“Etnik mədəni müxtəlifliyin qorunması və multikulturalizm sənətinin ölçülməsi” mövzusunda açıq dərs keçirildi

Sosial fənlər kafedrasının fəlsəfə doktoru Lamiyə Axundovanın Biologiya ixtisasının II kurs tələbələrinə Multikulturalizmə giriş fənnindən “Etnik mədəni müxtəlifliyin qorunması və multikulturalizm sənətinin ölçülməsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Humanitar məsələlər üzrə dekan müavini dos. Yeganə Aslanova, kafedra müdiri Cavid Bağırzadə və müəllim Azər Cəlilov iştirak etdilər. Dərs zamanı azlıqda olan yerli xalqlar üzrə multikulturalizm siyasəti indeksindən geniş bəhs edildi. İmmiqrantların inteqrasiya siyasətindən danışıldı.