📧 E-poçt: lala.alekberova.021@student.gdu.edu.az
Əbilova Günəş Fətiağa qızı

Əbilova Günəş Fətiağa qızı 13 fevral 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə ADAU-nun İstehlak mallarının keyfiyyət Ekspertizası ixtisasına qəbul edilib. 2002-ci ildə həmin ixtisası bitirib. 2003-cü ildə həmin ixtisasın magistraturasına qəbul olunub. 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə ADAU-nun Ekologiya ixtisası üzrə əyani Aspiranturaya qəbul olunub. 09.03.2006-cı ildən Gəncə Dövlət Universiteti Tədris metodik şöbəyə inspektor təyin olunmuşdur. 12.09.2022-ci ildən Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
Sarıyeva Günel İdris qızı

Sarıyeva Günel İdris qızı 24 mart 1982-ci ildə Şəmkir rayonunda anadan olub. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Biologiya ixtisasina qəbul olub. 2006-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində operator işləyib. 2021-ci ildə ADAU-nun Aqrogeobotanika ixtisasına qəbul olub, 2023-cü ildə həmin ixtisasın məzunu olub. 2023-cü ildə GDU-nun Botanika kafedrasında laborant işləyib. 2024-cü ildən isə Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
Məmmədova Elvina Eldəniz qızı

Məmmədova Elvina Eldəniz qızı 11 dekabr 1996-cı ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya ixtisasına qəbul olub 2019-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura pilləsinin Ətraf mühitin mühafizə metodları və bərpası ixtisası üzrə qəbul olub 2024-cü ildə həmin ixtisası bitirib. 2024-cü ildən isə Kimya və biologiya fakültəsində tyutor vəzifəsində çalışır.
