

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosent əvəzi Elnarə Hüseynovanın Biologiya ixtisasının II kurs tələbələrinə “İnsan anatomiyası və fiziologiyası” fənnindən “Həzm sisteminin anatomiyası və fiziologiyası” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra əməkdaşları iştirak etmişlər. Elnarə Hüseynova həzm orqanlarının anatomiyası və fizioloji funksiyaları haqqında ətraflı məlumat verdi. Qrelin-aclıq hormonu, Leptin-toxluq hormonu tərəzi sxemi ilə sadə və yaddaqalan şəkildə izah olunmuşdur. Fizioloji və psixoloji aclıq fərqi həyati nümunələrlə verildi. Dərs elmi səviyyədə, ardıcıl və maraqlı şəkildə aparıldı. Nəzəri biliklər klinik praktika ilə əlaqələndirildi, tələbələrin fəallığı təmin olundu.
