


Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi. b.ü.f.d. Vüsal Musayevin Ekologiya ixtisasının IV kurs tələbələrinə Ekoloji menecment fənnindən “Təbiətdən istifadənin ekoloji-iqtisadi tənzimlənməsi” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişdir. Dərsin əvvəlində Vüsal Musayev dərsin məqsədi, təlim nəticələri və mövzunun əsas istiqamətləri haqqında ətraflı məlumat verdi. Müəllim mövzunun mənimsənilməsini təmin etmək məqsədilə tələbələrlə interaktiv müzakirələr apardı, suallar və onların cavablarını qiymətləndirdi.
